Qanunvericilik › Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

13.2. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır:

13.2.1. qurğuların təhlükəsizlik qaydalarını hazırlamaq, təsdiq etmək, onların meyarlarını müəyyənləşdirmək;

13.2.2. qurğuların dövlət reyestrini aparmaq;

13.2.3. qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasını keçirmək, təsdiq etmək və onları dövlət reyestrinə daxil etmək;

13.2.4. qurğuların yerləşdirilməsində, layihə tapşırıqlarının, tikinti və yenidən qurulma layihələrinin, habelə istismar qaydalarının razılaşdırılmasında, tikintinin keyfiyyətinə nəzarət və tikintisi qurtarmış obyektlərin istismara qəbul edilməsində iştirak etmək;

13.2.5. qurğulara maneəsiz baxış keçirmək, təhlükəsizliyi barədə materiallarla tanış olmaq və texniki nəzarəti təşkil etmək;

13.2.6. qurğuların texniki vəziyyətinin onun təhlükəsizlik bəyannaməsinə uyğunluğunu yoxlamaq;

13.2.7. qurğuların yerləşdiyi ərazilərdən, çayların məcralarından, digər sututarlardan və onlara bitişik ərazilərdən (suqoruyucu zonalar yerləşən torpaq sahələri istisna olmaqla) istifadə olunmasını razılaşdırmaq;

13.2.8. qurğuların təhlükəsizliyinə aid normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

13.2.9. çayların məcralarında, sututarlarda, onlara bitişik sahələrdə və dənizdə hidrotexniki qurğuların təhlükəsizliyinə xələl gətirən hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətini dayandırmaq yaxud məhdudlaşdırmaq;

13.2.10. qurğuların təhlükəsizliyi təmin olunmadıqda tikinti, yenidənqurma, bərpa və konservasiya işlərini, eləcə də fəaliyyətini dayandırmaq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver