Qanunvericilik › Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizası

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizası layihə mərhələsi də daxil olmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənişli əsaslarla həyata keçirilir.

10.2. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasını aparmaq üçün elmi tədqiqat və layihə təşkilatları cəlb edilə bilər.

10.3. Ekspertizanın nəticəsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qurğuların təhlükəsizlik bəyannaməsinin təsdiqi haqqında qərar verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver