Qanunvericilik › İcra haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. İcra sənədinə aid tələblərin pozulmasının nəticələri

İcra haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir.

9.2. İcra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verir.

9.3. İcra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir.

9.4. Yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırılmalı və həmin icra sənədi yenidən icra məmuruna göndərilməlidir

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver