4.1. İctimai yayımçı kənar müdaxilə olmadan müstəqil fəaliyyət göstərən hüquqi şəxsdir.
4.2. İctimai yayımçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir, bu əmlakdan yalnız ictimai yayımın məqsədləri üçün istifadə edə bilər.
4.3. İctimai yayımçı əmlakdan səmərəli istifadə olunmasına nəzarət edir, onun qorunmasına məsuliyyət daşıyır.
4.4. İctimai yayımçının əmlakı bu Qanunda nəzərdə tutulmuş hallarda satıla bilər.
4.5. İctimai yayımçının əmlakı yeniləşdirilmək məqsədilə satıla bilər.
4.6. İctimai yayımçı proqramlarının forma və məzmununu özü müəyyən edir və yayımladığı proqramlar üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
4.7. İctimai yayımçının adı - İctimai Televiziya və Radio Yayımları Şirkətidir.
4.8. İctimai Televiziya və Radio Yayımları Şirkəti “Media haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanun və bu Qanunun tələblərinə uyğun şəkildə hazırlanıb Yayım şurası tərəfindən təsdiq olunan Nizamnamə əsasında fəaliyyət göstərir.