40.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın
təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir.
40.2. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydası, yaşayış evlərinə və mənzillərə münasibətdə sığorta məbləğinin 0,2 faizindən artıq olmamaq şərtilə Mərkəzi Bank tərəfindən müəyyən edilir.
40.3. Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir.
Maddə 40–1. Daşınmaz əmlakın icbari sığortası üzrə təkrarsığorta əməliyyatlarına dair əlavə tələb
Sığortaçıların təbii fəlakətlər üzrə verdiyi sığorta təminatları ilə bağlı risklər Büro tərəfindən müəyyən edilən vahid təkrarsığorta proqramına uyğun olaraq təkrarsığorta etdirilir. Belə risklərin təkrarsığorta etdirilməsi zamanı Büro iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış edir.