Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Hidrometeorologiya sahəsində dövlətin vəzifələri

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hidrometeorologiya sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

təbii fəlakət, texnogen qəzalar və süni təsir nəticəsində yaranan fövqəladə hallarda hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatların aparılmasını, məlumatlar hazırlanmasını və müvafiq orqanlara verilməsini təşkil etmək;

təhlükəli hidrometeoroloji hadisələrin başlanması, güclənməsi və davamiyyəti barədə operativ proqnozların hazırlanmasını və müvafiq orqanların xəbərdar edilməsini təşkil etmək;

müvafiq dövlət orqanlarını, əhalini, media subyektlərini və iqtisadiyyatın ayrı-ayrı sahələrini rejim, sorğu, faktiki və proqnoz məlumatları, gözlənilən təbii təhlükəli hadisələr və təbii mühitin yüksək çirklənmə dərəcəsi və təhlükəsi barədə xəbərdarlıqlarla təmin etmək;

mülki aviasiyanın və dövlət aviasiyasının meteoroloji təminatını həyata keçirmək;

atmosfer proseslərinə fəal təsir işlərini, dövlət müşahidə şəbəkəsinin mühafizəsini hayata keçirmək;

təbii meteoroloji hadisələrin atmosferdə baş verən təbii, texnogen, fiziki, kimyəvi proseslərin vəziyyətini və inkişafını müəyyənləşdirmək, bu proseslərin torpaq, su, canlı orqanizmlərə və ətraf mühitə təsirinin öyrənilməsini təşkil etmək;

yer səthinin radiasiya balansını öyrənmək, atmosferin şəffaflıq dərəcəsini təyin etmək, aeroloji və ozonometrik ölçmələr, meteoroloji şəraitin kənd təsərrüfatı bitkilərinin inkişafına təsirini müəyyən etmək üçün aktinometrik və aqrometeoroloji müşahidələrin aparılmasını təşkil etmək;

meteoroloji, aqrometeoroloji və günəş radiasiyası üzrə məlumatların toplanmasını, təhlil edilməsini, ümumiləşdirilməsini və saxlanmasını təmin etmək;

Xəzər dənizinin (gölünün), çayların, göllərin, su anbarlarının, digər su obyektlərinin rejimini, su ehtiyatlarının vəziyyətinin öyrənilməsini təşkil etmək, dövlət orqanlarını, media subyektlərini, təsərrüfat subyektlərini, əhalini baş verəcək təhlükəli hadisələr (daşqın, sel, subasma, yüksək dalğalanma və s.) barədə məlumat və xəbərdarlıqlarla təmin etmək;

atmosferin, su obyektlərinin, torpaqların fiziki və kimyəvi tərkibi, çirklənmə dərəcəsi üzrə müşahidələr və tədqiqatlar aparılmasını təşkil etmək;

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver