14.1. İctimai dinləmənin və ictimai müzakirənin təşkilatçısı:
14.1.1. dinləmənin və müzakirənin mövzusunu dəqiqləşdirir və təsdiq edir;
14.1.2. əsas məruzələrin mövzusunu və məruzəçiləri müəyyən edir;
14.1.3. dinləmənin və müzakirənin keçirilməsi proqramının layihəsini hazırlayır;
14.1.4. dinləmənin və müzakirənin keçirilməsi yerini, vaxtını və müddətini müəyyən edir;
14.1.5. iştirakçıların seçilməsi prinsiplərini və dəvət edilməsi formalarını müəyyənləşdirir, onları dəvət edir;
14.1.6. media subyektləri və ictimaiyyət üçün elan xarakterli məlumatlar hazırlayır və həmin məlumatları hamının tanış ola biləcəyi yerlərdə yerləşdirir;
14.1.7. dinləmənin və müzakirənin yekun sənədinin (sənədlərinin) ilkin layihəsini hazırlayır.
14.2. İctimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan təşəbbüskarın internet informasiya ehtiyatında və ya mediada, habelə EHİS-də tədbirdən ən azı yeddi iş günü əvvəl dəqiq vaxt və yer göstərilməklə yerləşdirilir.