Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatlar atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslər üzrə aparılır, bütün hadisələr və meteoroloji elementlər uçota alınır.
Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatların aparılması və hadisələrin üçotu hidrometeoroloji stansiyalar, aero və kosmik mərkəzlər, digər müşahidə məntəqələri tərəfindən həyata keçirilir.
Hidrometeorologiya və təbii mühitin, çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş təlimatlara uyğun həyata keçirilir.