11.1. İctimai şura təşkilati məsələlər üzrə qərarlar, digər məsələlər üzrə isə rəy və təkliflər qəbul edir.
11.2. İctimai şuranın rəy və təkliflərinə həmin sənədlərin ünvanlandığı mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmalıdır.
11.3. İctimai şuranın rəy və təkliflərinin nəzərə alınmaması müvafiq orqan və ya vəzifəli şəxs tərəfindən əsaslandırılmalıdır.