Qanunvericilik › “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 04.09.2012) › Tam mətn

“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 04.09.2012)

“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 04.09.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)”nın 7.2.4.2-ci yarımbəndinə əsasən, dövlət orqanları arasında elektron sənəd dövriyyəsi sistemi yaratmaq məqsədi ilə qərara alıram:

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası idarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçılarında qovşaqların texniki vasitələrlə təmin edilməsinə dair tələbatı, elektron imza veriləcək iştirakçıların rəhbərləri və müavinləri, habelə elektron sənəd dövriyyəsini bilavasitə həyata keçirəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək müvafiq tədbirlər görməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti idarələrarası elektron sənəd dövriyyəsi sistemi iştirakçılarının qovşaqlarının texniki vasitələrlə təmin edilməsi üçün zəruri olan maliyyə vəsaitinin Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciəti əsasında on beş gün müddətində Xidmətə ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti bu Fərmanla təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.3.1-ci, 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılarda 2013-cü il iyulun 1-dək, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılarda isə 2014-cü il yanvarın 1-dək qovşaqların texniki vasitələrlə təmin edilməsini başa çatdırsın və bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.

5. Bu Fərmanla təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.3.1-ci yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2013-cü il iyulun 1-dən, 1.3.3-cü yarımbəndində nəzərdə tutulmuş iştirakçılar 2014-cü il yanvarın 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etsinlər.

6. Bu Fərmanla təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş iştirakçılara 2013-cü il iyulun 1-dən idarələrarası elektron sənəd dövriyyəsinə başlanmasını təmin etmək tövsiyə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2012-ci il

1. 14 iyul 2016-cı il tarixli 993 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2016-cı il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1264)

2. 11 mart 2019-cu il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 418)

3. 29 dekabr 2023-cü il tarixli 2440 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2023-cü il, “Xalq” qəzeti, 30 dekabr 2023-cü il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, I kitab, maddə 1701)

4. 17 iyun 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyun 2025-ci il, “Xalq” qəzeti, 18 iyun 2025-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 550)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver