“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 8 nömrəli Qərarının normativ hüquqi aktlarda edilmiş dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 8 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikası MPM-in” sözləri “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)” sözləri ilə əvəz edilsin.
2. 1.6-cı bənddən hər iki halda, 2-ci, 2.2-ci, 3-cü, 4-cü, 6-cı, 7-ci və 8.1-ci bəndlərdən, 9.2-ci bənddən hər iki halda, 11-ci bəndin birinci cümləsindən hər iki halda, 12-ci bəndin birinci abzasından birinci halda, 12.1-ci bəndin ikinci cümləsindən hər iki halda və 13-cü bənddən “Azərbaycan Respublikası” sözləri çıxarılsın.
3. 2.1-ci bənddə “Mülki Məcəllənin” sözləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin” sözləri ilə əvəz edilsin.
4. 4.4-cü bəndə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin” sözlərindən sonra “(bundan sonra – Ailə Məcəlləsi)” sözləri əlavə edilsin və həmin bənddən ikinci halda “Azərbaycan Respublikası” sözləri çıxarılsın.
5. 5 və 5.1-ci bəndlər ləğv edilsin.
6. 8-ci bənddən birinci halda “Azərbaycan Respublikası” sözləri çıxarılsın və həmin bənddə “1-ci hissəsinin 13 və 14-cü” sözləri “birinci hissəsinin on üçüncü və on dördüncü” sözləri ilə əvəz edilsin.
7. 9-cu bəndin birinci cümləsindən birinci halda “Azərbaycan Respublikası” sözləri çıxarılsın, həmin cümlədə “ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir” sözləri “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bu halda Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.”.
8. 9.1-ci bəndin dördüncü cümləsində “Qaydaların” sözü “Qaydanın” sözü ilə əvəz edilsin.
9. 9.5-ci bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Həmçinin məhkəmələr şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilərlər.”.
10.1. birinci abzasın birinci cümləsindən “Azərbaycan Respublikası” sözləri çıxarılsın, üçüncü cümlədə “bəndinin beşinci hissəsində” sözləri “hissəsinin beşinci abzasında,” sözləri ilə, “bəndinin 3-cü hissəsində” sözləri isə “hissəsinin üçüncü abzasında” sözləri ilə əvəz edilsin;
10.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Nəzərə alınmalıdır ki, MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının müəyyən olunması 2023-cü il 26 dekabr tarixdən əvvəlki dövrdə açılmış miras üzrə vərəsəlik münasibətlərinə tətbiq edilir.”.
11. 10.1-ci bənddə “və sair” sözlərindən sonra “məsələlərə” sözü əlavə edilsin.
12. 13.1-ci bəndin birinci cümləsində “31.2-ci maddəsində göstərilən” sözləri “5.3 cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barədə sənədlər təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.”.
13. 13.3-cü bənddə hər iki halda “DSMF” akronimi “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilsin.
14. 13.4-cü bənddə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin” sözləri “MPM-in” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Bakı şəhəri, 6 aprel 2026-cı il