Qanunvericilik › İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. İcbari sığortanın məqsədi, aparılması və tətbiq olunduğu ərazi

İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.

4.2. Sığorta hadisələri nəticəsində şəxslərin gəlir itkisi icbari sığorta təminatına daxil edilmir.

4.3. Bu Qanunun məqsədləri üçün qəza vəziyyətində və ya istismara yararsız vəziyyətdə olan hər hansı əmlakla (bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu, avadanlıq və s.) bağlı əmlak mənafelərinin sığortalanması qadağandır.

4.4. Bu Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılması Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) sığortaçıya verdiyi müvafiq icazə əsasında həyata keçirilir.

4.5. İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.

4.6. Bu Qanunun Xüsusi bölməsində digər hal nəzərdə tutulmamışdırsa, icbari sığorta müqavilələri üzrə sığorta təminatı Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver