19.1. Yayım şurası üzvünün səlahiyyətlərinə yalnız aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
19.1.1. öz ərizəsi ilə;
19.1.2. Yayım şurasının üzvlüyü ilə bir araya sığmayan vəzifə tutduqda;
19.1.3. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
19.1.4. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə fəaliyyət qabiliyyətsizliyi, yaxud məhdud fəaliyyət qabiliyyətli olması təsdiq olunduqda, cinayət törətməkdə təqsirli bilindikdə və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə;
19.1.5. üzrsüz səbəbdən altı ay Yayım şurasının iclaslarında iştirak etmədikdə;
19.1.6. vəzifəsinin öhdəsindən gələ bilmədikdə.
19.2. Yayım şurası öz üzvünü bu Qanunun 19.1.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə vəzifədən azad etmək barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırmaq üçün azı altı üzvünün razılığı ilə qərar qəbul etməlidir.
19.3. Azərbaycan Respublikasının Milli Məclisi Yayım şurasının təsdiq olunmaq üçün təqdim etdiyi qərarı 63 səs çoxluğu ilə rədd edə bilər.