Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 42

Maddə 42. İcraat zamanı icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz etmə

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

42.1. İcra məmuru, tərcüməçi və ya mütəxəssis tərəflərdən birinin və ya onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşdursa yaxud icraatın nəticəsində maraqlıdırsa yaxud onların obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar vardırsa, onlar icraatda iştirak edə bilməzlər. Bu halda icra məmuru, tərcüməçi və mütəxəssis özü-özünə etiraz etməyə borcludur. İcraatda iştirak edən tələbkar və ya borclu da həmin əsaslar üzrə icra məmuruna, tərcüməçiyə və mütəxəssisə etiraz edə bilərlər.

42.2. Etiraz əsaslandırılmalı, yazılı formada ifadə olunmalı və icra hərəkətlərinin həyata keçirilməsinə başlanmazdan əvvəl bəyan edilməlidir.

42.3. İcra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən on gün müddətində həll edilir.

42.4. Tərcüməçiyə və ya mütəxəssisə etiraz etmə haqqında məsələ icra məmuru tərəfindən həll edilir. Bu barədə icra məmuru tərəfindən on gün müddətində əsaslandırılmış qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.

42.5. İcra məmuruna etiraz təmin edildikdə, onun icraatında olan icra sənədləri icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən digər icra məmuruna verilir.

42.6. İcra məmuruna etiraz təmin edilmədikdə, tərəflər bu barədə qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

42.7. Xüsusi icra məmuruna etiraz etmə haqqında məsələ “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həll edilir.

III fəsil

Məcburİ İcra tədbİrlərİ və onların tətbİqİnİn əsasları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver