Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Kompensasiya ödənişlərinin təyinatı

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir:

32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə;

32.1.2. üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda;

32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda.

32.2. Bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sığorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə sığorta olunan, zərərçəkən üçüncü şəxs və ya ödəmə qabiliyyətini itirmiş sığortaçıya subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçı, 5-ci fəsli üzrə isə sığortalı və ya sığorta olunan kompensasiya ödənişini tələb etmək hüququna malikdirlər.

32.3. Bu Qanunun Xüsusi bölməsinin 2-ci fəsli üzrə sığorta olunan, 3-cü və 4-cü fəsilləri üzrə zərərçəkən üçüncü şəxs, ona dəymiş zərəri ödəmiş olduğu halda isə sığorta olunan və ya ödəmə qabiliyyətini itirmiş sığortaçıya subroqasiya qaydasında tələb irəli sürmüş sığortaçı, 5-ci fəsli üzrə sığorta olunan, ona dəymiş zərəri ödəmiş olduğu halda isə sığortalı kompensasiya ödənişini almaq hüququna malikdirlər.

32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver