“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 iyul 2013-cü il
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 168.1-ci maddəsinə əsasən hazırlanmışdır və icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması qaydalarını müəyyən edir.
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. icazə sahibi - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə almış şəxs;
2.1.2. prosedur sahibi - tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurunun sahibi.
3.1. İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər öz əməliyyatlarının uçotunu aparırlar.
3.2. Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, onların gömrük statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır.
3.3. Əməliyyatların uçotu kağız üzərində yazılı və ya elektron formada aparılır. Bu Qaydaların 3.4-cü bəndində müəyyən edilmiş uçot məlumatları əsasında tərtib edilən əməliyyatların uçotu formaları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında yerləşdirilir.
3.4. Uçotun aparılması üçün icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan uçot formalarında əməliyyatın yeri, tarixi, təsviri və üzərində əməliyyat aparılmış mallar barədə (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, miqdarı, dəyəri, statusu) məlumatla yanaşı aşağıdakılar da göstərilir:
3.4.1. icazə sahibi tərəfindən aparılan əməliyyatlar üzrə icazənin nömrəsi və tarixi;
3.4.2. prosedur sahibi tərəfindən aparılan əməliyyatlar üzrə gömrük bəyannaməsinin nömrəsi, emal əməliyyatı aparıldıqda isə istifadə olunmuş ekvivalent malların, istehsalat tullantılarının, istehsal itkilərinin və mal qalığının miqdarı;
3.4.3. sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən aparılan əməliyyatlar üzrə həmin şəxslər barədə məlumat, emal əməliyyatı aparıldıqda isə istifadə olunmuş ekvivalent malların, istehsalat tullantılarının, istehsal itkilərinin və mal qalığının miqdarı.
3.5. Uçot məlumatlarında qeyd olunan malların miqdarı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulan ölçü vahidində göstərilir.
3.6. Bu Qaydaların 3.2-ci bəndində göstərilənləri təmin etmək məqsədi ilə icazə sahibi, prosedur sahibi və ya sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər öz əməliyyatlarının uçotunu onların həyata keçirilməsindən dərhal sonra aparırlar.
1. 10 aprel 2023-cü il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 aprel 2023-cü il, “Xalq” qəzeti, 13 aprel 2023-cü il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 574)