Qanunvericilik › “Hidrometeorologiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023) › Tam mətn

“Hidrometeorologiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023)

“Hidrometeorologiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 15.12.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təklif olunan “Hidrometeorologiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).

2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

3. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 17 yanvar tarixli 22040001074 nömrəli Əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin.

“Hidrometeorologiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra -“Kitabça”) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabçada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın hidrometeorologiya sahəsinə aid olan idarə və təşkilatlarının (bundan sonra - mərkəz) bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır. Tarif-ixtisas xüsusiyyətlərində göstərilən əməyin ödəniş dərəcələri Respublikada tətbiq edilən Vahid Tarif Cədvəlinə uyğun olaraq müəyyənləşdirilmişdir.

Kitabçada hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir:

- “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu.

- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktlarını, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər.

- “Ödəniş dərəcəsinə ixtisas tələbləri” bölməsində işçinin ixtisas və əmək stajına, eləcə də işinin xüsusiyyətləri ilə bağlı tələblər.

Kitabça hidrometeorologiya sahəsinə aid edilən qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

Mərkəzin idarə edilməsində Kitabçada göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) əmək funksiyasının - yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir.

Kitabçada müəyyən edilmiş təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda), əlavə təhsilə və digər ixtisas tələblərinə malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımi praktiki təcrübəsi olan işçilər attestasiya olunanadək və ya attestasiyadan sonra işçilərin attestasiya komissiyasının rəyi əsasında tutduqları vəzifədə çalışa bilərlər. Kitabçanın qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə işə qəbul edilən işçilərə Kitabça ilə müəyyən edilmiş ixtisas tələbləri tətbiq edilir.

Kitabçada göstərilməyən qulluqçu vəzifələrinin və fəhlə peşələrinin əməyinin ödəniş dərəcələrini və tarif-ixtisas xüsusiyyətlərini təyin etmək üçün qüvvədə olan iqtisadiyyatın aidiyyəti sahələrinin qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarından istifadə edilir.

Mərkəz direktorunun müavini

Baş mühəndis hidrometeoroloq

təbii mühitin keyfiyyəti üzrə

əməyin mühafizəsi üzrə

texniki xidmət, metrologiya və kalibrlənmə üzrə

təbii mühitin qiymətləndirilməsi üzrə

adaptasiya, inventarizasiya və ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama) üzrə

baş hidroloq - proqnoz üzrə

baş hidroloq - rejim üzrə

baş hidroloq - çöl işləri üzrə

baş aqrometeoroloq - proqnoz üzrə

baş aqrometeoroloq - rejim üzrə

əməyin mühafizəsi və mülki müdafiə üzrə

radiometeorologiya üzrə

aviameteorologiya üzrə

informasiya təqdimatı üzrə

modelləşdirmə və CİS (Coğrafi İnformasiya Sistemləri) üzrə

mal-material, əsas vəsaitlər, inventar, kommunal, təmir işləri, abadlaşdırma, informasiya təqdimatı üzrə

təsərrüfat işləri üzrə

Aparıcı mütəxəssislər

təbii mühitin keyfiyyəti üzrə

əməyin mühafizəsi üzrə

texniki xidmət, metrologiya və kalibrlənmə üzrə

təbii mühitin qiymətləndirilməsi üzrə

gender aspektləri, adaptasiya, inventarizasiya və ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama ) üzrə

okeanoloq (stansiyada)

hidroloq proqnoz üzrə

hidroloq çöl işləri üzrə

aqrometeoroloq (mərkəzdə)

aqrometeoroloq (stansiyada)

radiometeorologiya üzrə

aviameteorologiya üzrə

informasiya təhlükəsizliyi üzrə

modelləşdirmə və CİS (Coğrafi İnformasiya Sistemləri) üzrə

AMS (Avtomat Meteoroloji Stansiya) üzrə

mal-material, əsas vəsaitlər, inventar, kommunal, təmir işləri, abadlaşdırma, informasiya təqdimatı üzrə

təsərrüfat işləri üzrə

təbii mühitin keyfiyyəti üzrə

əməyin mühafizəsi üzrə

texniki xidmət, metrologiya və kalibrlənmə üzrə

təbii mühitin qiymətləndirilməsi üzrə

gender aspektləri, adaptasiya, inventarizasiya və ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama) üzrə

okeanoloq (stansiyada)

hidroloq proqnoz üzrə

hidroloq çöl işləri üzrə

aqrometeoroloq (mərkəzdə)

aqrometeoroloq (stansiyada)

radiometeorologiya üzrə

aviameteorologiya üzrə

informasiya təhlükəsizliyi üzrə

modelləşdirmə və CİS (Coğrafi İnformasiya Sistemləri) üzrə

AMS (Avtomat Meteoroloji Stansiya) üzrə

mal-material, əsas vəsaitlər, inventar, kommunal, təmir işləri, abadlaşdırma, informasiya təqdimatı üzrə

təsərrüfat işləri üzrə

okeanologiya üzrə (stansiyada)

meteorologiya üzrə (stansiyada)

hidrologiya üzrə (stansiyada)

aqrometeorologiya üzrə (stansiyada)

aerologiya üzrə (stansiyada)

sistem üzrə (stansiyada)

Əmək funksiyası. Mərkəzə rəhbərlik edir və mərkəzin əsasnaməsinə uyğun olaraq onun əsas iş istiqamətlərini müəyyən edir. Mərkəzin müasir avadanlıq, qurğu, cihazlarla təchiz edilməsini təmin edir. Mərkəzdə elmin və qabaqcıl təcrübənin son nailiyyətlərinin tətbiqini təmin edir. Mərkəzin fəaliyyəti barədə lazımi hesabat və məlumatları hazırlayıb aidiyyəti üzrə yuxarı orqana (quruma) təqdim edir.

Mərkəzin və onun tabeçiliyində olan işçilərin fəaliyyətinə rəhbərlik edir, tabeliyində olan stansiya və məntəqələrin işçilərinin vəzifə bölgüsünü müəyyən edir. Əmək funksiyasının yerinə yetirilməsində fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün rəhbərliyə xidməti məruzə ilə müraciət edir.

Toplantılarda, yığıncaqlarda, konfranslarda və digər təşkilatlarda fəaliyyət istiqamətinə uyğun olaraq mərkəzi təmsil edir. Mərkəzin, stansiya və məntəqələrin işçilərinin iş planlarının hazırlanmasına nəzarət edir və iş planının icrasına nəzarət etməklə onlardan vaxtaşırı hesabatları qəbul edir.

İllik hesabatların, iş planlarının hazırlanmasına rəhbərlik edir. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsinə, kadrların seçilməsinə, yerləşdirilməsinə və onların ixtisasının artırılmasına dair yuxarı orqana (quruma) təkliflər verir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və ekologiyanın qorunması qaydalarının işçilərə öyrədilməsi işini təşkil edir və onlara işçilər tərəfindən düzgün əməl olunmasına nəzarət edir.

Texniki xidmət, metrologiya və kalibrlənmə mərkəzində

Elmi-texniki tərəqqinin inkişafını nəzərə alaraq Mərkəzin işinin İSO sisteminin tələblərinə uyğun aparılmasına rəhbərlik edir, idarəetmə siyasətini, fəaliyyət strategiyasını müəyyənləşdirir və onları istiqamətləndirir.

İstehsalat sirrinin saxlanmasını təmin edir. İstismarda olan cihaz və avadanlıqların ehtiyatla və səmərəli istifadə edilməsinə nəzarət edir. Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır. İşə qəbul edilən mütəxəssisləri nəzəri və təcrübi cəhətdən təlimatlandırır. Ölçmə vasitələrinin yoxlanılmasına və nəticələrinin təsdiq edilməsinə nəzarət edir. Əmək və icra intizamına riayət edilməsini təmin edir.

Hidrometeoroloji araşdırmalar mərkəzində

Respublikanın hidrometeoroloji şəraitinin öyrənilməsi, aktual elmi-tədqiqat işlərinin və hidrometeoroloji xidmətin metodiki bazasının təmin edilməsi üzrə həyata keçirilən işlərin yüksək səviyyədə yerinə yetirilməsinə nəzarət edir. Dövlət orqanlarının, müəssisə və təşkilatların hidrometeoroloji məlumatlarla təmin edilməsində iştirak edir. Əlaqədar müəssisə və təşkilatlarla birlikdə hidrometeoroloji məlumatların iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunması üçün tövsiyələrin hazırlanmasında iştirak edir.

İqlim dəyişmələri mərkəzində

İqlim dəyişmələrinin təsirinə məruz qalacaq sistemlərin adaptasiya strategiyasının işlənməsində iştirak edir. BMT-nin Ozon qatının qorunması haqqında Vyana Konvensiyasının və Ozon qatını dağıdan maddələr üzrə Monreal protokolu qərarlarının ölkədə həyata keçirilməsi ilə bağlı işlər haqqında Konvensiya Katibliyini məlumatlandırır.

İstixana qazlarının emissiyalarının kadastr sisteminin təkmilləşməsi işlərini təmin edir. mərkəzin inventarlaşdırma, iqlim ssenarilərinin, azaldılma tədbirlərinin ssenarilərinin qiymətləndirilməsi işlərində istifadə olunan model və proqramlarının normal iş rejimlərini təmin edir. İctimaiyyətin adaptasiya üzrə görülən işlər barədə mütəmadi olaraq məlumatlandırılmasında iştirak edir. ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama) üzrə dünya təcrübəsinin öyrənilməsinə və mütərəqqi sistemlərin ölkədə tətbiq edilməsinə səy göstərir. İqlim dəyişmələrinin təsirinin yumşaldılması və istixana qazlarının emissiyalarının azaldılmasına yönələn siyasət, strateji-proqram xarakterli sənədlərin, tədbirlərin hazırlanması, icrası və dövri olaraq yenilənməsinə yardım göstərir.

Dövlət orqanlarının, müəssisə və təşkilatların dəniz hidrometeoroloji məlumatlarla təmin edilməsinə nəzarət edir. Rejim xarakterli dəniz hidrometeoroloji materialların yığılmasını, yoxlanılmasını, təhlil edilməsini, aylıq və illiklər şəklində çap olunmasını təmin edir. Dəniz hidrometeoroloji müşahidə şəbəkəsinə dəniz mərkəzi tərəfindən metodik rəhbərlik edilməsini, şəbəkənin müşahidə plan-proqramının tərtib olunmasını təmin edir. Dəniz hidrometeoroloji məlumatların kompüterləşdirilməsinə, məlumatlar bazasının yaradılmasına və inkişaf etdirilməsinə birbaşa cavabdehlik daşıyır. Tabeliyində olan stansiya və məntəqələrdə müşahidələrin aparılması üçün plan-proqramı hazırlayaraq il ərzində aparılacaq metodiki yoxlamaları planlaşdırır.

Hidrometeoroloji tədbirlər mərkəzində

Stansiya və məntəqələrdə müşahidələrin aparılması üçün plan-proqramı hazırlayaraq il ərzində aparılacaq metodiki yoxlamaları planlaşdırır. Yoxlamaların nəticələrini yuxarı orqanın (qurumun) rəhbərliyi yanında müzakirə edir. Regionlarda meteorologiya üzrə seminarların keçirilməsini təmin edir. Meteoroloji şəbəkəyə sirkulyar məktublar, icmallar, aşkar edilmiş çatışmazlıqlar haqqında tövsiyələr göndərir. Şəbəkədən gələn sinoptik teleqramların keyfiyyəti üzərində gündəlik nəzarət təşkil edir. Mərkəzin illik iş fəaliyyəti barədə hesabat tərtib edir və bəzi məsələlərin texniki şuraya çıxarılmasını təşkil edir. Dövlət orqanlarının, müəssisə və təşkilatların meteoroloji məlumatlarla təmin edilməsinə nəzarət edir. Rejim xarakterli meteoroloji məlumatların yığılmasını, yoxlanmasını, təhlil edilməsini, aylıq və illiklər şəklində çap olunmasını təmin edir. Hidrometeoroloji müşahidə şəbəkəsinə mərkəz tərəfindən rəhbərlik edilməsini, şəbəkənin müşahidə plan-proqramının tərtib olunmasını təmin edir. Hidrometeoroloji məlumatların kompüterləşdirilməsinə, hidrometeoroloji məlumatlar bazasının yaradılmasına və inkişaf etdirilməsinə birbaşa cavabdehlik daşıyır.

Rejim məlumatlarının arxivləşməsi mərkəzində

Meteoroloji, hidroloji, aqrometeoroloji, radioloji, iqlim və sair məlumatların uyğun mərkəzlər tərəfindən yığılmasına və vaxtında mərkəzə çatdırılmasına nəzarət edir. Cari və perspektiv planların, proqramların yerinə yetirilməsini təmin edir.

Mərkəzin tabeliyində olan cihaz və avadanlıqların qorunmasını və səmərəli istifadəsini təşkil edir. Rejim xarakterli meteoroloji, hidroloji, aqrometeoroloji, dəniz hidrometeoroloji materialların aidiyyəti mərkəzlərdən əldə olunmasına, təhlil edilməsinə nəzarət edir.

Hidrologiya mərkəzində

Hidrologiya üzrə rejim, proqnoz və çöl-tədqiqat işlərinin həyata keçirilməsinə rəhbərlik edir, idarəetmə siyasətini, fəaliyyət strategiyasını müəyyənləşdirir və onları istiqamətləndirir. Operativ hidroloji xidmətin qeydiyyatının aparılmasına, operativ hidroloji xidmət üzrə iş təcrübəsinin ümumiləşdirilməsinə və yayılmasına, hidrologiya (əsasən hidroloji proqnozlar) üzrə olan yeniliklərin mütəxəssislərə müntəzəm olaraq çatdırılmasına, dövlət orqanlarının və təşkilatlarının hidroloji məlumatlarla təmin olunma plan-sxeminin tərtib edilməsinə, illər üzrə Dövlət Su Kadastrının ilkin materiallarının ekspertizasının həyata keçirilməsinə nəzarət edir.

Bütün çöl-tədqiqat işlərinin yerinə yetirilməsinə, çöl işlərinin aylıq, illik, iş planı və tapşırıqlarının, onun maliyyələşdirmə smetasının vaxtında hazırlanmasına, Respublikanın ərazisində yerləşən buzlaqların öyrənilməsinə, onların parametrlərinin, ərimə xüsusiyyətlərinin təyin edilməsinə, dağlıq ərazilərdə baş verən qar uçqunlarının öyrənilməsinə, çöl işlərinin texniki hesabat şəklində hazırlanmasına, hidroloji proqnozların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir. Müşahidə materiallarının yığcam olaraq hidroloji illik hesabat şəklində dərc edilməsini və hidroloji bülletenlərin hazırlanmasını təşkil edir.

Aqrometeorologiya mərkəzində

Respublika ərazisindəki stansiya və məntəqələrdə aqrometeoroloji xidmət və müşahidələrin aparılmasına metodiki nəzarət edir. Aqrometeoroloji məlumatların toplanması, hazırlanması, saxlanılmasına rəhbərlik edir. Aqrometeorologiya üzrə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsində, konfranslarda, seminarlarda və beynəlxalq təşkilatların digər tədbirlərində iştirak edir. Müşahidə məlumatları əsasında aqrometeoroloji şərh, icmal, proqnoz, dekadalıq bülleten və aqrometeoroloji illiklərin hazırlanmasını təmin edir. Dövlət orqanlarının, müəssisə və təşkilatların aqrometeoroloji məlumatlarla təmin edilməsinə nəzarət edir. Əlaqədar müəssisə və təşkilatlarla birlikdə aqrometeoroloji məlumatların iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunması üçün tövsiyələrin hazırlanmasına rəhbərlik edir. Rejim xarakterli aqrometeoroloji materialların yığılmasına, yoxlanılmasına, təhlil edilməsinə, illiklərin çap üçün hazırlanmasına nəzarət edir. Aqrometeoroloji stansiya və məntəqələrdə metodiki yoxlamaların aparılmasına, seminarların və təlimlərin keçirilməsinə, fenoloji müşahidə sahələrinin seçilməsinə rəhbərlik edir. Aqrometeoroloji şəbəkənin müşahidə plan-proqramının tərtib olunmasına nəzarət edir. Səlahiyyətlərinə daxil olan məsələlərin operativ həlli üçün digər struktur bölmələrin əməkdaşları ilə əlaqə qurur.

Radiometeorologiya, aviameteorologiya və aerologiya mərkəzində

Rəhbərlik etdiyi mərkəz üzrə müşahidə sistemlərinin istismarına, aidiyyəti təşkilatların radiometeoroloji, aviameteoroloji və aeroloji müşahidə məlumatları ilə təmin edilməsinə cavabdehlik daşıyır. Radiometeoroloji, aeroloji, aviameteoroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Atmosferdə baş verən hidrometeoroloji proseslərin və hadisələrin müşahidə edilməsi və fasiləsiz müşahidə üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində iştirak edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir, radiometeorologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir. Aerodromlarda meteoroloji müşahidələrin təşkil edilməsinə nəzarət edir.

Telekommunikasiya mərkəzində

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və digər beynəlxalq təşkilatların telekommunikasiya ilə əlaqədar təşkil etdiyi treninq və seminarlarda iştirak edir. Hidrometeoroloji şəbəkədən daxil olan yarımavtomat, avtomat və manual (ənənəvi) meteostansiyaların müşahidə məlumatlarının təhlil olunmasına və arxivləşməsinə nəzarət edir. Stansiyalardan ötürülən məlumatların (daxil olma, gecikmə və xəta) qeydiyyatının aparılmasına nəzarət edir. Regional hidrometeorologiya mərkəzlərinin tabeliyində olan meteoroloji stansiyalarda quraşdırılmış onlayn müşahidə İP kameraların, avtomat meteostansiyaların və serverlərin fasiləsiz işləməsinə, meteoroloji stansiyalardan elektron poçt vasitəsi ilə ötürülən sinoptik teleqramların təhlil edilməsinə və proqram təminatı vasitəsi ilə serverə daxil edilməsinə nəzarətin həyata keçirilməsini təmin edir.

Rabitə-məlumat mərkəzində

Mərkəzin təsərrüfat fəaliyyətinin təşkili və təkmilləşdirilməsini həyata keçirir, mərkəzin təsərrüfat fəaliyyətində material, əmək və istehsalat rejiminə ciddi riayət olunmasına təminat yaradır, plan-proqnozların tərtib edilməsi və icrasına nəzarət edir.

Operativ rejim xarakterli meteoroloji məlumatların yığılmasına, yoxlanılmasına və sistemləşdirilərək aidiyyəti üzrə göndərilməsinə, dövlət orqanlarının, müəssisə və təşkilatların sinoptik məlumatlarla təmin edilməsinə, mərkəzlərarası məlumat mübadiləsinin operativ aparılmasına nəzarət edir, mərkəzdə çalışan şəxslərə normal iş şəraitinin yaradılmasını, istehsalat sanitariyasına və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin edir. Avadanlıqların saxlanmasını, mühafizəsini, dayanıqlı və fasiləsiz işini təşkil edir.

Hidrometeoroloji proqnozlar bürosunda

Dövlət orqanlarının, müəssisə və təşkilatların, əhalinin meteoroloji proqnozlarla, təhlükəli, xüsusilə təhlükəli meteoroloji hadisələr və xəbərdarlıqlarla, meteoroloji məlumatlarla təmin edilməsinə nəzarət edir və işlərə metodiki rəhbərlik edir. Gündəlik proqnozların tərtibatında, təhlükəli hadisələr və ya havanın kəskin dəyişməsi gözlənildikdə meteoroloji şəraitin analizində, proqnozların və xəbərdarlıqların tərtibində şəxsən iştirak edir. Meteoroloji materialların yığılmasını, yoxlanılmasını, təhlil edilməsini, aylıq və illiklər şəklində çap olunmasını təmin edir. Meteoroloji proqnozların təhlili və keyfiyyətli tərtib edilməsinə gündəlik nəzarət edir. Büronun işinin düzgün təşkil edilməsi, keyfiyyətli və operativ yerinə yetirilməsinə nəzarət edir. Büronun aylıq və illik iş planlarını təsdiq edir, büronun rüblük və illik hesabatını hazırlayaraq aidiyyəti üzrə rəhbərliyə təqdim edir. Operativ meteoroloji xidmətin qeydiyyatının aparılmasına, operativ meteoroloji xidmət üzrə iş təcrübəsinin ümumiləşdirilməsinə və yayılmasına, meteoroloji proqnozların və təhlükəli xəbərdarlıqların mütəxəssislər tərəfindən vaxtlı-vaxtında yoxlanılmasına və qiymətləndirilməsinə, özünü doğrultmayan meteoroloji proqnozların və xəbərdarlıqların səbəbinin mütəxəssis sinoptik və meteoroloqlar ilə birlikdə müntəzəm olaraq təhlil edilməsinə nəzarət edir.

Regional hidrometeorologiya mərkəzlərində

Xidmət etdikləri regionun ərazisində meteoroloji, hidroloji, aqrometeoroloji və ətraf mühitin çirklənməsi üzrə müşahidələrin aparılmasını təşkil edir. Dövlət orqanlarının, müəssisə və təşkilatların meteoroloji, hidroloji, aqrometeoroloji məlumatlarla, proqnozlarla, təhlükəli, o cümlədən təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələr haqqında xəbərdarlıqlarla təmin edilməsinə nəzarət edir. Tabeliyində olan hidrometeoroloji stansiya və məntəqələrdə meteoroloji, hidroloji, aqrometeoroloji və ətraf mühitin çirklənməsi üzrə müşahidələrin aparılmasını, müşahidələrin nəticələrinin vaxtında yuxarı orqana (quruma) çatdırılmasını təmin edir. Mərkəzin tabeliyində olan inzibati binaların, cihaz və avadanlıqların qorunmasını və səmərəli istifadəsini təşkil edir. Mərkəzdə, o cümlədən tabeliyində olan stansiya və məntəqələrdə əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin edir.

Şahdağ hidrometeoroloji tədqiqat mərkəzində

Cari və perspektiv planların, proqramların yerinə yetirilməsini təmin edir. Tabeliyində olan hidrometeoroloji stansiya və məntəqələrdə meteoroloji, hidroloji, ətraf mühitin monitorinqi üzrə müşahidələrin aparılmasını, müşahidələrin nəticələrinin vaxtında yuxarı orqana (quruma) çatdırılmasını təmin edir. Mərkəzin tabeliyində olan inzibati binaların, cihaz və avadanlıqların qorunmasını və səmərəli istifadəsini təşkil edir. Mərkəzdə, o cümlədən tabeliyində olan stansiya və məntəqələrdə əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu və kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil.

17-ci dərəcə: xidmət etdiyi sahədə 8 ildən az olmayaraq əmək stajı olduqda və ya rəhbər vəzifədə 5 ildən az olmayaraq əmək stajı olduqda;

18-ci dərəcə: xidmət etdiyi sahədə 11 ildən az olmayaraq əmək stajı olduqda və ya rəhbər vəzifədə 6 il əmək stajı olduqda.

Əmək funksiyası. Mərkəzin fəaliyyətini, o cümlədən rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təşkil edir və bu işlərin vəziyyəti və keyfiyyəti üçün məsuliyyət daşıyır. Mərkəzin əməkdaşlarına lazımi tapşırıqlar, göstərişlər verir, onların icrasına nəzarət edir, yerinə yetirilməsini yoxlayır. İllik iş planı və hesabatların hazırlanmasında iştirak edir. Mütəxəssislərin ixtisasının seminarlar, ixtisasartırma kursları vasitəsi ilə artırılması üçün tədbirlər həyata keçirir. Ətraf mühitin monitorinqi üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Mərkəzdə qəbul edilmiş müşahidə məlumatlarının ekspertiza olunmasına, məlumatların keyfiyyətli işlənilməsinə nəzarət edir, radar şəbəkəsinin işinə texniki nəzarəti və metodiki rəhbərliyi təmin edir, həmçinin müşahidə materiallarının keyfiyyətini yüksəltmək, iş prosesində olan çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq tədbirlər görür.

Aqrometeoroloji, meteoroloji, hidrometeoroloji, radiometeoroloji, aeroloji, aviameteoroloji şəbəkədə müşahidələrin aparılmasına nəzarət edir, aşkar edilmiş səhvlər haqqında sirkulyar məktubların, stansiya və məntəqələrin aqrometeoroloqları, meteoroloqları, radiometeoroloqları, aeroloqları üçün metodiki tövsiyələrin hazırlanmasını təşkil edir. Digər təşkilatların sorğu və məktublarına əsasən cavab məktublarının hazırlanmasını təşkil edir. Şəbəkənin və mərkəzin yarımillik, illik iş fəaliyyəti barədə hesabatlarının hazırlanmasını təşkil edir və aktual məsələləri müzakirəyə çıxarır, təkliflər verir.

Radiometeoroloji, aviameteoroloji, aeroloji, aqrometeoroloji, meteoroloji, hidrometeoroloji, hidroloji, avtomat meteoroloji müşahidə işlərində çalışan şəxslərə normal iş şəraitinin yaradılmasını, istehsalat sanitariyasına və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını və Azərbaycan Respublikasının ərazisində yuxarı orqan (qurum) tərəfindən təsdiq olunmuş plan-proqnozlar əsasında radiometeoroloji, aviameteoroloji, aeroloji aqrometeoroloji, meteoroloji, hidrometeoroloji, hidroloji, avtomat meteoroloji müşahidələrin aparılmasının təmin edilməsində iştirak edir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu və ya kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil və 5 ildən az olmayaraq əmək stajı olduqda.

Direktor müavininin aylıq vəzifə maaşı mərkəz direktorunun aylıq vəzifə maaşından 10% aşağı məbləğdə müəyyən olunur.

Əmək funksiyası. Hidrometeoroloji stansiya və məntəqələrdə meteoroloji, hidroloji, aqrometeoroloji və ətraf mühitin çirklənməsi üzrə müşahidələrin aparılmasına və məlumatların ötürülməsinə yönəldilən tədbirləri təşkil edir və həyata keçirir. Meteoroloji, hidroloji, aqrometeoroloji və ətraf mühitin çirklənməsi üzrə müşahidələrin aparılmasına göstərişlər verir, işçilərin hazırlığına köməklik göstərir. Stansiyada əmək intizamına, əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməklə bu işləri həmişə diqqət mərkəzində saxlayır.

Dəniz hidrometeoroloji stansiyasında

Dəniz müşahidə şəbəkəsindən gələn məlumatların qeydiyyatının aparılmasına, dəniz üzrə rejim-sorğu arayışlarının hazırlanmasına, gündəlik mərkəzə daxil olan materialların yoxlanıb çapa hazırlanmasına, dəniz illiyi üçün materialların kompüterin yaddaşına köçürülməsinə, məlumatların texniki yoxlanılmasına nəzarəti həyata keçirir.

Dəniz müşahidə şəbəkəsində görülən işlərin keyfiyyətinə nəzarət edir, onları qiymətləndirir, əməyin mühafizəsini təşkil edir, mərkəzdə aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edir.

Stansiya və məntəqələrdə görülən işlərin keyfiyyətinə nəzarət edir, iqtisadiyyatın dəniz hidrometeorologiyası üzrə məlumatlara olan ehtiyacı öyrənir. Stansiya və məntəqələrdən gələn müşahidə materiallarının çapa hazırlanmasına, dəniz illiyinin tərtib edilməsinə nəzarət edir.

Dövlət orqanlarının, müəssisə və təşkilatların proqnozlarla, təhlükəli, o cümlədən təbii fəlakət törədə bilən meteoroloji hadisələr haqqında xəbərdarlıqlarla təmin edilməsinə nəzarət edir. Cari və perspektiv planların, proqramların yerinə yetirilməsini təmin edir. Müşahidələrin aparılmasını, müşahidələrin nəticələrinin vaxtında yuxarı orqana (quruma) çatdırılmasını təmin edir. Stansiyanın inzibati binasının, cihaz və avadanlıqların qorunmasını və səmərəli istifadəsini təşkil edir.

Hidrometeoroloji stansiyada

Dövlət orqanlarının, müəssisə və təşkilatların meteoroloji və hidroloji məlumatlarla, proqnozlarla, təhlükəli, o cümlədən təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələr haqqında xəbərdarlıqlarla təmin edilməsini təşkil edir. Hidrometeoroloji şəraitin ərazi üzrə iqtisadiyyata təsirini öyrənir, təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələrdən dəyən ziyan haqqında məlumatları toplayıb mərkəzə və ya regional mərkəzə təqdim edir. Hidrometeoroloji müşahidələrin aparılmasını, müşahidələrin nəticələrinin operativ və dəqiq yuxarı orqana (quruma) çatdırılmasını təmin edir. Stansiyanın inzibati binasının, bütün cihaz və avadanlıqların qorunmasını və səmərəli istifadəsini təşkil edir. Stansiyada əməyin mühafizəsi qaydalarına əməl olunmasını təşkil edir.

Aqrometeoroloji stansiyada

Stansiya və məntəqələrdə aqrometeoroloji müşahidə sahələrində müşahidələrin aparılmasına, Stansiyaya daxil olan bütün aqrometeoroloji materialların yoxlanılmasına, təhlilinə, məlumatlarda olan səhvlər barədə icmalların tərtib edilməsinə nəzarət edir və aqrometeoroloqlara metodiki köməklik göstərilməsində iştirak edir. Hidrometeoroloji şəbəkədə yeni cihaz və avadanlıqlardan istifadə edilərək aqrometeoroloji müşahidələrin aparılmasını, eləcə də aqrometeoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsini təşkil edir.

Aqrometeoroloji müşahidələrin qeydiyyatının aparılmasına, kodlaşdırılmasına və aidiyyəti üzrə ötürülməsinə nəzarət edir. Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələri və bu hadisələrin kənd təsərrüfatı sahələrinə vurduğu zərər haqqında toplanmış məlumatların uyğun olaraq ötürülməsinə nəzarət edir. Müşahidə materiallarının hesabatlar, illiklər şəklində hazırlanmasını və dərc edilməsini təşkil edir.

Mərkəzin və yuxarı orqanın (qurumun) rəhbərliyi tərəfindən verilən əmr və göstərişlərin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Stansiyada aeoroloji müşahidələrin aparılmasına, Stansiyaya daxil olan bütün aeoroloji materialların yoxlanılmasına, təhlilinə, məlumatlarda olan səhvlər barədə icmalların tərtib edilməsinə nəzarət edir. Aeroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində iştirak edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir, aerologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Radiometeoroloji stansiyada

Atmosferdə baş verən hidrometeoroloji proseslərin və hadisələrin müşahidə edilməsi və fasiləsiz müşahidə üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində iştirak edir. İş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Radiometeorologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Aviameteoroloji stansiyada

Aerodromlarda meteoroloji müşahidələrin təşkil edilməsində iştirak edir. Aviameteoroloji müşahidələr üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aviameteoroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Aviameteorologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Avtomat meteoroloji stansiyada

Avtomat meteoroloji stansiya və məntəqələrdə müşahidələrin aparılmasına nəzarət edir. Avtomat meteoroloji stansiya və məntəqələrdə yeni cihaz və avadanlıqlardan istifadə edərək meteoroloji müşahidələrin təkmilləşdirilməsində, eləcə də meteoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsində iştirak edir. Rəhbərliyin göstərişi ilə meteoroloji müşahidələri aparır, onların qeydiyyatını, kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir. Müşahidə materiallarının hesabatlar, illiklər şəklində hazırlanmasında və dərc edilməsində iştirak edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik tехnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu üzrə ali təhsil və xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq əmək stajı.

12-ci dərəcə: orta ixtisas təhsili və xidmət etdiyi sahədə 5 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə: xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və xidmət etdiyi sahə üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: (yalnız hidroloji, dəniz hidrometeoroji, aeroloji, mənsəb, aqrometeoroloji, göl stansiyalarının rəisləri) xidmət etdiyi sahə üzrə ali ixtisas təhsili və xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və xidmət etdiyi sahə üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Hidrometeoroloji, dəniz hidrometeoroloji, meteoroloji, radiometeoroloji, aeroloji, aviameteoroloji, hidroloji müşahidələrin aparılmasında istifadə olunan bütün cihaz və avadanlıqların və digər texnikanın təmir etdirilib saz vəziyyətə saxlanılmasını təmin edir.

Yuxarı orqanın (qurumun) tabeli qurumlarında kompleks mexanikləşdirmə və avtomatlaşdırma işlərinin tətbiqini, istehsalatda texniki səviyyənin yüksəldilməsini, müşahidələrin aparılmasının keyfiyyətinin yaxşılaşdırılmasını, yaxşı əmək şəraitinin təmin olunmasını həyata keçirir.

Cihazlar, elektrik avadanlıqları və qurğuların etibarlı və fasiləsiz işləməsini təmin edir. Stansiya və məntəqələrdə texnoloji avadanlıq, cihaz və qurğuların texniki xidmət və təmir işlərini təşkil edir. Yeni konstruksiyalı avadanlıqların işlədilməsində işçilərə köməklik göstərir və onlarla məsləhətləşmələr aparır.

Hidrometeoroloji, dəniz hidrometeoroloji, meteoroloji, radiometeoroloji, aeroloji, aviameteoroloji, hidroloji müşahidələrin düzgün aparılmasına nəzarət edir, cihazların, avadanlığın və qurğuların düzgün istismarını, müşahidələrin aparılmasının keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasına nəzarət edir.

Hidrometeoroloji, dəniz hidrometeoroloji, meteoroloji, radiometeoroloji, aeroloji, aviameteoroloji, hidroloji proqnozların və xəbərdarlıqların özünü doğrultmasının yoxlanılmasında iştirak edir. Təkmilləşdirilmiş mövcud və yeni proqnozlaşdırma üsulları haqqında mütəxəssislərlə seminarlar təşkil edir, mütəxəssislərlə metodiki məşğələlər keçirir. Hidrometeoroloji məlumatlar bazasının yaradılması və inkişaf etdirilməsində iştirak edir. Rejim xarakterli meteoroloji, hidroloji, ətraf mühitin monitorinqi üzrə müşahidə materiallarının yığılmasında, yoxlanılmasında, təhlil edilməsində, aylıq və illiklər şəklində çap olunmasında iştirak edir.

Hidrometeoroloji proqnozlar bürosunda

Respublika rəhbərliyinin, əlaqədar təşkilatların və əhalinin qısamüddətli və uzunmüddətli meteoroloji proqnozlarla, təhlükəli, xüsusilə təhlükəli meteoroloji hadisələr haqqında xəbərdarlıqlarla təmin edilməsinə cavabdehlik daşıyır. Gündəlik proqnozların tərtibatında, təhlükəli hadisələr və ya havanın kəskin dəyişməsi gözlənildikdə meteoroloji şəraitin analizində, proqnozların və xəbərdarlıqların tərtibində iştirak edir. Meteoroloji proqnozların və xəbərdarlıqların özünü doğrultmasının yoxlanılmasında iştirak edir. Təkmilləşdirilmiş mövcud və yeni proqnozlaşdırma üsulları haqqında mütəxəssislərlə seminarların, metodiki məşğələlərin keçirilməsini təşkil edir. Meteoroloji və qısamüddətli proqnozların tərtib edilməsinə nəzarət edir.

Büronun işçilərinə texniki dərslərin keçirilməsini təşkil edir, qısamüddətli və uzunmüddətli meteoroloji proqnozların tərtibində iştirak edərək müvafiq məsləhətlər verir. Operativ meteoroloji məntəqələrdə məlumatların verilməsində və ötürülməsində hər hansı uyğunsuzluq yaranarsa, bunun aradan qaldırılması üçün rəhbərlik qarşısında məsələnin qaldırılmasını təmin edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: hidrologiya*, okeanologiya*, meteorologiya* və iqlimşünaslıq* ixtisasları və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

15-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Regional hidrometeorologiya mərkəzlərində

Dövlət orqanlarının, müəssisə və təşkilatların hidrometeoroloji məlumatlarla təmin edilməsində iştirak edir. Rejim xarakterli meteoroloji, aqrometeoroloji və digər hidrometeoroloji materialların yığılmasında, yoxlanılmasında, təhlil edilməsində, aylıq və illiklər şəklində çap olunmasında iştirak edir. İş planlarının, rüblük və illik hesabatların hazırlanmasında iştirak edir. Mərkəzdə nizam-intizamı və əmək qaydalarına riayət edilməsini təşkil edir.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarına riayət olunmasına nəzarət edir.

Təkmilləşdirilmiş mövcud və yeni proqnozlaşdırma üsulları haqqında mütəxəssislərlə seminarlar təşkil edir, mütəxəssislərlə metodiki məşğələlər keçir. Hidrometeoroloji məlumatlar bazasının yaradılması və inkişaf etdirilməsində iştirak edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: hidrologiya*, okeanologiya*, meteorologiya* və iqlimşünaslıq* ixtisasları və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

15-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Normativ hüquqi sənədlərin layihələrini işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir. İsraf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir. Məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir, eləcə də müəssisə, idarə və təşkilatların təsərrüfat maliyyə fəaliyyətinin yaxşılaşdırılmasını həyata keçirir. İşçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir. Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir, kollektiv müqavilələrin şərtlərinin işlənib hazırlanmasında iştirak edir. Yuxarı orqana (quruma) qarşı qaldırılmış iddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir. Akt və protokolların, digər hüquqi sənədlərin tərtibatına nəzarət edir. İnzibati hüquq pozuntularına dair qərarların qəbulunda iştirak edir və həmin qərarların icraata göndərilməsinə nəzarəti təmin edir. Səlahiyyətləri daxilində müraciətlərin, şikayətlərin, təkliflərin araşdırılması və cavablandırılmasında iştirak edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: hüquqşünaslıq ixtisası üzrə ali təhsil.

15-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Mərkəz tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və aidiyyəti üzrə təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasnı təmin edir.

İşçi heyəti ilə haqq-hesab işlərinin yerinə yetirilməsi - əməkhaqqı, ezamiyyə xərcləri, xəstəlik vərəqələri üzrə müavinətlərin hesablanması və ödənişinin həyata keçirilməsini, yerinə yetirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edir.

Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Əməkhaqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi ilə bağlı sənədləri, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.

Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.

Bilməlidir: əmək qanunvericiliyini, maliyyə və təsərrüfat fəaliyyəti üzrə qanunvericiliyi, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə orta ixtisas təhsili və ya iqtisadiyyat ixtisas qrupu üzrə ali təhsil

15-ci dərəcə: orta ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: orta ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: ali təhsili və maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 10 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Mərkəzdə texniki işlərin yerinə yetirilməsinə, meteoroloji proqnozların, meteoroloji məlumatlar üzrə arayışların, məsləhətlərin vaxtında və keyfiyyətlə verilməsinə nəzarət edir. Operativ meteoroloji xidmətin qeydiyyatını aparır, operativ meteoroloji xidmət üzrə iş təcrübəsini ümumiləşdirərək yayılmasına xidmət edir. Meteoroloji proqnozların və təhlükəli xəbərdarlıqların mütəxəssislər tərəfindən vaxtında yoxlanılmasına və qiymətləndirilməsinə nəzarət edir. Özünü doğrultmayan meteoroloji proqnozların və xəbərdarlıqların səbəbini mütəxəssis sinoptik və meteoroloqlar ilə birlikdə müntəzəm olaraq təhlil edir.

Hidrometeoroloji proqnozlar bürosunun işçilərinə texniki dərslərin keçirilməsini təşkil edir. Büronun illik iş planının tərtibində iştirak edir.

Azərbaycan Respublikası ərazisində və Xəzər dənizi akvatoriyasında qısamüddətli və uzunmüddətli hava proqnozlarının tərtibində bütün sinoptik modellərin, peyk məlumatlarının və aerosinoptik materialların gündəlik dəqiq təhlilini yerinə yetirir. Azərbaycan Respublikası ərazisində və Xəzər dənizi akvatoriyasında müşahidə olunmuş kəskin hava dəyişilməsi haqqında məlumatlar hazırlayır. Təkmilləşdirilmiş mövcud və yeni proqnozlaşdırılma üsullarını öyrənir. Hava proqnozlarının özünü doğrultmasının düzgün qiymətləndirilməsi işlərini aparır. Təhlükəli, xüsusilə təhlükəli hidrometeoroloji hadisələr və ya havanın kəskin pisləşməsi haqqında xəbərdarlığın vaxtında tərtib edilməsi və çatdırılmasını təmin edir. Mütəmadi olaraq (hər 3 saatdan bir) baş mühəndisə və Hidrometeoroloji proqnozlar bürosunun direktoruna mövcud vəziyyəti məruzə edir.

Meteoroloji proqnozlar üzrə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırır.

Yuxarı orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilən meteoroloji məlumatlara nəzarət edir.

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir, mərkəzin texniki heyətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarətdə saxlayır.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: hidrologiya*, okeanologiya*, meteorologiya* və iqlimşünaslıq* ixtisasları və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

15-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

17-ci dərəcə: xidmət etdiyi sahə üzrə 8 ildən az olmayaraq əmək stajı olduqda.

Məlumat mübadiləsini təmin edir. Monitorinq məlumatlarının vaxtında daxil olmasına nəzarət edir. Monitorinq məlumatlarını tələb olunan formatda sistemləşdirir və mübadiləsini həyata keçirir. Hər ayın 15-ə qədər keçən ay üzrə daxil olan məlumatların Rejim məlumatlarının arxivləşməsi mərkəzinə ötürülməsini təmin edir. Fəaliyyətini aylıq, illik iş planına əsasən yerinə yetirir. Verilən tapşırıqların, göstərişlərin icrasını və iş planına uyğun olaraq hesabatların hazırlanmasını təmin edir.

Təbii mühitin keyfiyyəti üzrə

Məlumat axınını qiymətləndirir. Monitorinq məlumatlarının vaxtında daxil olmasına nəzarət edir. Monitorinq məlumatlarını tələb olunan formatda sistemləşdirir və mübadiləsini həyata keçirir. Çoxillik məlumatlar üzrə (ən azı 5 il) trendləri araşdırır və diaqram, qrafik təsvirlərini hazırlayır. Fəaliyyətini aylıq, illik iş planına əsasən yerinə yetirir. Verilən tapşırıqların, göstərişlərin icrasını və iş planına uyğun olaraq hesabatların hazırlanmasını təmin edir.

Əməyin mühafizəsi üzrə

Mərkəzin etibarının qorunmasını, istehsalat sirrinin saxlanmasını təmin edir. Əmək və icra intizamına riayət edir. Əməyin mühafizəsi işini təşkil edir və əlaqələndirir. Mərkəz işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına əməl edilməsinə nəzarət edir. İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil edir. İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər verir. Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair təlimlər keçir. İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizliyə dair növbəti və növbədənkənar təlimlər keçir. Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlayır. Əməyin mühafizəsinə dair illik tədbirlər planının yerinə yetirilməsinə nəzarət edir. Əməyin mühafizəsi işçiləri üçün mütəmadi seminarların və treninqlərin keçirilməsini təşkil edir. Tələb olunan peşə sahiblərinin tibbi müayinələrdən keçməsini təşkil edir. Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət edir. İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət edir.

Texniki xidmət, metrologiya və kalibrlənmə üzrə

İstehsalat sirrinin saxlanmasını təmin edir. İstismarda olan cihaz və avadanlıqları ehtiyatla və səmərəli istifadə edir. Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır. İşə götürülən mütəxəssisləri nəzəri və təcrübi təlimatlandırır. Yarımillik və illik hesabatları iş planına uyğun olaraq hazırlayır. Ölçmə vasitələrinin yoxlanılmasına və nəticələrinin təsdiq edilməsinə nəzarət edir.

Təbii mühitin qiymətləndirilməsi üzrə

Təbii mühitin qiymətləndirilməsi üzrə məlumatlara olan ehtiyacı araşdırır. Məlumatların toplanması, işlənməsi və yığılmasını yerinə yetirir. Təbii mühitdə baş verən hadisələr haqqında informasiyaların toplanması, təhlili və öyrənilməsini təşkil edir, əldə olunmuş məlumatların təhlili və nəzəri ümumiləşdirilməsini aparır. Bu mövzu üzrə perspektiv planların, eləcə də mövzuya uyğun iş planlarının hazırlanmasında iştirak edir.

Hidrometeorologiya və ekologiya üzrə sərbəst mövzunun və ya onun bir hissəsinin tədqiqi ilə məşğul olan əməkdaşlar qrupuna rəhbərlik edir. Bütün aparıcı mütəxəssislərin və mütəxəssis hidroloqların yerinə yetirdikləri işlərə nəzarət və metodiki rəhbərlik edir. Respublika ərazisinin hidroloji şəraiti barədə arayış, məruzə, icmal tərtib edir. Müşahidə materiallarının yığcam olaraq, hidroloji illik şəklində hazırlanmasında iştirak edir. Mərkəzə daxil olan bütün müşahidə materiallarının kritik analizini həyata keçirir, illiklərin tərtibində yaxından iştirak edir.

Su obyektlərinin vəziyyətini, su ehtiyatlarının rejiminin müxtəlif sahələrin fəaliyyətinə təsirini öyrənir. Materialların yığcam olaraq illik hesabat şəklində dərc edilməsində iştirak edir. görülən işlərin keyfiyyətinə nəzarət edir, onları qiymətləndirir. Hidrometeoroloji şəbəkədən daxil olan müşahidə məlumatlarını təhlil edərək Dövlət Su Kadastrı üçün çapa hazırlanmasında yaxından iştirak edir. Hidroloji proqnozların, çayların və su ehtiyatlarının rejimi üzrə araşdırmaları, məsləhətləri vaxtında və keyfiyyətlə yerinə yetirir. Texniki işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edir. Respublika çayları və su ehtiyatları üçün hidrometeoroloji proqnozları vaxtında və keyfiyyətlə tərtib edir. Çayların rejimində gözlənilən dəyişikliklər barəsində hazırlanan məlumatlar xəbərdarlıq şəklində rəhbərliyə və aidiyyəti qurumlara təqdim edilir. Əlaqədar təşkilatlara hidroloji xidmətin göstərilməsi, çaylarda və su ehtiyatlarında gözlənilən təhlükəli hadisələr haqqında xəbərdarlığın tərtibi və bu sahədə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırılması ilə bağlı tədbirlər görür. Alınan məlumatların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir, işlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsini təmin edir.

Metodologiya işlərinin aparılması üçün planlar və metodiki proqramlar işləyib hazırlayır. Mövzu üzrə informasiyanın toplanması, təhlili və öyrənilməsini təşkil edir, ən yeni məlumatların təcrübə və müşahidələrin təhlilini və nəzəri ümumiləşdirilməsini aparır. Mövzu üzrə illik, perspektiv planların, eləcə də maddi-texniki təchizat sənədlərinin hazırlanmasında, iş planlarının yerinə yetirilməsində və elmi-metodiki şuranın işlərində iştirak edir. Bu sahədə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırır. Alınan məlumatların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir. İşlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsini təmin edir.

Xəzər dənizinin mövcud hidrometeoroloji vəziyyətini əks etdirən bülletenlərin hazırlanmasını təşkil edir. Hazırlanan metodiki sənədlərin və aparılan işlərin nəticələrinin yuxarı orqanın (qurumun) rəsmi internet saytında və mediada işıqlandırılmasını təmin edir. Müvafiq qurum və təşkilatları dəniz hidrometeoroloji məlumatlarla təmin edir.

İqlim dəyişmələrinin təsirinə məruz qalacaq sistemlərin adaptasiya strategiyasının işlənməsində iştirak edir. BMT-nin Ozon qatının qorunması haqqında Vyana Konvensiyasının və Ozon qatını dağıdan maddələr üzrə Monreal protokolu qərarlarının ölkədə həyata keçirilməsi ilə bağlı işlər haqqında yuxarı orqanın (qurumun) rəhbərliyinin icazəsi ilə müvafiq qurumları və Konvensiya Katibliyini məlumatlandırır. İstixana qazlarının kadastr sisteminin təkmilləşməsi işlərini təmin edir. İqlim dəyişmələri məsələlərinə aid olan bütün sahələrdə ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama) sisteminin yaradılmasında iştirak edir. Mərkəzin inventarlaşdırma, iqlim ssenarilər, azaldılma tədbirlərinin ssenarilərinin qiymətləndirilməsi işlərində istifadə olunan model və proqramlarının normal iş rejimlərini təmin edir. Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. İqlim dəyişmələri üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Adaptasiya, inventarizasiya və ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama) üzrə

Adaptasiya üzrə mütəmadi olaraq aidiyyəti orqanların və ictimaiyyətin məlumatlandırılması işlərinin təşkilində yaxından iştirak edir. İstixana qazları ilə bağlı yeniliklərin izlənməsi, onların təhlili və tətbiqi məsələlərinin müzakirəsi işlərini təşkil edir. İstixana qazlarının inventarlaşması üzrə qeyri-müəyyənlikləri təhlil edir və aradan qaldırır. ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama ) üzrə dünya təcrübəsinin öyrənilməsi və mütərəqqi sistemləri ölkədə tətbiq edir. İqlim dəyişmələrinin təsirinin yumşaldılması və istixana qazlarının emissiyalarının azaldılmasına yönələn siyasət, strateji-proqram xarakterli sənədlərin, tədbirlərin hazırlanması, icrası və dövri olaraq yenilənməsinə yardım göstərir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunan məlumatların (istixana qazlarının inventarlaşma nəticələri üzrə) mübadiləsi üçün həmin Komitənin müvafiq qurumları ilə birgə fəaliyyətini davam etdirir.

Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. İqlim dəyişmələri üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Dəniz hidrometeoroloji stansiya və məntəqələrində görülən işlərə nəzarət edir, müşahidələrin vaxtında və düzgün aparılmasını təmin edir. Dəniz hidrometeoroloji müşahidələrin aparılması, məlumatların toplanması, işlənməsi və yığılmasını yerinə yetirir.

Əmək qanunvericiliyi, eləcə də texniki təhlükəsizliyə riayət edir. Stansiya və məntəqələrdən daxil olan məlumatların qeydiyyatını aparır, gündəlik daxil olan materialları yoxlayıb çapa hazırlayır, dəniz illiyi üçün materialları kompüterin yaddaşına köçürür, müşahidə şəbəkəsindən gələn məlumatların texniki yoxlanılmasını həyata keçirir.

Hidrometeoroloji şəbəkədən mərkəzə daxil olan meteoroloji müşahidə məlumatlarını yoxlayır, müşahidə məlumatlarının yoxlanılması zamanı aşkar edilmiş nöqsanlar barədə sirkulyar məktubları tərtib edir. Yuxarı orqan (qurum) tərəfindən yönləndirilmiş əlaqədar təşkilatların sorğu və məktublarına əsasən lazımi meteoroloji məlumatları hazırlayır, meteoroloji informasiya və məlumatlara olan ehtiyacı öyrənir. Mediadan istifadə edib meteorologiya elmini təbliğ edir. Öz ixtisası üzrə daimi olaraq biliyini təkmilləşdirir. Əməyin mühafizəsini təşkil edir. Meteoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsində iştirak edir. Stansiya və məntəqələrdə meteoroloji müşahidələrin aparılmasına nəzarət edir.

Baş hidroloq - proqnoz üzrə

Operativ hidroloji xidmətin səmərəliliyinin qeydiyyatını aparır, operativ hidroloji xidmət üzrə iş təcrübəsini ümumiləşdirir və yayır. Hidrologiya (əsasən hidroloji proqnozlar) üzrə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırır, dövlət orqanlarının, müəssisə və təşkilatların hidroloji məlumatlarla təmin olunma plan-sxemini tərtib edir. Hidrologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Baş hidroloq - rejim üzrə

Hidroloji şəbəkənin işinin metodiki rəhbərliyinin keyfiyyətlə həyata keçirilməsini təmin edir, illər üzrə Dövlət Su Kadastrının ilkin materiallarının ekspertizasını həyata keçirir, hidroloji materialların regional hidrometeorologiya mərkəzlərindən qəbulu, onların yoxlanılması, təhlili, tərtibi və buraxılışa hazırlanmasını təşkil edir. Şəbəkədə müşahidələrin aparılmasına nəzarət edir, aşkar edilmiş səhvlər haqqında sirkulyar məktublar, icmallar, metodiki tövsiyələr hazırlayır. Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Hidrologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Baş hidroloq - çöl işləri üzrə

Bütün çöl-tədqiqat işlərinin yerinə yetirilməsində məsuliyyət daşıyır, çöl işlərinin aylıq, illik iş planı və tapşırıqlarının, onun maliyyələşdirmə smetasının vaxtında hazırlanmasını təşkil edir. Çöl-tədqiqat ekspedisiya işlərində şəxsən iştirak edir, işi plan və tapşırığa uyğun olaraq yerinə yetirir, çöl işlərinin hazırlanmasına, yerinə yetirilməsinə və digər işlərə rəhbərlik edir.

Respublikanın ərazisində yerləşən buzlaqların öyrənilməsində, onların parametrlərinin, ərimə xüsusiyyətlərinin təyin edilməsində, dağlıq ərazilərdə baş verən qar uçqunlarının öyrənilməsində, çöl işlərinin texniki hesabat şəklində hazırlanmasında yaxından iştirak edir. Hidrologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Baş aqrometeoroloq - proqnoz üzrə

Aqrometeoroloji şəbəkədən daxil olan məlumatların operativliyinə, dəqiqliyinə və keyfiyyətinə nəzarət edir. Operativ müşahidə məlumatlarının işlənilməsini, təhlilini təşkil edir, bu məlumatlar əsasında müxtəlif sorğu və məktubların cavablandırılmasında iştirak edir. Aqrometeoroloji müşahidə materiallarının toplanması və təhlil olunmuş məlumatların çapa hazırlanmasını təşkil edir, çapdan çıxmış materialların yoxlanılmasında iştirak edir. Respublika ərazisinin aqrometeoroloji şəraiti haqqında şərh, dekadalıq aqrometeoroloji bülleten hazırlayır, aqrometeoroloji proqnozlar tərtib edir. Əlaqədar təşkilatların sorğu və məktublarına əsasən aqrometeoroloji məlumatların hazırlanmasında iştirak edir. Yoxlamalar zamanı aşkar olunmuş nöqsanları araşdırır, sirkulyar məktubların yazılmasında iştirak edir, metodiki təkliflər hazırlayır. Mərkəzin iş planının hazırlanmasında iştirak edir. Mərkəz üçün təsdiq edilmiş iş planının vaxtında və keyfiyyətli yerinə yetirməsində iştirak edir. Mərkəzdə nizam-intizama və əmək qaydalarına riayət edilməsinə ciddi əməl edir.

Baş aqrometeoroloq - rejim üzrə

Aqrometeoroloji şəbəkədən daxil olan rejim məlumatlarının dəqiqliyinə və keyfiyyətinə nəzarət edir. Rejim məlumatlarının işlənilməsini, təhlilini təşkil edir, bu məlumatlar əsasında müxtəlif sorğu və məktubların cavablandırılmasında iştirak edir. Rejim materiallarının toplanması və təhlil olunmuş məlumatların çapa hazırlanmasını təşkil edir, çapdan çıxmış materialların yoxlanılmasında iştirak edir. Respublika ərazisinin aqrometeoroloji şəraiti haqqında məruzə, icmal, dekadalıq aqrometeoroloji bülleten tərtib edir. Əlaqədar təşkilatların sorğu və məktublarına əsasən aqrometeoroloji məlumatların hazırlanmasında iştirak edir. Yoxlamalar zamanı aşkar olunmuş nöqsanları araşdırır, sirkulyar məktubların yazılmasında iştirak edir, metodiki təkliflər hazırlayır. Mərkəzin iş planının hazırlanmasında iştirak edir. Mərkəz üçün təsdiq edilmiş iş planının vaxtında və keyfiyyətli yerinə yetirməsində iştirak edir.

Əməyin mühafizəsi və mülki müdafiə üzrə

Mərkəzin və stansiyaların işçilərini əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırır. Stansiyalarda aşındırıcı maddələrin, texniki vasitələrin, cihaz və avadanlıqların saxlanmasına və istifadə üçün yararlılığına, stansiyalarda elektromaqnit şüalanma sahəsinin gücünün qəbul olunmuş norma limitləri çərçivəsində olmasına nəzarət edir. Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Radiometeorologiya üzrə

Radiometeoroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Atmosferdə baş verən hidrometeoroloji proseslərin və hadisələrin müşahidə edilməsi, fasiləsiz müşahidə üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində iştirak edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir, radiometeorologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Aviameteorologiya üzrə

Aerodromlarda meteoroloji müşahidələrin təşkil edilməsində iştirak edir. Aviameteoroloji müşahidələr üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aviameteoroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Aviameteorologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Aeroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində iştirak edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir, aerologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Mərkəzin illik iş planının tərtib edilməsində, istehsalat fəaliyyətinin təşkilində iştirak edir, işçilər arasında iş bölgüsünün aparılmasına və yerinə yetirilən işlərin icrasına nəzarət edir.

Sinoptik məlumatların vaxtında və müvafiq tələblərə uyğun şəkildə daxil olmasına nəzarət edir, operativ rejim xarakterli meteoroloji məlumatların vaxtında və yüksək keyfiyyətlə yığılmasında, yoxlanılmasında, təhlil edilməsində, sistemləşdirilməsində və aidiyyəti üzrə ötürülməsində iştirak edir, nöqsanların aradan qaldırılmasını təmin edir, mərkəzin gördüyü işlərin yekunları barədə hesabatın hazırlanmasına və aidiyyəti üzrə rəhbərliyə vaxtında təqdim olunmasına nəzarət edir.

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir, idarənin texniki heyətinə rəhbərlik edir, onların işlərini nəzarətdə saxlayır.

İnformasiya təqdimatı üzrə

İnformasiya sistemlərinin müdafiəsi üsulları əsasında informasiya təhlükəsizliyinin təmin edilməsi prosesində iştirak edir. Rəqəmsal məlumatların dövriyyəsinə, məlumat itkisinin qarşısının alınmasına nəzarət edir. İnformasiya sistemlərinin zəif tərəfinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak edir. Məlumatların və şəbəkə vəsaitlərinin (kompüterlər, ötürücü vasitələr, məlumat bazası və s.) qorunması üçün müvafiq tədbir və prosedurların tətbiq edilməsində iştirak edir.

Modelləşdirmə və CİS (Coğrafi İnformasiya Sistemləri) üzrə

Stasionar, ərazi və nəqliyyat mənbələrindən atılan emissiyaların qiymətləndirilməsinin yerinə yetirilərək modelinin hazırlanması üçün lazım olan müşahidə məlumatlarının emalı və toplanmasını həyata keçirir.

CİS (Coğrafi İnformasiya Sistemləri) proqramlarından istifadə edilərək monitorinq məlumatlarının vizuallaşdırılması üçün lazım olan məlumatların (havanın temperaturu, küləyin istiqaməti, sürəti və sair) emalı və toplanmasını həyata keçirir.

Şəbəkə avadanlıqlarının (kompüterlər, ötürücü vasitələr, məlumat bazası və s.) fasiləsiz işinin təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görür. Kommunikasiya vasitələrindən istifadə etməklə məlumatların mütəmadi olaraq daxil olmasını təmin edir. Elektron poçt vasitəsi ilə göndərilən məlumatların mütəmadi olaraq daxil olmasına nəzarət edir. Lokal (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemləri həll edir. Şəbəkə avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görür. Yuxarı orqanın (qurumun) tabeli qurumlarında lokal şəbəkənin yaradılmasında iştirak edir. Kabel xətləri çəkilməsində və kabel xətlərində yaranmış problemlərin aradan qaldırılmasında iştirak edir. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmir işlərini yerinə yetirir. Yaranmış nasazlıqları aşkara çıxarmaq məqsədilə müəssisədə şəbəkə avadanlıqlarının, kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirir.

İqlimin əsas elementləri (atmosfer çöküntüləri (yağış, qar, dolu və.s), atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın temperaturu, küləyin parametrləri, atmosfer təzyiqi və sair) üzrə ölçmə məlumatlarının daxil olmasına nəzarət edir. Məlumatların toplanmasını və emalını (sinoptik kodların açılışı, daxil olan məlumatların düzgünlüyünə nəzarət) yerinə yetirir.

Mal-material, əsas vəsaitlər, inventar, kommunal, təmir işləri, abadlaşdırma, informasiya təqdimatı üzrə

Yuxarı orqanın (qurumun) inzibati binasının yanğından mühafizəsi, ilkin tibbi yardımın təşkili, həmin binada sanitar-gigiyenik normalara riayət olunması və təmizlik işlərinin aparılması ilə bağlı tədbirlər görür. İstifadəyə yararsız obyektlər və torpaqlar barədə məlumatların verilməsinə, vaxtı keçmiş mal-materialların müəyyənləşdirilərək balansdan silinməsinə nəzarət edir.

Yuxarı orqanın (qurumun) tabeli qurumlarının işçiləri ilə bağlı əməkhaqqı ödənişlərinin hesablanmasını, ödənilməsini, ödənişlərin hesablanması zamanı müvafiq tutulmaların qurumlara köçürülməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə hesabatların təqdim edilməsini, işçilərin plastik kartlarının alınması və onlara təqdim edilməsini təmin edir. Regionlarda təhvil-təslim işləri, regionlar üzrə əsas vəsaitlərin uçotunun aparılması və anbar qalığının çıxarılması barədə aidiyyəti üzrə rəhbərliyə hesabat verir.

Təsərrüfat işləri üzrə

Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edir. Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir. Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırır. Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin edir. Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin edir. Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtında təmirinə nəzarət edir. Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin edir və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim edir. Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir. Otaqların vəziyyətinə nəzarət və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür. İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edir. Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil edir. Mərkəzin etibarının qorunmasını, istehsalat sirrinin saxlanmasını təmin edir. Əməyin mühafizəsi, əmək və icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyenaya və mülki müdafiə qaydalarına riayət olunmasını təmin edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: Hidrologiya*, okeanologiya*, meteorologiya* və iqlimşünaslıq* ixtisasları və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

15-ci dərəcə: xidmət etdiyi sahə üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

16-cı dərəcə: xidmət etdiyi sahə üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda.

Məlumat mübadiləsini təmin edir. Monitorinq məlumatlarının vaxtında və müvafiq tələblərə uyğun şəkildə daxil olmasına nəzarət edir. Monitorinq məlumatlarını tələb olunan formatda sistemləşdirir və mübadiləsini həyata keçirir. Hər ayın 15-ə qədər keçən ay üzrə daxil olan məlumatların Rejim məlumatlarının arxivləşməsi mərkəzinə ötürülməsinə nəzarət edir

Təbii mühitin keyfiyyəti üzrə

Ətraf mühitə atılan zərərli maddə və tullantılar, çirkləndiricilər haqqında məlumatları qeydiyyata alır, sistemləşdirərək kompüterin yaddaşına salır, buraxılan səhvləri müəyyənləşdirir. Məlumatları xüsusi proqram üzrə arxivləşdirir.

Ətraf mühitə atılan zərərli maddə və tullantıların qəbul olunmuş çirklənmə və norma limitləri çərçivəsində olmasına və keyfiyyətinə nəzarət edir. Məlumat axınını qiymətləndirir. Monitorinq məlumatlarının vaxtında və müvafiq tələblərə uyğun şəkildə daxil olmasına nəzarət edir. Müşahidə məlumatlarında keyfiyyətə təminat və nəzarəti yerinə yetirir

Əməyin mühafizəsi üzrə

Mərkəzin etibarının qorunmasını, istehsalat sirrinin saxlanmasını təmin edir. Əmək və icra intizamına mövcud qanunvericiliyə uyğun olaraq riayət edir. Əməyin mühafizəsi işini təşkil edir və əlaqələndirir. Mərkəz işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına əməl edilməsinə nəzarət edir. İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil edir. İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər verir. Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimlər keçir. İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizliyə dair növbəti və növbədənkənar təlimlər keçir. Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlayır. Əməyin mühafizəsinə dair illik tədbirlər planının yerinə yetirilməsinə nəzarət edir. Əməyin mühafizəsi işçiləri üçün mütəmadi seminarların və treninqlərin keçirilməsini təşkil edir. İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlama protokollarının hazırlanmasına nəzarət edir. Daxili qrafikə uyğun əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlayır. Tələb olunan peşə sahiblərinin tibbi müayinələrdən keçməsini təşkil edir. Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət edir. İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət edir. Əməyin mühafizəsinə dair yazılı göstərişlər verir və icrasına nəzarət edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında işçilərin biliklərinin yoxlanması üzrə komissiyanın işinə nəzarət edir.

Texniki xidmət, metrologiya və kalibrlənmə üzrə

İstehsalat sirrinin saxlanmasını təmin edir. İstismarda olan cihaz və avadanlıqları ehtiyatla və səmərəli istifadə edir. Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır. İşə götürülən mütəxəssisləri nəzəri və təcrübi təlimatlandırır. Yarımillik və illik hesabatları iş planına uyğun olaraq hazırlayır. Ölçmə vasitələrinin yoxlanılmasına və nəticələrinin təsdiq edilməsinə nəzarət edir. Əmək və icra intizamına mövcud qanunvericiliyə uyğun olaraq riayət edir. Mərkəz üçün zəruri normativ-texniki və metodiki sənədlər bazasının yaradılmasında iştirak edir.

Təbii mühitin qiymətləndirilməsi üzrə

Təbii mühitdə baş verən hadisələr haqqında informasiyaların toplanması, təhlili və öyrənilməsini təşkil edir, əldə olunmuş məlumatların təhlili və nəzəri ümumiləşdirilməsini aparır. Bu mövzu üzrə perspektiv planların, eləcə də mövzuya uyğun iş planlarının hazırlanmasında iştirak edir. Təşkil olunan seminar və metodiki şuranın işlərində iştirak edir. İş planının vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət edir. Alınan nəticələrin düzgünlüyünü yoxlayır, rəhbərliyin sərəncamlarının (göstərişlərinin) vaxtında yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

Respublika ərazisinin hidroloji şəraiti barədə arayış, məruzə, icmal tərtib edir. Müşahidə materiallarının yığcam olaraq, hidroloji illik şəklində hazırlanmasında iştirak edir. Mərkəzə daxil olan bütün müşahidə materiallarının kritik analizini həyata keçirir, illiklərin tərtibində yaxından iştirak edir. İşçilər üçün işlərin təqvim planlarının tərtibi və yerinə yetirilməsinə görə cavabdehlik daşıyır, alınan nəticələrin düzgünlüyünü yoxlayır, rəhbərliyin sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. İş planının vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət edir.

Hidroloji proqnozların, çayların və su ehtiyatlarının rejimi üzrə araşdırmaları, məsləhətləri vaxtında və keyfiyyətlə yerinə yetirir. Texniki işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edir. Respublika çayları və su ehtiyatları üçün hidrometeoroloji proqnozları vaxtında və keyfiyyətlə tərtib edir. Çayların rejimində gözlənilən dəyişikliklər barəsində hazırlanan məlumatlar xəbərdarlıq şəklində rəhbərliyə və aidiyyəti qurumlara təqdim edilir. Əlaqədar təşkilatlara hidroloji xidmətin göstərilməsi, çaylarda və su ehtiyatlarında gözlənilən təhlükəli hadisələr haqqında xəbərdarlığın tərtibi və bu sahədə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırılması ilə bağlı tədbirlər görür. Alınan məlumatların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir, işlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsini təmin edir.

Metodologiya işlərinin aparılması üçün planlar və metodiki proqramlar işləyib hazırlayır. Mövzu üzrə informasiyanın toplanması, təhlili və öyrənilməsini təşkil edir, ən yeni məlumatların təcrübə və müşahidələrin təhlilini və nəzəri ümumiləşdirilməsini aparır. Mövzu üzrə illik, perspektiv planların, eləcə də maddi-texniki təchizat sənədlərinin hazırlanmasında iş planlarının yerinə yetirilməsində və elmi-metodiki şuranın işlərində iştirak edir. Bu sahədə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırır. Alınan məlumatların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir. İşlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsini təmin edir.

İqtisadiyyatın dəniz hidrometeorologiyası üzrə məlumatlara olan ehtiyacı öyrənir. Dəniz müşahidə şəbəkəsindən gələn müşahidə materiallarını çapa hazırlayır, illik dəniz materiallarının tərtib edilməsində iştirak edir. Dəniz hadisələri ilə atmosfer hadisələri arasındakı əlaqənin mahiyyətini qiymətləndirir, aparılan işlərdə yaxından iştirak edir.

Xəzər dənizinin mövcud hidrometeoroloji vəziyyətini əks etdirən bülletenlərin hazırlanmasını təşkil edir. Hazırlanan metodiki sənədlərin və aparılan işlərin nəticələrinin yuxarı orqanın (qurumun) rəsmi internet saytında və mediada işıqlandırılmasını təmin edir. Müvafiq qurum və təşkilatları dəniz hidrometeoroloji məlumatlarla təmin edir.

BMT-nin Ozon qatının qorunması haqqında Vyana Konvensiyasının və Ozon qatını dağıdan maddələr üzrə Monreal protokolu qərarlarının ölkədə həyata keçirilməsi ilə bağlı Vyana Konvensiya Katibliyinin məlumatlandırılmasını təmin edir. Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu ilə tənzimlənən maddələrin Respublikada istehsalı, idxalı, ixracı və istifadəsi haqqında məlumatların toplanmasını həyata keçirir. Ozon probleminə dair biliklərin yayılması, müntəzəm təbliği və ictimaiyyətin məlumatlandırılması ilə bağlı maarifləndirmə işlərini həyata keçirir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasında iştirak edir. Ozon qatının qorunması və ozon qatını dağıdan maddələrin idarə olunması üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Gender aspektləri, adaptasiya, inventarizasiya və ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama) üzrə

İqlim dəyişmələrinin gender aspektlərinə təsirlərini təhlil edir və qiymətləndirir. Adaptasiya üzrə mütəmadi olaraq aidiyyəti orqanların və ictimaiyyətin məlumatlandırılması işlərinin təşkilində yaxından iştirak edir. İstixana qazlarının metodikaları ilə bağlı yeniliklərin izlənməsi, onların təhlili və tətbiqi məsələlərinin müzakirəsi işlərini təşkil edir. İstixana qazlarının inventarlaşması üzrə qeyri-müəyyənlikləri təhlil edir və aradan qaldırır. ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama ) üzrə dünya təcrübəsini öyrənir və mütərəqqi sistemləri ölkədə tətbiq edir. İqlim dəyişmələrinin təsirinin yumşaldılması və istixana qazlarının emissiyalarının azaldılmasına yönələn siyasət, strateji-proqram xarakterli sənədlərin, tədbirlərin hazırlanması, icrası və dövri olaraq yenilənməsinə yardım göstərir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunan məlumatların (istixana qazları inventarlaşma nəticələri üzrə) mübadiləsi üçün həmin Komitənin müvafiq qurumları ilə birgə fəaliyyətini davam etdirir.

Dəniz şəbəkəsində görülən işlərin keyfiyyətinə nəzarət edir, onları qiymətləndirir. Şəbəkədən gələn müşahidə materiallarını çapa hazırlayır, illik dəniz materiallarının tərtib edilməsində iştirak edir. Dəniz hadisələri ilə atmosfer hadisələri arasındakı əlaqənin fiziki mahiyyətini mənimsəyərək mərkəzdə aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edir. Meteoroloji müşahidələrin aparılması, məlumatların toplanması, işlənməsi və yığılmasını yerinə yetirir. Stansiya və məntəqələrdən gələn məlumatların qeydiyyatını aparır. Dəniz üzrə rejim-sorğu arayışları hazırlayır. Gündəlik stansiya və ya məntəqəyə daxil olan materialları yoxlayıb çapa hazırlayır. İqtisadiyyatın dəniz məlumatlarına olan ehtiyaclarının öyrənilməsində iştirak edir. Stansiya və ya məntəqədən gələn məlumatların texniki yoxlanılmasını həyata keçirir.

Okeanoloq (stansiyada)

Apardığı müşahidə məlumatlarının qeydiyyatını, kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir. Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələri və bu hadisələrin vurduğu zərər haqqında məlumatları qeydə alır. Hidrometeoroloji şəbəkədə tətbiq edilən yeni cihaz və avadanlıqların istismar qaydalarını öyrənərək okeanoloji müşahidələrin aparılmasında istifadə edir.

Hidrometeoroloji şəbəkədən mərkəzə daxil olan meteoroloji müşahidə məlumatlarını yoxlayır. Müşahidə məlumatlarının yoxlanılması zamanı aşkar edilmiş nöqsanlar barədə sirkulyar məktubları tərtib edir. Yuxarı orqan (qurum) tərəfindən yönləndirilmiş əlaqədar təşkilatların sorğu və məktublarına əsasən lazımi meteoroloji məlumatları hazırlayır. Meteoroloji informasiya və məlumatlara olan ehtiyacı öyrənir. Mətbuat və informasiya vasitələrindən istifadə edib meteorologiya elmini təbliğ edir. Hidrometeoroloji müşahidə şəbəkəsində cihaz və texniki vəsaitlərdən istifadə edərkən meteoroloji müşahidələri, eləcə də hidrometeoroloji proseslərə təsir amillərini, meteoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsində iştirak edir. Stansiya və məntəqələrdə meteoroloji müşahidələrin aparılmasına nəzarət edir. Respublika ərazisində fəaliyyət göstərən meteoroloji şəbəkəyə metodiki nəzarət edir, meteoroloji informasiya və məlumatlara olan ehtiyacı öyrənir.

Hidroloq - proqnoz üzrə

Respublika çayları üçün qısamüddətli hidroloji proqnozları vaxtında tərtib edir. Hidroloji proqnozların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir.

Operativ hidroloji xidmətin səmərəliliyinin qeydiyyatını aparır, operativ hidroloji xidmət üzrə iş təcrübəsini ümumiləşdirir və yayır. Hidrologiya (əsasən hidroloji proqnozlar) üzrə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırır, dövlət orqan və təşkilatlarının hidroloji məlumatlarla təmin olunma plan-sxemini tərtib edir. Hidrologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir. Hidroloji məntəqələrdən gündəlik daxil olan məlumatların açıqlanması və jurnala yazılmasını təşkil edir. Hidroloji bülletenləri hazırlayır.

Hidroloq - rejim üzrə

Su obyektlərinin vəziyyətini, çayların rejiminin müxtəlif sahələrin fəaliyyətinə təsirini öyrənir. Müşahidə materiallarının yığcam olaraq hidroloji illik, hesabat şəklində dərc edilməsində iştirak edir. Hidroloji şəbəkədən daxil olan müşahidə materialları ilə işləyir, məlumatları təhlil edərək Dövlət Su Kadastrı üçün çapa hazırlayır. Hidroloji müşahidələrin aparılması, məlumatların yoxlanılması, işlənilməsi və yığılması işlərini yerinə yetirir.

Hidroloji şəbəkənin işinin metodiki rəhbərliyinin keyfiyyətlə həyata keçirilməsini təmin edir, illər üzrə Dövlət Su Kadastrının ilkin materiallarının ekspertizasını həyata keçirir, hidroloji materialların regional hidrometeorologiya mərkəzlərindən qəbulu, onların yoxlanılması, tərtibi və buraxılışa hazırlanmasını təşkil edir. Şəbəkədə müşahidələrin aparılmasına nəzarət edir, aşkar edilmiş səhvlər haqqında sirkulyar məktublar, icmallar, metodiki tövsiyələr hazırlayır. Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Hidrologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Hidroloq - çöl işləri üzrə

Müşahidə materiallarının yığcam olaraq, hidroloji illik şəklində hazırlanmasında iştirak edir. Çaylar üzərində olan hidroloji tamasaların işlək vəziyyətə gətirilməsi üçün nivelir cihazı vasitəsi ilə ölçü işlərinin aparılmasında və hesablanmasında iştirak edir. Dağlıq ərazilərdə marşrutlar üzrə qarölçmə işlərində, selin izinə görə maksimal su sərflərinin hesablanması ilə əlaqədar aparılan ölçü işlərində iştirak edir. Maksimal izə görə dağ çaylarının yataqlarında topoqrafik işlərinin aparılmasında, buzlaqlar üzərində teodolit cihazı vasitəsi ilə ölçü işlərinin aparılması, həmçinin buzlağın bütün parametrlərinin təyin edilməsində iştirak edir.

Bütün çöl-tədqiqat işlərinin yerinə yetirilməsində məsuliyyət daşıyır, çöl işlərinin aylıq, illik, iş planı və tapşırıqlarının, onun maliyyələşdirmə smetasının vaxtında hazırlanmasını təşkil edir. Çöl-tədqiqat ekspedisiya işlərində şəxsən işirak edir, işini plan və tapşırığa uyğun olaraq yerinə yetirir, çöl işlərinin hazırlanmasına, yerinə yetirilməsinə və digər işlərə rəhbərlik edir.

Aqrometeoroloq (mərkəzdə)

Hidrometeoroloji şəbəkədən daxil olan aqrometeoroloji müşahidə materiallarının texniki yoxlanılmasını, məlumatların qeydiyyatını və təhlilini aparır, aqrometeoroloji müşahidə məlumatları əsasında müxtəlif cədvəl və qrafiklər tərtib edir. Əlaqədar təşkilatların sorğu və məktublarına əsasən aqrometeoroloji məlumatların hazırlanmasında iştirak edir.

Hidrometeoroloji şəbəkədən daxil olan aqrometeoroloji teleqramların işlənməsini təmin edir, aqrometeoroloji icmalların, şərhin, dekadalıq bülletenin və illik aqrometeoroloji icmalın cədvəllərini tərtib edir.

Aqrometeoroloq (stansiyada)

Stansiya və məntəqələrdə, aqrometeoroloji müşahidə sahələrində müşahidələrin aparılmasına nəzarət edir. Stansiya və məntəqələrdən Mərkəzə daxil olan bütün aqrometeoroloji materialların yoxlanılması, təhlili, məlumatlarda olan səhvlər barədə icmalların tərtib edilməsi və aqrometeoroloqlara metodiki köməklik göstərilməsində iştirak edir. Hidrometeoroloji şəbəkədə yeni cihaz və avadanlıqlardan istifadə edərək aqrometeoroloji müşahidələrin təkmilləşdirilməsində, eləcə də aqrometeoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsində iştirak edir. Rəhbərliyin göstərişi ilə müşahidələr aparır, onların qeydiyyatını, kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir.

Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələri və bu hadisələrin kənd təsərrüfatı sahələrinə vurduğu zərər haqqında toplanmış məlumatların uyğun olaraq ötürülməsini təmin edir.

Radiometeorologiya üzrə

Atmosferdə baş verən hidrometeoroloji proseslərin və hadisələrin müşahidə edilməsinin elmi prinsiplərini nəzərə alaraq fasiləsiz müşahidə üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aylıq, yarımillik, illik hesabatları və iş planlarının tərtib edilməsində iştirak edir.

Aeroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Aeroloji müşahidə üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində iştirak edir. Aerodromlarda meteoroloji müşahidələrin təşkil edilməsində iştirak edir.

Aviameteorologiya üzrə

Aviameteoroloji müşahidələr üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aviameteoroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Aylıq, yarımillik, illik hesabatları tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Aviameteorologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Meteoroloji məlumatların kodlaşdırılmasında, təhlükəli və ifrat təhlükəli atmosfer hadisələri haqqında məlumatın operativ çatdırılmasında, müşahidə məlumatlarının yoxlanılmasında, təhlilində və yığılmasında iştirak edir, gecikmiş və düzgün tərtib olunmamış sinoptik teleqramlarla bağlı meteoroloji stansiyaya sorğu ilə müraciət edir. Hidrometeoroloji stansiyalar və digər struktur bölmələrdən daxil olan meteoroloji məlumatları vaxtında və müvafiq tələblərə uyğun şəkildə qəbul edib sistemləşdirməsini və plan-proqram üzrə nəzərdə tutulan ünvanlara ötürülməsini təmin edir. Xidmətdaxili, beynəlxalq və regional yayıma ötürülən sinoptik teleqramların hal-hazırda istifadə edilən meteoroloji proqramlar vasitəsi ilə vaxtında və dəqiq ötürülməsində iştirak edir, işlərin yüksək keyfiyyətlə və effektli yerinə yetirilməsini təmin edir.

Kompüterlərə yeni proqram təminatının quraşdırılmasında, işçilərin proqram təminatı ilə təmin edilməsi, alınan yeni avadanlıqların quraşdırılması, sazlanmasında iştirak edir. Kompüterlərə quraşdırılmış proqramların aktiv və yeni versiyalara uyğunluğuna nəzarət edir. Virus əleyhinə proqramların sazlığını və onların yenilənməsini nəzarətdə saxlayır. Kompüterlərin xarici avadanlıqlarının quraşdırılmasını, işə salınmasını və dəyişdirilməsini həyata keçirir. Notbuk və stolüstü kompüterlərin yoxlanılmasının həyata keçirilməsində iştirak edir. Kompüter sistemlərində, proqram və avadanlıqla bağlı daxil olan sorğu üzrə yardım və texniki dəstəyin təmin edilməsi işlərində iştirak edir.

İnformasiya təhlükəsizliyi üzrə

İnformasiya sistemlərinin müdafiəsi üsulları əsasında informasiya təhlükəsizliyinin təmin edilməsi prosesində iştirak edir. Rəqəmsal məlumatların dövriyyəsinə, məlumat itkisinin qarşısının alınmasına nəzarət edir. İnformasiya sistemlərinin zəif tərəfinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak edir. Məlumatların və hidrometeoroloji şəbəkə vəsaitlərinin qorunması üçün müvafiq tədbir və prosedurların tətbiq edilməsində iştirak edir.

Hidrometeoroloji şəbəkə avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görür. Kommunikasiya vasitələrindən istifadə etməklə məlumatların mütəmadi olaraq daxil olmasını təmin edir. Elektron poçt vasitəsi ilə göndərilən məlumatların mütəmadi olaraq daxil olmasına nəzarət edir. Lokal (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemləri həll edir. Şəbəkə avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görür. Yuxarı orqanın (qurumun) tabeli qurumlarında lokal şəbəkənin yaradılmasında iştirak edir. Kabel xətləri çəkilməsində və kabel xətlərində yaranmış problemlərin aradan qaldırılmasında iştirak edir. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmir işlərini yerinə yetirir. Yaranmış nasazlıqları aşkara çıxarmaq məqsədilə müəssisədə şəbəkə avadanlıqlarının, kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirir.

Modelləşdirmə və CİS (Coğrafi İnformasiya Sistemləri) üzrə

Stasionar, ərazi və nəqliyyat mənbələrindən atılan emissiyaların qiymətləndirilməsinin yerinə yetirilərək modelinin hazırlanması üçün lazım olan müşahidə məlumatlarının emalı və toplanmasını həyata keçirir. CİS (Coğrafi İnformasiya Sistemləri) proqramlarından istifadə edilərək monitorinq məlumatlarının vizuallaşdırılması üçün lazım olan məlumatların (havanın temperaturu, küləyin istiqaməti, sürəti və sair) emalı və toplanmasını yerinə yetirir.

İqlimin əsas elementləri (atmosfer çöküntüləri (yağış, qar, dolu və sair), atmosfer təzyiqi, havanın rütubətliliyi, torpağın temperaturu, küləyin parametrləri, atmosfer təzyiqi və sair) üzrə ölçmə məlumatlarının daxil olmasına nəzarət edir. Məlumatların toplanmasını və emalını (sinoptik kodların açılışı, daxil olan məlumatların düzgünlüyünə nəzarət) yerinə yetirir.

Hər üç saatdan bir hidrometeoroloji stansiyalardan KN-01 kodu üzrə daxil olan sinoptik teleqramların gündəlik hava bülleteninə qeyd olunması, sutkalıq və yarımsutkalıq proqnozlar üçün sinoptik materiallarının hazırlanması, sinoptik xəritələrin işlənməsini yerinə yetirir.

Sutkalıq, yarımsutkalıq və ixtisaslaşdırılmış proqnozların təsdiq olunmuş sxem üzrə əlaqədar təşkilatlara elektron poçt, faks və telefonla çatdırılmasını, mühüm hidrometeoroloji və təhlükəli hadisələr haqqında xəbərdarlıqların vaxtında əlaqədar təşkilatlara çatdırılmasını təmin edir.

Büroya daxil olan bütün meteoroloji materialları təhlil edir.

Texniki məşğələlərdə və seminarlarda fəal iştirak edir.

Azərbaycanın 7 iqlim bölgəsi üzrə sutkalıq və iki sutkalıq proqnozların, Xəzər dənizinin 6 rayonu üzrə sutkalıq və iki sutkalıq proqnozların, dənizdə dalğa olması barədə məlumatların, eyni zamanda ölkə ərazisi və Xəzər dənizi üzrə təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr haqqında tərtib olunmuş xəbərdarlıqların kompüterdə yığılması, faks və elektron poçtla lazımi təşkilatlara göndərilməsini təmin edir.

AMS (Avtomat Meteoroloji Stansiya) üzrə

Avtomat meteoroloji stansiya və məntəqələrdə yeni cihaz və avadanlıqlardan istifadə edərək meteoroloji müşahidələrin təkmilləşdirilməsində, eləcə də meteoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsində iştirak edir. Rəhbərliyin göstərişi ilə meteoroloji müşahidələri aparır, onların qeydiyyatını, kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir. Müşahidə materiallarının hesabatlar, illiklər şəklində hazırlanmasında və dərc edilməsində iştirak edir.

Yuxarı orqanın (qurumun) təsdiq etdiyi qaydada dövlət orqanlarının, müəssisə və təşkilatların hidrometeoroloji məlumatlarla təmin edilməsində iştirak edir. Rejim xarakterli meteoroloji, aqrometeoroloji və digər hidrometeoroloji materialların yığılmasında, yoxlanılmasında, təhlil edilməsində, aylıq və illiklər şəklində çap olunmasında iştirak edir. İş planlarının, rüblük və illik hesabatların hazırlanmasında iştirak edir.

Mal-material, əsas vəsaitlər, inventar, kommunal, təmir işləri, abadlaşdırma, informasiya təqdimatı üzrə

Yuxarı orqan (qurum) üzrə sıradan çıxmış binalar, istifadəsiz torpaqlar barədə məlumatların verilməsi, vaxtı keçmiş mal-materialların müəyyənləşdirilərək balansdan silinməsini təmin edir. Binadaxili elektrik istismarının təhlükəsizliyinə və qənaətinə nəzarət edir. Yuxarı orqan (qurum) üzrə elektrik enerjisi, su, qaz və rabitə hesablamaları və ödənişlərini həyata keçirir. Sudan səmərəli istifadəyə və kanalizasiya sistemində boruların təmiz qalmasına nəzarət edir. Regionlarda təhvil-təslim işləri, regionlar üzrə əsas vəsaitlərin uçotunun aparılması və anbar qalığının çıxarılmasına nəzarət edir. Təsərrüfat və mal-materiallar üzrə aylıq hesabatların tərtib edilməsi, tələbnamələrin yığılması, anbarda vaxtında inventarizasiyanın aparılmasını həyata keçirir. Nəqliyyatla bağlı dispetçer işlərinin həyata keçirilməsinə nəzarət edir. Liftin təmirinə, istismarına, həmçinin inzibati binanın damında quraşdırılmış antenalara nəzarət edir.

Təsərrüfat işləri üzrə

Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edir. Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir. Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırır. Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin edir. Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin edir. Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtında təmirinə nəzarət edir. Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin edir və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim edir. Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir. Otaqların vəziyyətinə nəzarət və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür. İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edir. Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil edir. Mərkəzin etibarının qorunmasını, istehsalat sirrinin saxlanmasını təmin edir. Əməyin mühafizəsi, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyenaya və mülki müdafiə qaydalarına riayət olunmasını təmin edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: hidrologiya*, okeanologiya*, meteorologiya* və iqlimşünaslıq* ixtisasları və ya təbiət ixtisasları qrupu üzrə ali təhsil.

12-ci dərəcə: 11-ci dərəcəli mütəxəssis vəzifəsində 1 ildən az olmayaraq iş stajı olduqda;

13-cü dərəcə: 11-ci dərəcəli mütəxəssis vəzifəsində 2 ildən az olmayaraq iş stajı olduqda.

Məlumat mübadiləsini təmin edir. Monitorinq məlumatlarının vaxtında və müvafiq tələblərə uyğun şəkildə daxil olmasına nəzarət edir. Monitorinq məlumatlarını tələb olunan formatda sistemləşdirir və mübadiləsini həyata keçirir. Hər ayın 15-ə qədər keçən ay üzrə daxil olan məlumatların Rejim məlumatlarının arxivləşməsi mərkəzinə ötürülməsini təmin edir. Fəaliyyətini aylıq, illik iş planına əsasən yerinə yetirir. Verilən tapşırıqların, göstərişlərin icrasını və iş planına uyğun olaraq hesabatların hazırlanmasını təmin edir.

Təbii mühitin keyfiyyəti üzrə

Ətraf mühitə atılan zərərli maddə və tullantılar, çirkləndiricilər haqqında məlumatları qeydiyyata alır, sistemləşdirərək kompüterin yaddaşına salır, buraxılan səhvləri müəyyənləşdirir, məlumatları xüsusi proqram üzrə arxivləşdirir.

Ətraf mühitə atılan zərərli maddə və tullantıların qəbul olunmuş çirklənmə və norma limitləri çərçivəsində olmasına və keyfiyyətinə nəzarət edir. Məlumatların təhlili, qiymətləndirilməsi, bülletenlərin (atmosfer, radiasiya və su üzrə) hazırlanmasında iştirak edir. Fövqəladə və ekstremal şəraitdə ətraf mühitin çirklənməsinin müşahidələrini yerinə yetirir.

Məlumat axınını qiymətləndirir. Monitorinq məlumatlarının vaxtında və müvafiq tələblərə uyğun şəkildə daxil olmasına nəzarət edir. Müşahidə məlumatlarında keyfiyyətə təminat və nəzarəti yerinə yetirir. Monitorinq məlumatlarını tələb olunan formatda sistemləşdirir və mübadiləsini həyata keçirir. Çoxillik məlumatlar üzrə (ən azı 5 il) trendləri araşdırır və diaqram, qrafik təsvirlərini hazırlayır. Fəaliyyətini aylıq, illik iş planına əsasən yerinə yetirir. Verilən tapşırıqların, göstərişlərin icrasını və iş planına uyğun olaraq hesabatların hazırlanmasını təmin edir.

Əməyin mühafizəsi üzrə

Mərkəzin etibarının qorunmasını, istehsalat sirrinin saxlanmasını təmin edir. Əmək və icra intizamına mövcud qanunvericiliyə uyğun olaraq riayət edir. Əməyin mühafizəsi işini təşkil edir və əlaqələndirir. Mərkəz işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik aktlarına əməl edilməsinə nəzarət edir. İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil edir. İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər verir. Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlayır. Əməyin mühafizəsi işçiləri üçün mütəmadi seminarların və treninqlərin keçirilməsini təşkil edir. İşçilərin əməyin mühafizəsinə dair bilik səviyyəsinin yoxlanma protokollarının hazırlanmasına nəzarət edir. Daxili qrafikə uyğun əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlayır. Tələb olunan peşə sahiblərinin tibbi müayinələrdən keçmələrini təşkil edir. Obyektin tikilməsi, ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət edir. İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət edir. Əməyin mühafizəsinə dair yazılı göstərişlər verir və icrasına nəzarət edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi haqqında işçilərin biliklərinin yoxlanması üzrə komissiyanın işinə nəzarət edir.

Texniki xidmət, metrologiya və kalibrlənmə üzrə

İstehsalat sirrinin saxlanmasını təmin edir. İstismarda olan cihaz və avadanlıqları ehtiyatla və səmərəli istifadə edir. Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır. İşə qəbul edilən mütəxəssisləri nəzəri və təcrübi cəhətdən təlimatlandırır. Yarımillik və illik hesabatları iş planına uyğun olaraq hazırlayır. Ölçmə vasitələrinin yoxlanılmasına və nəticələrinin təsdiq edilməsinə nəzarət edir. Əmək və icra intizamına mövcud qanunvericiliyə uyğun olaraq riayət edir. Mərkəz üçün zəruri normativ-texniki və metodiki sənədlər bazasının yaradılmasında iştirak edir.

Təbii mühitin qiymətləndirilməsi üzrə

Təbii mühitdə baş verən hadisələr haqqında informasiyaların toplanması, təhlili və öyrənilməsini təşkil edir, əldə olunmuş məlumatların təhlili və nəzəri ümumiləşdirilməsini aparır. Bu mövzu üzrə perspektiv planların, eləcə də mövzuya uyğun iş planlarının hazırlanmasında iştirak edir. Təşkil olunan seminar və metodiki şuranın işlərində iştirak edir. Rəhbərlik tərəfindən olan əmrləri və tapşırıqları yerinə yetirir. İş planının vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət edir. Alınan nəticələrin düzgünlüyünü yoxlayır, rəhbərliyin sərəncamlarının (göstərişlərinin) vaxtında yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

Respublika ərazisinin hidroloji şəraiti barədə arayış, məruzə, icmal tərtib edir. Müşahidə materiallarının yığcam olaraq hidroloji illik şəklində hazırlanmasında iştirak edir. Mərkəzə daxil olan bütün müşahidə materiallarının kritik analizini həyata keçirir, illiklərin tərtibində yaxından iştirak edir. İşçilər üçün işlərin təqvim planlarının tərtibi və yerinə yetirilməsinə görə cavabdehlik daşıyır, alınan nəticələrin düzgünlüyünü yoxlayır, rəhbərliyin sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. İş planının vaxtında və keyfiyyətli yerinə yetirilməsinə nəzarət edir.

Hidroloji proqnozların, çayların və su ehtiyatlarının rejimi üzrə araşdırmaları, məsləhətləri vaxtında və keyfiyyətlə yerinə yetirir. Texniki işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edir. Respublika çayları və su ehtiyatları üçün hidrometeoroloji proqnozları vaxtında və keyfiyyətlə tərtib edir. Çayların rejimində gözlənilən dəyişikliklər barəsində hazırlanan məlumatlar xəbərdarlıq şəklində rəhbərliyə və aidiyyəti qurumlara təqdim edilir. Əlaqədar təşkilatlara hidroloji xidmətin göstərilməsi, çaylarda və su ehtiyatlarında gözlənilən təhlükəli hadisələr haqqında xəbərdarlığın tərtibi və bu sahədə olan yeniliklərin mütəxəssislərə müntəzəm olaraq çatdırılması ilə bağlı tədbirlər görür. Alınan məlumatların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir. İşlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsini təmin edir.

Metodologiya işlərinin aparılması üçün planlar və metodiki proqramlar işləyib hazırlayır. Mövzu üzrə informasiyanın toplanması, təhlili və öyrənilməsini təşkil edir, ən yeni məlumatların, təcrübə və müşahidələrin təhlilini və nəzəri ümumiləşdirilməsini aparır. Mövzu üzrə illik, perspektiv planların, eləcə də maddi-texniki təchizat sənədlərinin hazırlanmasında, iş planlarının yerinə yetirilməsində və elmi-metodiki şuranın işlərində iştirak edir. Bu sahədə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırır, alınan məlumatların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir. İşlərin keyfiyyətli və vaxtında yerinə yetirilməsini təmin edir.

İqtisadiyyatın dəniz hidrometeorologiyası üzrə məlumatlara olan ehtiyacı öyrənir. Dəniz müşahidə şəbəkəsindən gələn müşahidə materiallarını çapa hazırlayır, illik dəniz materiallarının tərtib edilməsində iştirak edir. Dəniz hadisələri ilə atmosfer hadisələri arasındakı əlaqənin mahiyyətini qiymətləndirir, aparılan işlərdə yaxından iştirak edir.

Xəzər dənizinin mövcud hidrometeoroloji vəziyyətini əks etdirən bülletenlərin hazırlanmasını təşkil edir. Hazırlanan metodiki sənədlərin və aparılan işlərin nəticələrinin yuxarı orqanın (qurumun) rəsmi internet saytında və mediada işıqlandırılmasını təmin edir. Müvafiq qurum və təşkilatları dəniz hidrometeoroloji məlumatlarla təmin edir.

Ozon qatını dağıdan maddələr üzrə Monreal protokolu ilə tənzimlənən maddələrin Respublikada istehsalı, idxalı, ixracı və istifadəsi haqqında məlumatların toplanmasını həyata keçirir. Ozon probleminə dair biliklərin yayılması, müntəzəm təbliği və ictimaiyyətin məlumatlandırılması ilə bağlı maarifləndirmə işlərini həyata keçirir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasında iştirak edir. Ozon qatının qorunması və ozon qatını dağıdan maddələrin idarə olunması üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Gender aspektləri, adaptasiya, inventarizasiya və ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama) üzrə

İqlim dəyişmələrinin gender bərabərliyinə təsirlərini təhlil edir və qiymətləndirir. Adaptasiya üzrə mütəmadi olaraq aidiyyəti orqanların və ictimaiyyətin məlumatlandırılması işlərinin təşkilində yaxından iştirak edir. İstixana metodikaları ilə bağlı yeniliklərin izlənməsi, onların təhlili və tətbiqi məsələlərinin müzakirəsi işlərini təşkil edir. İstixana qazları inventarlaşması üzrə qeyri-müəyyənlikləri təhlil edir və aradan qaldırır. ÖHY (Ölçmə, Hesabatlılıq və Yoxlama) üzrə dünya təcrübəsinin öyrənir və mütərəqqi sistemləri ölkədə tətbiq edir.

İqlim dəyişmələrinin təsirinin yumşaldılması və istixana qazlarının emissiyalarının azaldılmasına yönələn siyasət, strateji-proqram xarakterli sənədlərin, tədbirlərin hazırlanması, icrası və dövrü olaraq yenilənməsinə yardım göstərir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunan məlumatların (istixana qazlarının inventarlaşma nəticələri üzrə) mübadiləsi üçün həmin Komitənin müvafiq qurumları ilə birgə fəaliyyətini davam etdirir.

Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. İqlim dəyişmələri üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Dəniz şəbəkəsində görülən işlərin keyfiyyətinə nəzarət edir, onları qiymətləndirir. Şəbəkədən gələn müşahidə materiallarını çapa hazırlayır, dəniz illiyinin tərtib edilməsində iştirak edir. Dəniz hadisələri ilə atmosfer hadisələri arasındakı əlaqənin fiziki mahiyyətini mənimsəyərək mərkəzdə aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edir. Meteoroloji müşahidələrin aparılması, məlumatların toplanması, işlənməsi və yığılmasını yerinə yetirir.

Stansiya və məntəqələrdən gələn məlumatların qeydiyyatını aparır. Dəniz üzrə rejim-sorğu arayışları hazırlayır. Gündəlik stansiya və ya məntəqəyə daxil olan materialları yoxlayıb çapa hazırlayır. İqtisadiyyatın dəniz məlumatlarına olan ehtiyaclarının öyrənilməsində iştirak edir. Stansiya və ya məntəqədən gələn məlumatların texniki yoxlanılmasını həyata keçirir.

Okeanoloq (stansiyada)

Kod kitabçasına və digər müşahidə materiallarına uyğun olaraq apardığı müşahidə məlumatlarının qeydiyyatını, kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir. Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələri və bu hadisələrin vurduğu zərər haqqında məlumatları qeydə alır. Hidrometeoroloji şəbəkədə tətbiq edilən yeni cihaz və avadanlıqların istismar qaydalarını öyrənərək okeanoloji müşahidələrin aparılmasında istifadə edir.

Hidrometeoroloji şəbəkədən mərkəzə daxil olan meteoroloji müşahidə məlumatlarını yoxlayır. Müşahidə məlumatlarının yoxlanılması zamanı aşkar edilmiş nöqsanlar barədə sirkulyar məktubları tərtib edir. Yuxarı orqan (qurum) tərəfindən yönləndirilmiş əlaqədar təşkilatların sorğu və məktublarına əsasən lazımi meteoroloji məlumatları hazırlayır. Meteoroloji informasiya və məlumatlara olan ehtiyacı öyrənir. Mediadan istifadə edib meteorologiya elmini təbliğ edir. Hidrometeorologiya şəbəkəsində cihaz və texniki vəsaitlərdən istifadə edərkən meteoroloji müşahidələrin, eləcə də hidrometeoroloji proseslərə təsir amillərinin müəyyən edilməsində, meteoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsində iştirak edir. Stansiya və məntəqələrdə meteoroloji müşahidələrin aparılmasına nəzarət edir. Respublika ərazisində fəaliyyət göstərən meteoroloji şəbəkəyə metodiki nəzarət edir, meteoroloji informasiya və məlumatlara olan ehtiyacı öyrənir.

Hidroloq - proqnoz üzrə

Respublika çayları üçün qısamüddətli hidroloji proqnozları vaxtında tərtib edir. Hidroloji proqnozların özünü doğrultma qiymətinin vaxtında və düzgün yoxlanılmasına nəzarət edir.

Operativ hidroloji xidmətin səmərəliliyinin qeydiyyatını aparır, operativ hidroloji xidmət üzrə iş təcrübəsini ümumiləşdirir və yayır. Hidrologiya (əsasən hidroloji proqnozlar) üzrə olan yenilikləri mütəxəssislərə müntəzəm olaraq çatdırır, dövlət orqan və təşkilatlarının hidroloji məlumatlarla təmin olunma plan-sxemini tərtib edir. Hidrologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir. Hidroloji məntəqələrdən gündəlik daxil olan məlumatların açıqlanması və jurnala yazılmasını təşkil edir. Hidroloji bülletenləri hazırlayır.

Hidroloq - rejim üzrə

Su obyektlərinin vəziyyətini, çayların rejiminin müxtəlif sahələrin fəaliyyətinə təsirini öyrənir. Müşahidə materiallarının yığcam olaraq hidroloji illik, hesabat şəklində dərc edilməsində iştirak edir. Hidroloji şəbəkədən daxil olan müşahidə materialları ilə işləyir, məlumatları təhlil edərək Dövlət Su Kadastrı üçün çapa hazırlayır. Hidroloji müşahidələrin aparılması, məlumatların yoxlanılması, işlənilməsi və yığılması işlərini yerinə yetirir.

Hidroloji şəbəkənin işinin metodiki rəhbərliyinin keyfiyyətlə həyata keçirilməsini təmin edir, illər üzrə Dövlət Su Kadastrının ilkin materiallarının ekspertizasını həyata keçirir, hidroloji materialların regional hidrometeorologiya mərkəzlərindən qəbulu, onların yoxlanılması, təhlili, tərtibi və buraxılışa hazırlanmasını təşkil edir. Rejim üzrə bütün işlərin rəhbərliyini həyata keçirir, iş planının vaxtında və keyfiyyətli yerinə yetirilməsinə, stansiya və məntəqələrin müşahidə planının işlənib hazırlanması və yerinə yetirilməsinə nəzarət edir. Şəbəkədə müşahidələrin aparılmasına nəzarət edir, aşkar edilmiş səhvlər haqqında sirkulyar məktublar, icmallar, metodiki tövsiyələr hazırlayır. Aylıq, yarımillik, illik hesabatları və iş planlarını tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Hidrologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Hidroloq çöl işləri üzrə

Müşahidə materiallarının yığcam olaraq, hidroloji illik şəklində hazırlanmasında iştirak edir. Çaylar üzərində olan hidroloji tamasaların işlək vəziyyətə gətirilməsi üçün nivelir cihazı vasitəsi ilə ölçü işlərinin aparılmasında və hesablanmasında iştirak edir. Dağlıq ərazilərdə marşrutlar üzrə qarölçmə işlərində, selin izinə görə maksimal su sərflərinin hesablanması ilə əlaqədar aparılan ölçü işlərində iştirak edir. Maksimal izə görə dağ çaylarının yataqlarında topoqrafik işlərinin aparılmasında, buzlaqlar üzərində teodolit cihazı vasitəsi ilə ölçü işlərinin aparılması, həmçinin buzlağın bütün parametrlərinin təyin edilməsində iştirak edir.

Bütün çöl-tədqiqat işlərinin yerinə yetirilməsində məsuliyyət daşıyır, çöl işlərinin aylıq, illik, iş planı və tapşırıqlarının, onun maliyyələşdirmə smetasının vaxtında hazırlanmasını təşkil edir. Çöl-tədqiqat ekspedisiya işlərində şəxsən iştirak edir, işi plan və tapşırığa uyğun olaraq yerinə yetirir, çöl işlərinin hazırlanmasına, yerinə yetirilməsinə və digər işlərə rəhbərlik edir.

Hidrologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Aqrometeoroloq (mərkəzdə)

Hidrometeoroloji şəbəkədən daxil olan aqrometeoroloji müşahidə materiallarının texniki yoxlanılmasını, məlumatların qeydiyyatını və təhlilini aparır, aqrometeoroloji müşahidə məlumatları əsasında müxtəlif cədvəl və qrafiklər tərtib edir. Əlaqədar təşkilatların sorğu və məktublarına əsasən aqrometeoroloji məlumatların hazırlanmasında iştirak edir.

Hidrometeoroloji şəbəkədən daxil olan aqrometeoroloji teleqramların işlənilməsini təmin edir, aqrometeoroloji icmalların, şərhin, dekadalıq bülletenin və illik aqrometeoroloji icmalın cədvəllərini tərtib edir.

Hidrometeoroloji şəbəkədən daxil olan gündəlik və dekadalıq aqrometeoroloji teleqramların müşahidə materiallarına uyğun olaraq açılmasını, kodlaşdırılmış müşahidə məlumatlarının müvafiq qaydada qeydiyyatını aparır. Aqrometeoroloji teleqramların kodlarının açılmasında, nəticələrinin yazılmasında iştirak edir.

Aqrometeoroloq (stansiyada)

Stansiya və məntəqələrdə, aqrometeoroloji müşahidə sahələrində müşahidələrin aparılmasına nəzarət edir. Stansiya və məntəqələrdən mərkəzə daxil olan bütün aqrometeoroloji materialların yoxlanılması, təhlili, məlumatlarda olan səhvlər barədə icmalların tərtib edilməsi və aqrometeoroloqlara metodiki köməklik göstərilməsində iştirak edir. Hidrometeoroloji şəbəkədə yeni cihaz və avadanlıqlardan istifadə edərək aqrometeoroloji müşahidələrin təkmilləşdirilməsində, eləcə də aqrometeoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsində iştirak edir. Rəhbərliyin göstərişi ilə müşahidələri aparır, onların qeydiyyatını, kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir.

Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələri və bu hadisələrin kənd təsərrüfatı sahələrinə vurduğu zərər haqqında toplanmış məlumatların uyğun olaraq ötürülməsini təmin edir.

Müşahidə materiallarının hesabatlar, illiklər şəklində hazırlanmasında və dərc edilməsində iştirak edir.

Radiometeorologiya üzrə

Atmosferdə baş verən hidrometeoroloji proseslərin və hadisələrin müşahidə edilməsinin elmi prinsiplərini nəzərə alaraq fasiləsiz müşahidə üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində iştirak edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir, radiometeorologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Aeroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Aeroloji müşahidə üçün görüləcək tədbirlər haqqında təkliflər verir. Aylıq, yarımillik, illik hesabatların və iş planlarının tərtib edilməsində iştirak edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir, aerologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir. Aerodromlarda meteoroloji müşahidələrin təşkil edilməsində iştirak edir.

Aviameteorologiya üzrə

Aviameteoroloji müşahidələrin təşkilində stansiyalara köməklik göstərir. Aylıq və yarımillik hesabatları tərtib edir, iş planına uyğun olaraq vaxtaşırı hesabatların hazırlanmasını təmin edir. Aviameteorologiya üzrə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir.

Meteoroloji məlumatların kodlaşdırılmasında, təhlükəli və ifrat təhlükəli atmosfer hadisələri haqqında məlumatın operativ çatdırılmasında, müşahidə məlumatlarının yoxlanılmasında, təhlilində və yığılmasında iştirak edir, gecikmiş və düzgün tərtib olunmamış sinoptik teleqramlarla bağlı meteoroloji stansiyaya sorğu ilə müraciət edir. Hidrometeoroloji stansiyalar və digər struktur bölmələrdən daxil olan meteoroloji məlumatları vaxtında və müvafiq tələblərə uyğun şəkildə qəbul edib sistemləşdirir və plan-proqram üzrə nəzərdə tutulan ünvanlara ötürülməsini təmin edir. Xidmətdaxili, beynəlxalq və regional yayıma ötürülən sinoptik teleqramların hal-hazırda istifadə edilən meteoroloji proqramlar vasitəsi ilə vaxtında və dəqiq ötürülməsində iştirak edir, işlərin yüksək keyfiyyətlə və effektli yerinə yetirilməsini təmin edir. Cihaz və avadanlıqlar işçinin təqsiri səbəbindən sıradan çıxarsa, buna görə məsuliyyət daşıyır. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir.

Kompüterlərə yeni proqram təminatının quraşdırılmasında, işçilərin proqram təminatı ilə təmin edilməsində, alınan yeni avadanlıqların quraşdırılmasında, sazlanmasında iştirak edir. Kompüterlərə quraşdırılmış proqramların aktiv və yeni versiyalara uyğunluğuna nəzarət edir. Virus əleyhinə proqramların sazlığını və onların yenilənməsini nəzarətdə saxlayır. Kompüterlərin xarici avadanlıqlarının quraşdırılmasını, işə salınmasını və dəyişdirilməsini həyata keçirir. Notbuk və stolüstü kompüterlərin yoxlanılmasının həyata keçirilməsində iştirak edir. Kompüter sistemlərində, proqram və avadanlıqla bağlı daxil olan sorğu üzrə yardım və texniki dəstəyin təmin edilməsi işlərində iştirak edir.

İnformasiya təhlükəsizliyi üzrə

İnformasiya sistemlərinin müdafiəsi üsulları əsasında informasiya təhlükəsizliyinin təmin edilməsi prosesində iştirak edir. Rəqəmsal məlumatların dövriyyəsinə, məlumat itkisinin qarşısının alınmasına nəzarət edir. İnformasiya sistemlərinin zəif tərəfinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak edir. Məlumatların və şəbəkə vəsaitlərinin (kompüter, ötürücü vasitələr, məlumat bazası və sair) qorunması üçün müvafiq tədbir və prosedurların tətbiq edilməsində iştirak edir.

Şəbəkə avadanlıqlarının (kompüter, ötürücü vasitələr, məlumat bazası və sair) fasiləsiz işinin təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görür. Kommunikasiya vasitələrindən istifadə etməklə məlumatların mütəmadi olaraq daxil olmasının təmin edir. Elektron poçt vasitəsi ilə göndərilən məlumatların mütəmadi olaraq daxil olmasına nəzarət edir. Lokal (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemləri həll edir. Şəbəkə avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görür. Yuxarı orqanın (qurumun) tabeli qurumlarında lokal şəbəkənin yaradılmasında iştirak edir. Kabel xətləri çəkilməsində və kabel xətlərində yaranmış problemlərin aradan qaldırılmasında iştirak edir. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmir işlərini yerinə yetirir. Yaranmış nasazlıqları aşkara çıxarmaq məqsədilə müəssisədə şəbəkə avadanlıqlarının, kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirir.

Modelləşdirmə və CİS (Coğrafi İnformasiya Sistemləri) üzrə

Stasionar, ərazi və nəqliyyat mənbələrindən atılan emissiyaların qiymətləndirilməsini yerinə yetirərək dispersiya modelinin hazırlanması üçün lazım olan müşahidə məlumatlarının emalı və toplanmasını həyata keçirir.

CİS (Coğrafi İnformasiya Sistemləri) proqramlarından istifadə edilərək monitorinq məlumatlarının vizuallaşdırılması üçün lazım olan məlumatların (havanın temperaturu, küləyin istiqaməti, sürəti və sair) emalı və toplanmasını yerinə yetirir.

İqlimin əsas elementləri (atmosfer çöküntüləri (yağış, qar, dolu və.s), atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın temperaturu, küləyin parametrləri, atmosfer təzyiqi və sair) üzrə ölçmə məlumatlarının daxil olmasına nəzarət edir. Məlumatların toplanmasını və emalını (sinoptik kodların açılışı, daxil olan məlumatların düzgünlüyünə nəzarət) yerinə yetirir.

Hər üç saatdan bir hidrometeoroloji stansiyalardan KN-01 kodu üzrə daxil olan sinoptik teleqramların gündəlik hava bülleteninə qeyd olunması, sutkalıq və yarımsutkalıq proqnozlar üçün sinoptik materiallarının hazırlanması, sinoptik xəritələrin işlənməsini yerinə yetirir. Sutkalıq, yarımsutkalıq və ixtisaslaşdırılmış proqnozların təsdiq olunmuş sxem üzrə əlaqədar təşkilatlara elektron poçt, faks və telefonla çatdırılmasını, mühüm hidrometeoroloji və təhlükəli hadisələr haqqında xəbərdarlıqların vaxtında əlaqədar təşkilatlara çatdırılmasını təmin edir. Büroya daxil olan bütün meteoroloji materialları təhlil edir. Azərbaycanın 7 iqlim bölgəsi üzrə sutkalıq və iki sutkalıq proqnozların, Xəzər dənizinin 6 rayonu üzrə sutkalıq və iki sutkalıq proqnozların, dənizdə dalğa olması barədə məlumatların, eyni zamanda ölkə ərazisi və Xəzər dənizi üzrə təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr haqqında tərtib olunmuş xəbərdarlıqların kompüterdə yığılması, faks və elektron poçtla lazımi təşkilatlara göndərilməsini təmin edir.

AMS (Avtomat Meteoroloji Stansiya) üzrə

Avtomat meteoroloji stansiya və məntəqələrdə yeni cihaz və avadanlıqlardan istifadə edərək meteoroloji müşahidələrin təkmilləşdirilməsində, eləcə də meteoroloji şəbəkənin inkişaf və təkmilləşdirmə planlarının yerinə yetirilməsində iştirak edir. Rəhbərliyin göstərişi ilə meteoroloji müşahidələr aparır, onların qeydiyyatını, kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir. Müşahidə materiallarının hesabatlar, illiklər şəklində hazırlanmasında və dərc edilməsində iştirak edir.

Yuxarı orqanın (qurumun) təsdiq etdiyi qaydada dövlət orqanlarının, müəssisə və təşkilatların hidrometeoroloji məlumatlarla təmin edilməsində iştirak edir. Rejim xarakterli meteoroloji, aqrometeoroloji və digər hidrometeoroloji materialların yığılmasında, yoxlanılmasında, təhlil edilməsində, aylıq və illiklər şəklində çap olunmasında iştirak edir. İş planlarının, rüblük və illik hesabatların hazırlanmasında iştirak edir.

Mal-material, əsas vəsaitlər, inventar, kommunal, təmir işləri, abadlaşdırma, informasiya təqdimatı üzrə

Yuxarı orqan (qurum) üzrə sıradan çıxmış binalar, istifadəsiz torpaqlar barədə məlumatların verilməsi, vaxtı keçmiş mal-materialların müəyyənləşdirilərək balansdan silinməsini təmin edir. Binadaxili elektrik istismarının təhlükəsizliyinə və qənaətinə nəzarət edir. Yuxarı orqan (qurum) üzrə elektrik enerjisi, su, qaz və rabitə hesablamaları və ödənişləri həyata keçirir. Sudan səmərəli istifadəyə və kanalizasiya sistemində boruların təmiz qalmasına nəzarət edir. Regionlarda təhvil-təslim işləri, regionlar üzrə əsas vəsaitlərin uçotunun aparılması və anbar qalığının çıxarılmasına nəzarət edir. Təsərrüfat və mal-materiallar üzrə aylıq hesabatların tərtib edilməsi, tələbnamələrin yığılması, anbarda vaxtında inventarizasiyanın aparılmasını həyata keçirir. Nəqliyyatla bağlı dispetçer işlərinin həyata keçirilməsinə nəzarət edir. Liftin təmirinə, istismarına, o cümlədən inzibati binanın damında quraşdırılmış antenalara nəzarət edir.

Təsərrüfat işləri üzrə

Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət edir. Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir. Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırır. Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin edir. Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin edir. Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət edir. Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin edir və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim edir. Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması və eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir. Otaqların vəziyyətinə nəzarət və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür. İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edir. Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil edir. Mərkəzin etibarının qorunmasını, istehsalat sirrinin saxlanmasını təmin edir. Əməyin mühafizəsi, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena və mülki müdafiə qaydalarına riayət olunmasını təmin edir.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: texniki və texnoloji və ya kənd təsərrüfatı ixtisasları üzrə orta ixtisas təhsili və ya hidrologiya*, okeanologiya*, meteorologiya* və iqlimşünaslıq* ixtisasları üzrə ali təhsil.

6-cı dərəcə: xidmət etdiyi sahə üzrə orta ixtisas təhsili və xidmət etdiyi sahə üzrə 3 ildən az olmayaraq iş stajı olduqda;

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan xidmət etdiyi sahə üzrə ali təhsili olduqda;

8-ci dərəcə: xidmət etdiyi sahə üzrə ali təhsili və 7-ci dərəcəli mütəxəssis vəzifəsində 1 ildən az olmayaraq iş stajı olduqda;

9-cu dərəcə: xidmət etdiyi sahə üzrə ali təhsili və 7-ci dərəcəli mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq iş stajı olduqda;

10-cu dərəcə: xidmət etdiyi sahə üzrə ali təhsili və 9-cu dərəcəli mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq iş stajı olduqda;

11-ci dərəcə: xidmət etdiyi sahə üzrə ali təhsili və 10-cu dərəcəli mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq iş stajı olduqda.

Hidroloji məntəqələrdən gündəlik daxil olan məlumatların açıqlanması və jurnala yazılmasını yerinə yetirir. Hidroloji bülletenləri hazırlayır. Respublika çayları üçün qısamüddətli hidroloji proqnozların tərtibi üçün məlumatları hazırlayır. Hidroloji proqnozların özünü doğrultma qiymətinin hesablanması üçün məlumatlar hazırlayır.

İxtisaslı mütəxəssisin rəhbərliyi altında, mövcud standartlara və normativ sənədlərə uyğunluğu təmin edir, zəruri texniki hesablamaların aparılması, çətin olmayan layihələrin və sadə sxemlərin işlənib hazırlanması üzrə işləri yerinə yetirir. Avadanlıqların sazlanmasını, quraşdırılmasını, nizamlanmasını və sınaq yoxlamasını həyata keçirir və sistemin laboratoriya şəraitində və obyektlərdə sazlığı vəziyyətinə nəzarət edir. Sınaq və təcrübələrin keçirilməsində iştirak edir və alınmış nəticələrin emalını aparır. Maketlərin işlənib hazırlanmasında iştirak edir. Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərələşdirici təkliflərin və ixtiraların iqtisadi effektivliyinin əsaslandırılmasında iştirak edir. Yerinə yetirilən iş üzrə sənədləri qəbul edir, onların vaxtında icrasını və saxlanılmasını təmin edir. İş barədə hesabatların tərtib edilməsi üçün məlumatları sistemləşdirir, emal edir və hazırlayır. İşdə müasir texniki vasitələrin istifadəsi üzrə tədbirlər görür.

Okeanologiya üzrə (stansiyada)

Plan-proqrama uyğun olaraq müəyyən olunmuş müşahidə qaydalarına və vaxtlarına ciddi əməl etməklə okeanoloji elementlər üzərində müşahidələr aparır. Müşahidədən əvvəl cihaz və avadanlıqlara baxış keçirir. İstismarda olan cihaz, avadanlıq və texniki vasitələrdən istifadə edərək okeanoloji müşahidələr aparır. Müşahidə materiallarını işləyir, koddan istifadə etməklə simmetrik teleqram tərtib edir, vaxtında lazımi ünvanlara göndərir və iş prosesində lazım olan cədvəlləri tərtib edir. Kod kitabçasına və digər müşahidə materiallarına uyğun olaraq apardığı müşahidə məlumatlarının qeydiyyatını, kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir. Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələri və bu hadisələrin vurduğu zərər haqqında məlumatları qeydə alır. Hidrometeoroloji şəbəkədə tətbiq edilən yeni cihaz və avadanlıqların istismar qaydalarını öyrənərək okeanoloji müşahidələrin aparılmasında istifadə edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl edir.

Meteorologiya üzrə (stansiyada)

Plan-proqrama uyğun olaraq müəyyən olunmuş müşahidə qaydalarına və vaxtlarına ciddi əməl etməklə meteoroloji elementlər - havanın maksimal-minimal və faktiki temperaturu, yağıntı, qarın hündürlüyü və atmosfer hadisələri və sair üzərində müşahidələr aparır. Müşahidədən əvvəl cihaz və avadanlıqlara baxış keçirir. İstismarda olan cihaz, avadanlıq və texniki vasitələrdən istifadə edərək meteoroloji müşahidələri aparır. Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələri qeydə alır. Ehtiyac olduqda rəhbərliyin göstərişi ilə monitorinq və analiz üçün tələb olunan nümunələri götürür. Müşahidə materiallarını işləyir, koddan istifadə etməklə simmetrik teleqram tərtib edir, vaxtında lazımi ünvanlara göndərir və iş prosesində lazım olan cədvəlləri tərtib edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl edir.

Hidrologiya üzrə (stansiyada)

İstismarda olan yeni cihaz və avadanlıqlardan istifadə edərək hidroloji müşahidələri aparır. Müşahidədən əvvəl cihaz və avadanlıqlara baxış keçirir. İstismarda olan cihaz, avadanlıq və texniki vasitələrdən istifadə edərək hidroloji müşahidələri aparır. Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli hidroloji hadisələri qeydə alır. Müşahidə məlumatlarının kodlaşdırılmasını və aidiyyəti üzrə ötürülməsini təmin edir.

Aqrometeorologiya üzrə (stansiyada)

Plan-proqrama uyğun olaraq müəyyən olunmuş müşahidə qaydalarına və vaxtlarına ciddi əməl etməklə aqrometeoroloji elementlər üzərində müşahidələr aparır. Müşahidədən əvvəl cihaz və avadanlıqlara baxış keçirir. İstismarda olan cihaz, avadanlıq və texniki vasitələrdən istifadə edərək aqrometeoroloji müşahidələri aparır. Xidməti ərazidə baş verən təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələri və bu hadisələrin kənd təsərrüfatı sahələrinə vurduğu zərər haqqında məlumatları qeydə alır. Müşahidə materiallarını işləyir, koddan istifadə etməklə simmetrik teleqram tərtib edir, vaxtında lazımi ünvanlara göndərir və iş prosesində lazım olan cədvəlləri tərtib edir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına əməl edir.

Aerologiya üzrə (stansiyada)

Aeroloji müşahidə məlumatlarının alınması üçün istifadə edilən avadanlıqları sazlayaraq işə hazırlayır. Müşahidə məlumatlarını hazırlayaraq ünvanlar üzrə vaxtında ötürür. Aeroloji zondların işə hazırlanması və zondların mövsümi istifadəsini, sayı və qalığını nəzarətdə saxlayır. Qurğu və cihazların texniki istismar qaydalarına uyğun profilaktik işlərin həyata keçirilməsinə, aeroloji məlumatların alınması üçün lazım olan işlərin təşkilinə görə məsuliyyət daşıyır.

Sistem üzrə (stansiyada)

Müntəzəm və fasiləsiz aeroloji müşahidələr aparır. Sistem üzrə fəaliyyət göstərən stansiyalarda bu məlumatların alınması üçün müşahidələrin aparılmasına görə məsuliyyət daşıyır. Cihaz və avadanlıqların daim saz vəziyyətdə saxlanmasına nəzarət edir. Stansiyanın zondlarla təmin edilməsi barədə rəhbərliyə məlumat verir. Aeroloji məlumatların yığılmasına və arxivləşdirilməsinə görə məsuliyyət daşıyır.

Bilməlidir: işlədiyi sahəyə aid olan qanunvericilik aktlarını, əmək, inzibati xətalar və cinayət qanunvericiliyini, yuxarı orqanın (qurumun) qərar, göstəriş, əmr və digər normativ sənədlərini.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: texniki və texnoloji və ya kənd təsərrüfatı ixtisasları üzrə orta ixtisas təhsili.

4-cü dərəcə: iş stajına tələb qoyulmadan xidmət etdiyi sahə üzrə orta ixtisas təhsili olduqda;

5-ci dərəcə: xidmət etdiyi sahə üzrə orta ixtisas təhsili və 1 ildən az olmayaraq xidmət etdiyi sahə üzrə iş stajı olduqda;

6-cı dərəcə: xidmət etdiyi sahə üzrə orta ixtisas təhsili və 2 ildən az olmayaraq xidmət etdiyi sahə üzrə iş stajı olduqda;

7-ci dərəcə: xidmət etdiyi sahə üzrə orta ixtisas təhsili və 3 ildən az olmayaraq 6-cı dərəcəli texnik vəzifəsində iş stajı olduqda;

8-ci dərəcə: xidmət etdiyi sahə üzrə orta ixtisas təhsili və 5 ildən az olmayaraq 7-ci dərəcəli texnik vəzifəsində iş stajı olduqda.

* Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” qüvvəyə minənədək mütəxəssis hazırlığı aparılmış ixtisaslar (proqramlar) nəzərdə tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver