62-1.1. Hərracda satılmış, yaxud tələbkar tərəfindən əldə edilmiş daşınmaz əmlak borclu (sahiblik edən digər şəxs) tərəfindən alıcıya (əldə edənə) təhvil verilməlidir.
62-1.2. Əmlakın təhvil verilməsi ilə bağlı alıcı (əldə edən) və borclu, yaxud maraqlarına toxunulan digər şəxslər arasında mübahisə yarandıqda daşınmaz əmlak əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru tərəfindən boşaldılır və ona təhvil verilir.
VI fəsil
Tələbİn borclunun əmək haqqına və dİgər gəlİrlərİnə yönəldİlməsİ