Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 35

Maddə 35. İcraatda nümayəndə ola bilməyən şəxslər

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

35.1. 18 yaşına çatmamış yaxud məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyətsiz şəxslər icraatda nümayəndə ola bilməzlər.

35.2. Hakimlər, müstəntiqlər, prokurorlar, icra məmurları, habelə məhkəmə aparatı işçiləri icraatda nümayəndə ola bilməzlər. Bu qayda göstərilən şəxslərin icraatda qanuni nümayəndə qismində, habelə müvafiq məhkəmənin və ya prokurorluğun müvəkkili qismində iştirak etdikləri hallara şamil olunmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver