Qanunvericilik › “İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 24.04.2018) › Tam mətn

“İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 24.04.2018)

“İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları”nın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 24.04.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 817-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 7 noyabr tarixli 1669 nömrəli Fərmanının 3-cü hissəsinin və “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 18 dekabr tarixli 1734 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə ölkə Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

1. “İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Ədliyyə Nazirliyi üzrə bəzi normativ sənədlərin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarının 1.8-ci bəndi ləğv edilsin.

3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A. Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “İcra haqqında”, “Dövlət icra məmurları haqqında” qanunlarına və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası qaydalarını tənzimləyir.

1.2. İctimai işlər şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai-faydalı işlər yerinə yetirməsindən ibarətdir.

1.3. İctimai işlərin icrası şəxsin yaşadığı ərazinin yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə həyata keçirilir.

1.4. İctimai işlər növündə cəzanın və inzibati tənbehin məqsədlərinə barəsində ictimai işlər tətbiq edilmiş şəxsin ictimai faydalı əməkdə iştirakı vasitəsilə nail olunur.

1.5. Barəsində ictimai işlər tətbiq edilmiş şəxslərin Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələri və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudiyyətlər və istisnalar nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir.

1.6. İctimai işlərə cəlb olunan şəxslər tərəfindən ictimai işlərin yerinə yetirilməsi zamanı onların əmək qanunvericiliyində nəzərdə tutulmuş əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri ilə əlaqədar hüquqları təmin olunmalıdır.

1.7. İctimai işlərə cəlb olunan yetkinlik yaşına çatmayan şəxslərin yaxın qohumları və ya qanuni nümayəndələrinin müraciəti əsasında həmin şəxslər ictimai işlərin keçiriləcəyi yerlərə icra məmuru (probasiya üzrə) (bundan sonra – icra məmuru), habelə işəgötürənin nümayəndəsi ilə birlikdə baş çəkə bilərlər.

1.8. İctimai işlərin vaxtında və düzgün icra edilməsinə nəzarət hökmü (qərarı) çıxarmış məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti (bundan sonra – Probasiya xidməti) və Cəzaların icrasına nəzarət baş idarəsi tərəfindən həyata keçirilir.

1.9. Barəsində ictimai işlər tətbiq edilmiş şəxslərin və ya onların qanuni nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan və inzibati tənbehdən azad edilmək üçün məhkəməyə müraciət etmək hüquqları vardır.

1.10. İctimai işlərin icrası zamanı qanunazidd hərəkətlərə yol vermiş icra məmurları barədə inzibati qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər.

2.1. İctimai işləri şəxsin yaşadığı yerin icra məmuru icra edir.

2.2. İcra məmurlarının vəzifələri Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Dövlət icra məmurları haqqında” Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir.

2.3. İctimai işləri icra edən icra məmuru aşağıdakı əsas vəzifələri yerinə yetirir:

2.3.1. barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə şəxsi iş açır (Əlavə 1);

2.3.2. barəsində ictimai işlər tətbiq edilmiş şəxslərin qeydiyyatını aparır;

2.3.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 2017-ci il 16 fevral tarixli Q9-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş, habelə dövlət daktiloskopik qeydiyyatından keçən şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat”a uyğun olaraq ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxs barəsində tərtib edilmiş uçot sənədlərini üç iş günü ərzində həmin nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərir;

2.3.4. barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə ictimai işlərin icrasının qayda və şərtlərini izah edir;

2.3.4-1. barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini, bu əməllərin hüquqi nəticələrini, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağını izah edir və bu barədə protokol tərtib edir (Əlavə 6-1);

2.3.5. barəsində ictimai işlər tətbiq edilmiş şəxslərin davranışına, onların ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə və həmin yerləri müəyyən olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət edir;

2.3.6. barəsində ictimai işlər tətbiq edilmiş şəxslərin işləmiş olduğu vaxtın uçotunu aparır, həftədə bir dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir (Əlavə 2);

2.3.7. barəsində ictimai işlər tətbiq edilmiş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 438 nömrəli qərarının tələblərinə riayət edir;

2.3.8. barəsində ictimai işlər tətbiq edilmiş məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş məlumat vərəqini dərhal, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) icrası barədə hakimin göstərişinin surəti əlavə olunmaqla elektron qaydada Probasiya Xidmətinin elektron poçt ünvanına göndərir və bunu təsdiq edən sənədi məhkumun şəxsi işinə əlavə edir;

2.3.9. olduğu yer məlum olmayan məhkumların axtarışını təşkil edir;

2.3.10. məhkum cəzasını çəkib qurtardıqda, amnistiya və ya əfvetmə aktına əsasən cəzadan azad edildikdə, cəzadan azad edilmə barədə məhkəmə qərarını aldıqdan, habelə məhkumun ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi haqqında məlumat daxil olduqdan sonra 24 saat müddətində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi üçün bu Qaydaların 2.3.8-ci yarımbəndində nəzərdə tutulmuş qaydada tədbirlər görür;

2.3.11. məhkumun cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtararsa, məhdudlaşdırılmanın götürülməsinə dair həmin günlərdən əvvəl gələn sonuncu iş günü ərzində bu Qaydaların 2.3.8-ci yarımbəndində nəzərdə tutulmuş qaydada tədbirlər görür;

2.3.12. hər rübdən sonra gələn ayın 5-dən gec olmayaraq ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası sahəsində görülmüş işlərin yekunu barədə rəhbəri vasitəsilə Probasiya xidmətinə məlumat verir;

2.3.13. barəsində ictimai işlər tətbiq edilmiş məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirir;

2.3.14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hərbi vəzifəlilərə və ya çağırışçılara ictimai işlər cəzasının təyin olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surətini aldıqdan yeddi gün müddətində həmin hökm (qərar) barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə məlumat verir;

2.3.15. İctimai işlərin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-1.1 və 528-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edir və baxılması üçün aidiyyəti məhkəməyə təqdim edir;

2.3.16. məhkumun cəzadan xəstəliyə görə, yaxud zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə əlaqədar azad edilməsi ilə bağlı təqdimatları, habelə onlara əsas olmuş materialları Probasiya xidmətinə məlumat verməklə məhkəməyə göndərir;

2.3.17. ictimai işlərin icrasından irəli gələn digər vəzifələri yerinə yetirir.

2.4. “Dövlət icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurlarının qanuni tələbləri Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və bu tələbləri yerinə yetirməyən, habelə icra məmuruna həvalə olunmuş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

3.1. İctimai işlər növündə cəzanın icrası bu cəzanın təyin olunması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surəti və həmin hökmün (qərarın) icrası barədə hakimin göstərişi, inzibati tənbeh növündə ictimai işlərin icrası isə hakimin qərarı əsasında həyata keçirilir.

3.2. İcra məmuru ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər barədə məhkəmə hökmünün (qərarının) surətini və göstərişi aldıqda, həmin məhkəməyə bu barədə dərhal məlumat verir (Əlavə 3).

3.3. İctimai işlər növündə cəzanın icrası ilə əlaqədar məhkəmə sənədlərində icraya mane olan şübhə və anlaşılmazlıqlar olduqda, icra məmuru həmin halların aradan qaldırılması məqsədilə həmin sənədləri aldığı vaxtdan üç gün ərzində qanunvericiliyə uyğun olaraq hökmü (qərarı) çıxarmış məhkəməyə təqdimat verir.

3.4. İcra məmuru barəsində ictimai işlər tətbiq edilmiş şəxsləri “İctimai işlərə cəlb olunmuş şəxslərin qeydiyyatı kitabı”nın aidiyyəti hissəsində qeydiyyata alır (Əlavə 4).

3.5. “İctimai işlərə cəlb olunmuş şəxslərin qeydiyyatı kitabı” nömrələnərək tikilir və probasiya qurumunun möhürü ilə təsdiq edilir.

3.6. İcra məmuru ictimai işlər növündə cəzanın icrası üçün əsas olan sənədləri, müvafiq qurumlara və şəxslərə göndərilən məktubları, habelə cəzanın icrası ilə əlaqədar olan digər sənədləri barəsində ictimai işlər tətbiq edilmiş şəxs üçün açılmış şəxsi işdə saxlayır.

3.7. Şəxsi işdə saxlanılan sənədlər ardıcıllıqla nömrələnərək tikilir, sənədlərin adı və hansı nömrədə olması göstərilməklə siyahıya alınır.

3.8. Barəsində ictimai işlər tətbiq edilmiş şəxs yaşayış yerini dəyişdikdə icra məmuru onun şəxsi işini yeni yaşayış yeri üzrə probasiya qurumuna göndərir və şəxsi işin alınması barədə qurumdan daxil olmuş yazılı bildirişə əsasən şəxsi qeydiyyatdan çıxarır.

4.1. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün (qərarının) surətini və həmin hökmün (qərarın) icrası haqqında hakimin göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində ictimai işlərin çəkilməsinə cəlb olunurlar.

4.2. İcra məmuru ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını qəbul etdikdən sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edir. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunurlar.

4.3. İcra məmuru bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərində göstərilən sənədləri aldığı gündən sonra ictimai işlərə cəlb olunmuş şəxslərə on gün müddətində gəlib qeydiyyatdan keçməklə əlaqədar yazılı bildiriş göndərir (Əlavə 5).

4.4. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxs bu Qaydaların 4.3-cü bəndində göstərilmiş müddətdə gəlmədikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 519.2-ci maddəsinə əsasən hökmün, yaxud məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi məsələsinin həlli məqsədi ilə onun tutulması barədə təqdimat verilməsi üçün müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora icra məmuru tərəfindən vəsatət verilir.

4.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxs bu Qaydaların 4.3-cü bəndində göstərilmiş müddətdə üzrsüz səbəblərdən gəlmədikdə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən icra məmuru həmin şəxsin məcburi gətirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edir. Qərar məlumat məqsədilə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxsə göndərilir (Əlavə 6).

4.6. İcra məmuru ictimai işlərə cəlb olunan şəxslərə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı iş yerlərindən birində işləmək üçün göndəriş verir (Əlavə 7 və 8);

4.7. İctimai işlərə göndərilən şəxs müvafiq işlə təmin edildikdən sonra, işəgötürən bu barədə dərhal icra məmuruna məlumat verir. Məlumat daxil olmadıqda icra məmuru şəxsin ictimai işlə təmin edilməsi barədə işəgötürənə sorğu edir.

4.8. İcra məmuru ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı tələb olunan hər hansı məlumatın alınması ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına sorğu verir.

4.9. İcra məmuru barəsində ictimai işlər tətbiq edilmiş şəxsin işləmiş olduğu vaxtın uçotunu aparmaq üçün qeydiyyat vərəqəsini tərtib edir (Əlavə 9).

4.10. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda icra məmuru şəxsə və ya qanuni nümayəndəsinə qərarın icrasına xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququnu izah edir.

4.11. İcra məmuru məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyası məqsədi ilə onlarla fərdi söhbətlər aparır, onların nəticələri barədə protokol tərtib edir və protokolu məhkuma imzalatdırır. Məhkum protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.

5.1. İctimai işlərin müddəti saatla hesablanır.

5.2. İctimai işlər həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir.

5.3. İctimai işlərin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində iki saatdan, şəxsin razılığı ilə isə dörd saatdan çox ola bilməz.

5.4. İctimai işlər növündə cəzanın icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz.

5.5. Üzrlü səbəblər olduqda icra məmuru ictimai işlərə cəlb olunan şəxsə onun müraciəti əsasında həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər.

6.1. İctimai işlərin icrası zamanı işəgötürən:

6.1.1. ictimai işlərə cəlb olunmuş hər bir şəxs barədə ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir;

6.1.2. ictimai işlərə cəlb olunan şəxslər tərəfindən müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır;

6.1.3. ictimai işlərin yerinə yetirilməsindən boyun qaçıran şəxslər barədə dərhal icra məmuruna məlumat verir;

6.1.4. ictimai işlərin yerinə yetirilməsi vəziyyəti barədə icra məmurunun sorğularına cavab verir.

6.2. İşəgötürən ictimai işlərin keçirildiyi yerlərdə əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası normalarına əməl olunmasına, ictimai işlərə cəlb olunan şəxslərin əməyindən səmərəli istifadəyə görə məsuliyyət daşıyır.

7.1. İctimai işlərə cəlb olunan şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalıdırlar.

7.2. İctimai işlərə cəlb olunan şəxslər onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmə qərarı ilə müəyyən olunmuş müddətdə işləməlidirlər.

7.2-1. İctimai işlərə cəlb olunan şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etməli, hər-hansı müdaxiləyə yol verməməli və ondan istifadə etməkdən imtina etməməlidirlər.

7.3. İctimai işlərə cəlb olunan şəxslər yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.

7.4. İctimai işlərə cəlb olunan şəxslərə növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasını dayandırmır.

7.5. İctimai işlərə cəlb olunan şəxslər ictimai işlərin yerinə yetirilməsi qaydalarını pozduqda, icra məmuru onlara məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edir və bu barədə onlardan yazılı iltizam alır (Əlavə 10 və 11). Rəsmi xəbərdarlıq ictimai işlərə cəlb olunan şəxslərin şəxsi işinə əlavə edilir.

7.6. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda icra məmuru Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə uyğun olaraq ictimai işlərin çəkilməmiş hissəsinin azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.

7.7. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıran şəxs barəsində tədbirlərin görülməsi məqsədilə icra məmuru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.

7.8. Təqdimat və ya protokol, ictimai işlərə cəlb olunan şəxsdən alınan izahat, iş yerindən alınmış məlumatlar, qeydiyyat vərəqəsinin surəti digər sənədlərlə birlikdə məhkəməyə göndərilir.

7.9. İctimai işlər növündə cəzanın çəkilməsindən qərəzli boyun qaçıran məhkumlar aşağıdakılar hesab olunurlar:

7.9.1. üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmayanlar;

7.9.2. ayda iki dəfədən çox ictimai işin icrası yerlərində əmək intizamını pozanlar;

7.9.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər;

7.9.3. cəzanı çəkməmək məqsədilə gizlənənlər.

7.10. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçıran şəxslər aşağıdakılar hesab olunurlar:

7.10.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmayanlar;

7.10.2. həftədə iki dəfə və daha çox ictimai işin icrası yerlərində əmək intizamını pozanlar;

7.10.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər;

7.10.3. inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənənlər.

8.1. İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxsin olduğu yer müəyyən edilmədikdə icra məmuru tərəfindən on günədək müddətə aşağıdakı ilkin axtarış tədbirləri həyata keçirilir:

8.1.1. şəxsin qohumları, tanışları və digər yaxın şəxslərlə onun yerinin müəyyən edilməsi üçün söhbətlər aparır və ya bu barədə sorğu edir;

8.1.2. şəxsin qeydiyyatda olduğu ərazinin yerli icra hakimiyyəti orqanı nümayəndəsinə, polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumuna sorğu edir;

8.1.3. şəxsin həbs yerlərində, o cümlədən inzibati həbs yerlərində saxlanılıb-saxlanılmaması barədə sorğu edir;

8.1.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli qurumlarına sorğu edir;

8.1.5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə şəxsin həqiqi hərbi xidmətə və ya toplanış keçməyə göndərilib-göndərilməməsi barədə sorğu edir;

8.1.6. şəxsin yaşayış yeri üzrə xəstəxana və digər müalicə müəssisələrinə sorğu edir;

8.1.7. şəxsin olduğu yerin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edə biləcək digər tədbirləri görür.

8.2. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxsin olduğu yer on gündən artıq müddətdə müəyyən edilmədikdə, icra məmuru onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edir, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada aidiyyəti prokurorluğa vəsatət verir (Əlavə 12). Həmin vəsatət və prokurorun təqdimatı əsasında məhkumun tutulması barədə məhkəmənin qəbul etdiyi qərarı, axtarış elan edilməsi haqqında qərarla və məhkumun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə axtarış işinin açılması və məhkumun tutulması üçün aidiyyəti polis orqanına göndərilir.

9.1. İcra məmuru aşağıdakı əsaslar olduqda ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxsi qeydiyyatdan çıxarır:

9.1.1. təyin edilmiş cəzanın müddəti başa çatdıqda;

9.1.2. məhkum barəsində amnistiya aktı tətbiq edildikdə;

9.1.3. məhkum əfv edildikdə;

9.1.4. məhkəmənin hökmü (qərarı) ləğv edildikdə;

9.1.5. məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;

9.1.6. məhkum xəstəliyə görə cəzadan azad edildikdə;

9.1.6-1. məhkum zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edildikdə;

9.1.7. məhkum yaşayış yerini dəyişdikdə;

9.1.8. ictimai işlər digər cəza növü ilə əvəz edildikdə;

9.1.9. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum edildikdə;

9.1.10. məhkum bəraət aldıqda;

9.1.11. məhkum öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə.

9.2. Aşağıdakı sənədlər barəsində ictimai işlər tətbiq olunan məhkumu qeydiyyatdan çıxarmağa əsas verir:

9.2.1. amnistiya aktının tətbiq edilməsi barədə qərar;

9.2.2. əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı;

9.2.3. məhkəmə hökmünün (qərarının) ləğv edilməsi barədə məhkəmənin yeni qərarının surəti;

9.2.4. məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkəmə qərarının surəti;

9.2.5. məhkumun xəstəliyə görə cəzadan azad edilməsi barədə məhkəmə qərarının surəti;

9.2.5-1. məhkumun zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad edilməsi barədə məhkəmə qərarının surəti;

9.2.6. məhkum yaşayış yerini dəyişdikdə şəxsi işin alınması barədə yeni yaşayış yeri üzrə probasiya qurumundan daxil olmuş yazılı bildiriş;

9.2.7. ictimai işlərin digər cəza növü ilə əvəz olunması barədə məhkəmə qərarının surəti;

9.2.8. məhkum yeni cinayət törətdiyinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edildikdə, məhkəmə hökmünün və göstərişin surəti;

9.2.9. məhkəmənin bəraət hökmünün surəti;

9.2.10. şəxs öldükdə və ya məhkəmə tərəfindən ölmüş elan edildikdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın ölüm haqqında şəhadətnaməsi.

9.3. İctimai işlərə cəlb olunan şəxs qeydiyyatdan çıxarıldıqda “İctimai işlərə cəlb olunmuş şəxslərin qeydiyyatı kitabı”nın aidiyyəti hissəsində bu barədə qeyd aparılır və bu barədə hökmü (qərarı) çıxarmış məhkəməyə, məhkum barəsində isə əlavə olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə məlumat verilir (Əlavə 13).

9.4. İcra məmuru aşağıdakı hallar və əsaslar olduqda barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsi qeydiyyatdan çıxarır:

9.4.1. təyin edilmiş tənbehin müddəti başa çatdıqda;

9.4.2. yaşayış yerini dəyişdirmiş şəxsin şəxsi işinin alınması barədə yeni yaşayış yeri üzrə probasiya qurumundan yazılı bildiriş daxil olduqda;

9.4.3. məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə qərar qəbul edildikdə;

9.4.4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145-ci maddəsinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim tərəfindən qərardad qəbul edildikdə.

9.5. ictimai işlər növündə inzibati tənbeh üzrə icraat başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə haqqında qərar probasiya qurumunun rəhbəri tərəfindən həmin qərarı qəbul etmiş hakimə qaytarılır.

__________________________________________________________________

__________________________________________________________________

__________________________________________________________________

“______” _______________________ 20__________ il tarixli hökmü (qərarı) ilə

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

(lazım olanın altından xətt çəkmək)

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin

(lazım olanın altından xətt çəkmək)

________ maddəsi ilə təqsirli bilinib _______ saat ictimai işlər

növündə cəzaya məhkum olunmuşdur.

(lazım olanın altından xətt çəkmək)

İnzibati tənbeh tətbiq edilmişdir.

(lazım olanın altından xətt çəkmək)

__________________________________________________________________

__________________________________________________________________

Başlandı: “ _____” ____________________20____ -il

Qurtardı: “ _____” ____________________20____ -il

Hökmün (qərarın) surətinin alınması barədə “ ____” _______________20___ il tarixdə məhkəməyə məlumat verilmişdir.

İcraata başlamaq haqqında qərarın surəti “ _____” _______________20___ il tarixdə məhkəməyə göndərilmişdir.

Hökmün (qərarın) icra edilib qurtarması barədə “ ____” _____________20___ il tarixdə məhkəməyə məlumat verilmişdir.

İcraat başa çatdıqdan sonra inzibati tənbeh tətbiq etmə haqqında qərar

“ ____” _____________20_____ il tarixdə məhkəməyə qaytarılmışdır.

____________________________________ “ ” __________ 20_____ il

(İcra məmuru (probasiya üzrə) tərəfindən baş çəkilən yerin adı)

Baş çəkmə saat _______ başlandı.

Baş çəkmə saat ________ qurtardı.

Mən, ______________ rayon (şəhər) probasiya (icra və probasiya) şöbəsinin icra məmuru (probasiya üzrə) __________________________________________________

Baş çəkmə yerində iştirak edən şəxslər:

İşəgötürən və ya onun nümayəndəsi_______________________________________

İctimai işlər növündə cəzaya məhkum olunmuş və ya barəsində

inzibati tənbeh tətbiq edilmiş şəxsin (lərin)

1.______________________________________________________

2.______________________________________________________

3.______________________________________________________

(soyadı, adı, atasının adı)

iştirakı ilə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.3 (və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 154.3.4-cü) maddəsinə əsasən ictimai işlərin görüldüyü yerə baş çəkdim və aşağıdakıları müəyyən etdim:

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

_____________________________________________________________________

Protokolu tərtib etdi: __________ __________________________

imza (icra məmuru (probasiya üzrə) adı, soyadı)

(probasiya qurumunun adı)

Kimə _________________________________________________________________

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ___________ maddəsi ilə təqsirli bilinib _________ tarixdə_________ ______________ müddətə ictimai işlər növündə cəzaya məhkum olunmuş __________________________________________ barədə

(soyadı, adı, atasının adı)

hökmün (qərarın) surəti və onun icrası barədə göstəriş tərəfimdən qəbul edildi.

İmza__________________________________________________________

Başlandı: “___” _______________ 20____il

Qurtardı: “___” _______________ 20____il

“_____” __________20 ______il ____________________________

(probasiya qurumunun adı)

Kimə_______________________________________________________________________

(məhkumun və ya haqqında inzibati tənbeh tətbiq edilmiş şəxsin soyadı, adı, atasının adı)

Siz ______________________________ tarixli hökmü (qərarı) ilə ___________________

müddətə ictimai işlərə cəlb olunmusunuz. Siz qeydiyyatdan keçmək üçün on gün müddətində ____________________________________________ gəlməlisiniz.

(probasiya qurumunun adı və ünvanı)

Üzrsüz səbəbdən həmin müddətdə gəlmədiyiniz təqdirdə barənizdə məcburi gətirilmə tətbiq ediləcəkdir.

İmza __________________________________________________________

(icra məmurunun soyadı, adı, atasının adı)

____________________________ icra məmuru _____________________________________

(probasiya qurumunun adı) (xüsusi rütbəsi, soyadı, adı, atasının adı)

__________________məhkəməsinin ______tarixli qərarı ilə barəsində ______ müddətinə

ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş _____________________________

şəxsi işini nəzərdən keçirərək,

İctimai işlərə cəlb olunmuş ______________________ ona yazılı bildiriş göndərilməsinə

(soyadı, adı, atasının adı)

baxmayaraq, qeydiyyatdan keçmək üçün on gün müddətində probasiya qurumuna gəlməmişdir. Göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq,

1. __________________________________qeydiyyata alınması üçün məcburi qaydada

(ünvan, şəxsin soyadı, adı, atasının adı)

__________________________ gətirilməsi ilə bağlı məhkəməyə təqdimat verilsin.

(probasiya qurumunun adı)

2. Qərar məlumat üçün _____________________________________________ göndərilsin.

İmza___________________________________________________________________

İmza________________________________________________________________________

Barəsində ictimai işlər tətbiq edilmiş şəxslərə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası qayda və şərtləri, təqdim edilən elektron nəzarət vasitəsinin ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımalı, istifadə etməli olduğu, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyi, bu əməllərin hüquqi nəticələri, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi.

_______________________________________________________________________

Qeyd: İctimai işlər tətbiq edilmiş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.

tarixli hökmü (qərarı) ilə ____________ saat ictimai işlər növündə cəzaya məhkum olunmusunuz.

Siz “___” _______________ 20_____ il tarixdə

_____________________________________________________________________________

olmalı və müəyyən edilmiş ictimai işləri yerinə yetirməlisiniz.

Sizə təyin olunmuş ictimai işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, yəni üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmadıqda, ya həmin yerlərdə ayda iki dəfədən çox əmək intizamını pozduqda, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, habelə cəzanı çəkməmək məqsədilə gizləndikdə cəzanızın digər cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat veriləcəkdir.

______________________ __________ ___________________________

( probasiya qurumunun adı) imza (icra məmurunun (probasiya üzrə) adı, soyadı)

“___” ________________ 20___ il

_________________________

(məhkumun imzası, soyadı, adı)

“___” ________________ 20___ il

________________________________________________________________________

tarixli qərarı ilə barənizdə ________saat inzibati tənbeh növündə ictimai işlər tətbiq edilmişdir.

Odur ki, “____” __________________ 20_____ il tarixdə

_____________________________________________________________________________

olmalı və müəyyən edilmiş ictimai işləri yerinə yetirməlisiniz.

Sizə təyin olunmuş ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, yəni üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmadıqda, həmin yerlərdə həftədə iki dəfə və daha çox əmək intizamını pozduqda, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, habelə inzibati tənbehi çəkməmək məqsədilə gizləndikdə təyin edilmiş inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən inzibati həbslə əvəz edilməsi üçün barənizdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəkdir.

_______________________ __________ _________________________

( probasiya qurumunun adı) imza (icra məmurunun (probasiya üzrə) adı, soyadı)

“___” ________________ 20___ il

_____________________

(şəxsin imzası, soyadı, adı)

“___” ________________ 20___ il

Cəmi: ___________ saat

___________________________ _______ _______________________________

(probasiya qurumunun adı) imza (icra məmurunun (probasiya üzrə) adı, soyadı)

“___” ________________ 20___ il

____________________________________________________________________

Siz _______________________________________ “____” ___________ 20__ il

tarixli hökmü (qərarı) ilə _________ saat ictimai işlər növündə cəzaya məhkum

_____________________________________________________________________

(qayda pozuntuların qeyd etməli)

həmin cəzanın çəkilməsi qaydalarını pozduğunuza görə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Sizə xəbərdarlıq edilir və təyin olunmuş ictimai işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, yəni üzrsüz səbəbdən ayda iki dəfədən çox ictimai işə çıxmadıqda və ya həmin yerlərdə ayda iki dəfədən çox əmək intizamını pozduqda, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, habelə cəzanı çəkməmək məqsədilə gizləndikdə cəzanızın digər cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat veriləcəyi nəzərinizə çatdırılır.

_______________________ _____________ ___________________________

(probasiya qurumunun adı) imza (icra məmurunun (probasiya üzrə) adı,soyadı)

“___” ________________ 20___ il

Xəbərdarlıq mənə elan edildi.

______________________________

(məhkumun imzası, soyadı, adı)

“_____” __________________ 20__ il

____________________________________________________________________________

______________________________________________ “____” ___________ 20__ il

tarixli qərarı ilə barənizdə __________ saat inzibati ictimai işlər növündə tənbeh tətbiq edilmişdir və

həmin tənbehin çəkilməsi qaydalarını pozduğunuza görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 154.10-cu maddəsinə əsasən Sizə rəsmi xəbərdarlıq edilir və ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, təyin edilmiş inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən inzibati həbslə əvəz edilməsi üçün məhkəməyə protokol təqdim ediləcəyi nəzərinizə çatdırılır.

______________________ __________ _____________________________

(probasiya qurumunun adı) imza (icra məmurunun (probasiya üzrə) adı, soyadı)

“___” ________________ 20___ il

Xəbərdarlıq mənə elan edildi:

____________________________

(şəxsin imzası, soyadı, adı)

“_____” __________________ 20__ il

________________________________________________

_____________________________________________________________________________

___________________________________ “___” _______________ 20 ______il tarixli

hökmü (qərarı) ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin _______ maddəsi ilə təqsirli bilinərək _____________ müddətinə ________növündə cəzaya məhkum olunmuşdur. Məhkum ________________________________________________________

(məhkumun adı, atasının adı, soyadı)

cəzanın çəkilməsindən yayındığına görə onun olduğu yeri müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.2-ci maddəsinə uyğun olaraq on gün müddətində həyata keçirilmiş ilkin tədbirlər nəticə verməmişdir. Belə ki,

_____________________________________________________________________________

_____________________________________________________________________________

(həyata keçirilmiş ilkin tədbirlər və onların nəticələri göstərilir)

Ona görə də Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.4.3-cü maddəsinə əsasən, məhkum________________________________________ barədə

(məhkumun soyadı, adı, atasının adı)

_________________________ icra məmuru tərəfindən axtarış elan edilməsi haqqında (probasiya qurumunun adı)

_______tarixli qərar qəbul edilmişdir. Məhkum___________________________________

(məhkumun soyadı, adı, atasının adı)

barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən onun tutulması üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxmağınızı xahiş edirəm.

Qoşma: (məhkumun cəzanın çəkilməsindən yayınmasını təsdiq edən sənədlərin surəti).

İmza__________________________________________________________

(icra məmurunun (probasiya üzrə) xüsusi rütbəsi, adı, soyadı)

İmza__________________________________________________________

(probasiya qurumunun rəisinin xüsusi rütbəsi, adı, soyadı)

“______”_____________20___ il.

“_____” ____________20 ___il

Kimə__________________________________________________________

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _________ maddəsi ilə təqsirli bilinib _________ tarixdə _________ müddətinə ictimai işlər növündə cəzaya məhkum olunmuş _________________________________________________________

(soyadı, adı, atasının adı)

_____________________________________________ qeydiyyatdan çıxarılmışdır.

(qeydiyyatdan çıxarılmanın səbəbi və əsası)

İmza__________________________________________________________

1. 5 oktyabr 2020-ci il tarixli 12-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010050012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2020-ci il)

2. 15 dekabr 2020-ci il tarixli 24-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012150024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2020-ci il)

3. 10 avqust 2022-ci il tarixli 8-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208100008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 avqust 2022-ci il)

4. 2 aprel 2025-ci il tarixli 4-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202504020004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 aprel 2025-ci il)

5. 22 iyul 2026-cı il tarixli 3-16/1-KQ/12/2026 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202607220012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 iyul 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver