Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 68

Maddə 68. Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

68.1. Tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz:

68.1.1. sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə;

68.1.2. xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə;

68.1.3. uşağın doğulması ilə əlaqədar; çoxuşaqlı analara; tənha ata və ya anaya; pensiyaçılara, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara qulluğa görə; sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə;

68.1.4. ağır və zərərli əmək şəraitində işə görə ödənilən məbləğlərə;

68.1.5. işdənçıxarma müavinətinin məbləğinə;

68.1.6. aliment öhdəlikləri üzrə ödənilən məbləğlərə;

68.1.6-1. Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq ödənilməli olan pensiya, müavinət və digər ödənişlərə (Azərbaycan dövlətinə ödənilməli olan və müddəti bitmiş borcun ödənilməsi, habelə pensiya təyin edildiyi keçmiş Prezidentin keçmiş arvadının (ərinin) və ya azyaşlı uşağının saxlanması üçün müntəzəm olaraq pul məbləğlərinin ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması halları istisna olmaqla);

68.1.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər məbləğlərə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver