“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 672 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 1 sentyabr 2016-cı il
1. Publik hüquqi şəxslər.
2. İctimai birliklər və fondlar.
4. Kredit təşkilatları.
5. Sığortaçılar və təkrarsığortaçılar.
6. İnvestisiya fondları və bu fondların idarəçiləri.
7. Qeyri-dövlət (özəl) sosial fondlar.
7-1. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər.
8. Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.
9. Media ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.
10. Telekommunikasiya xidməti göstərən müəssisələr.
11. Poçt müəssisələri.
12. Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər.
1. 7 fevral 2017-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 287)
2. 24 fevral 2017-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2017-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 321)
3. 27 may 2022-ci il tarixli 212 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 574)
4. 10 oktyabr 2023-cü il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 oktyabr 2023-cü il, “Xalq” qəzeti, 13 oktyabr 2023-cü il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1441)
5. 27 mart 2024-cü il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 mart 2024-cü il, “Xalq” qəzeti, 31 mart 2024-cü il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 356)