Qanunvericilik › “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.01.2024) › Tam mətn

“İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.01.2024)

“İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 15.01.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida məhsullarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 15 yanvar 2024-cü il

Suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar

qeyd olunan MNT kodları üzrə məhsul növlərinə münasibətdə

Suxarılar, qrenkalar və s. xırtıldayan məmulatlar

Şirin peçenye və vaflilər

Sair qurudulmuş və ya uzun müddət saxlanıla bilən çörək-bulka məmulatları

Makaron, əriştə, kuskus və oxşar un məmulatları

qeyd olunan MNT kodları üzrə məhsul növlərinə münasibətdə

İçsiz, bişirilməmiş və ya başqa üsulla hazırlanmamış makaron məmulatı

Tərkibində yumurta olan bişirilməmiş makaron məmulatları

Tərkibində yumurta olmayan bişirilməmiş makaron məmulatları

İçli, bişirilmiş və ya başqa üsulla hazırlanmış makaron məmulatı

İçli, bişirilmiş və sair makaron məmulatları

Kakao, şokolad və şəkərli şirniyyat məmulatları

qeyd olunan MNT kodları üzrə məhsul növlərinə münasibətdə

Pasta şəkilli tərkibində kakao olan qida məhsulları

Tərkibində kakao olmayan, ağ şokolad da daxil edilməklə şəkərdən şirniyyat məmulatı

Bişirilmiş konfetlər (karamel, toffi və s.)

1. Bu siyahı qida məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur.

2. Xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida məhsularının istehsalı (emalı) hesab edilmir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.37-ci, 106.1.31-ci, 199.17-ci və 207.10-cu maddələrində nəzərdə tutulmuş vergi güzəştləri bu fəaliyyətləri həyata keçirən vergi ödəyicilərinə şamil edilmir.

4 sentyabr 2024-cü il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1055)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver