Qanunvericilik › İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili

İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirə Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edilir.

18.2. Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün Azərbaycan Respublikası Milli Məclisinin Aparatı:

18.2.1. Azərbaycan Respublikası Milli Məclisinin rəsmi internet informasiya ehtiyatında xüsusi bölmə ayırır;

18.2.2. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında qeydiyyata alınmış bütün qanun layihələrini müvafiq komitəyə göndərdikdən sonra üç gün ərzində Azərbaycan Respublikası Milli Məclisinin rəsmi internet informasiya ehtiyatının xüsusi bölməsində və EHİS-də yerləşdirir;

18.2.3. Azərbaycan Respublikası Milli Məclisinin rəsmi internet informasiya ehtiyatının xüsusi bölməsində və EHİS-də qanun layihəsi ilə birlikdə onu təqdim edən subyekt, layihənin qeydiyyat nömrəsi, göndərildiyi komitə (komitələr), ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı yerləşdirir;

18.2.4. qanun layihələrinə dair təqdim olunmuş rəy, irad və təkliflərin nəzərə alınmasının nəticələri barədə ictimaiyyəti məlumatlandırır (o cümlədən EHİS vasitəsilə);

18.2.5. birinci və ikinci oxunuşlardan sonra qanun layihəsinin yenilənmiş mətnlərini dərc edir (o cümlədən EHİS vasitəsilə).

18.3. Qanun layihələrinə dair ictimai dinləmələrin keçirilməsi qaydası Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver