Qanunvericilik › “İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2024) › Tam mətn

“İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2024)

“İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.09.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 3 sentyabr 2024-cü il

Saatda 45 t-dan çox buxar yaradan su borulu qazanlar

Saatda 45 t və ya daha az buxar yaradan su borulu qazanlar

Tüstü bacalı qazanlar istisna olmaqla, kombinasiya olunmuş daxil olmaqla, digər buxar yaradan qazanlar

Maye yanacaq üçün odluqlar istisna olmaqla, yalnız qaz üçün, monobloklu, ventilyator və idarə qurğuları olan qızdırma odluqları

Maye yanacaqlar üçün olmayan, yalnız qaz üçün, monobloklu, ventilyator və idarə qurğuları olan odluqlar istisna olmaqla digər kombinasiya edilmiş odluqlar

Distillə etmə və ya rektifikasiya üçün aparatlar

Mərkəzdənqaçma quruducular daxil olmaqla sentrifuqa süd separatorları

Qida məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıq

Qida məhsullarının istehsalında istifadə olunmayan butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıq

Butulkaların, bankaların doldurulması, tıxanması, yeşiklərin, torbaların və digər tutumların bağlanması, onların möhürlənməsi və ya etiketləşdirilməsi üçün avadanlıq; butulkaların, bankaların, tübiklərin və analoji tutumların qalpaqlarla və ya qapaqlarla hermetik bağlanması üçün avadanlıq; içkilərin qazlaşdırılması üçün avadanlıq

Digər qablaşdırma və bükmə (qablaşdırma materiallarını termogeydirmə üsulu ilə bürüyən avadanlıq daxil olmaqla) üçün avadanlıq

Gücü 250 at gücündən çox olan tırtıllı, dönməz və dönər kavahınla buldozerlər

Gücü 400 at gücü və daha çox olan, -50ºC və aşağı hava temperaturunda işləmək üçün nəzərdə tutulmuş tırtıllı, dönməz və dönər kavahınla buldozerlər

Digər tırtıllı, dönməz və dönər kavahınla buldozerlər

Tırtılsız, dönməz və dönər kavahınla buldozerlər

Gücü 350 at gücü və daha çox olan qreyderlər

Gücü 350 at gücündən az olan qreyderlər

Yeraltı işlər üçün xüsusi hazırlanmış frontal birçalovlu yükləyicilər

Yeraltı işlər üçün xüsusi hazırlanmış tırtıllı, frontal birçalovlu yükləyicilər

Birçalovlu tırtıllı yükləyicilər istisna olmaqla, yeraltı işlər üçün xüsusi hazırlanmamış frontal birçalovlu yükləyicilər

Tamdönər tırtıllı ekskavatorlar

Tırtıllı ekskavatorlardan başqa digər tamdönər maşınlar

Tamdönər maşınlar və frontal birçalovlu yükləyicilər istisna olmaqla digər mexaniki kürəklər və ekskavatorlar

Qazonlar, parklar və ya idman meydançaları üçün, mühərrikli, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə elektrik otbiçənlər

Qazonlar, parklar və ya idman meydançaları üçün, mühərrikli, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə elektrik olmayan özügedən oturacaqlı otbiçənlər

Qazonlar, parklar və ya idman meydançaları üçün, mühərrikli, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə elektrik olmayan özügedən oturacaqsız otbiçənlər

Özügedən otbiçənlərdən başqa, qazonlar, parklar və ya idman meydançaları üçün, mühərrikli, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə elektrik olmayan otbiçənlər

Qazonlar, parklar və ya idman meydançaları üçün, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə olanlar istisna olmaqla, mühərrikli, elektrik otbiçənlər

Qazonlar, parklar və ya idman meydançaları üçün, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə olanlar istisna olmaqla, mühərrikli, elektrik olmayan, özügedən oturacaqlı otbiçənlər

Qazonlar, parklar və ya idman meydançaları üçün, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə olanlar istisna olmaqla, mühərrikli, elektrik olmayan, özügedən oturacaqsız otbiçənlər

Qazonlar, parklar və ya idman meydançaları üçün, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə olanlar istisna olmaqla, mühərrikli, elektrik olmayan, özügetməyən otbiçənlər

Qazonlar, parklar və ya idman meydançaları üçün, üfüqi səth üzərində fırlanan kəsici hissə ilə olanlar istisna olmaqla, mühərriksiz otbiçənlər

Südün emalı və təkrar emalı üçün avadanlıq

Preslər, xırdalayıcılar və şərabçılıq, sidr, meyvə şirələri və ya analoji içkilərin istehsalı üçün analoji avadanlıq

Preslər, xırdalayıcılar və şərabçılıq, sidr, meyvə şirələri və ya analoji içkilərin istehsalı üçün analoji avadanlıq hissələri

Meşə təsərrüfatı üçün maşınlar və avadanlıq

Kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqdan başqa, unüyütmə sənayesi üçün avadanlıq və ya taxıl və ya quru paxlalı bitkilərin emalı üçün avadanlıq

Çörək-bulka məmulatlarının istehsalı üçün avadanlıq

Makaron, spagetti və ya analoji məhsulların istehsalı üçün avadanlıq

Qənnadı sənayesi, kakao tozunun və ya şokoladın istehsalı üçün avadanlıq

Şəkər sənayesi üçün avadanlıq

Pivəbişirmə sənayesi üçün avadanlıq

Ətin və ya quş ətinin emalı üçün avadanlıq

Meyvənin, qoz-fındığın və ya tərəvəzin emalı üçün avadanlıq

Çayın və ya qəhvənin emalı üçün avadanlıq

İçkilərin hazırlanması və ya istehsalı üçün avadanlıq

Qida məhsullarının və ya içkilərin istehsalı və ya hazırlanması üçün avadanlıqların hissələri

Lifli sellüloz materiallardan kütlənin istehsalı üçün avadanlıq

Kağız və ya karton istehsalı üçün avadanlıq

Kağızın və kartonun işlənməsi üçün avadanlıq

Qəlibləmədən fərqli üsullarla karton qutuların, qutuların, yeşiklərin, boruların, barabanların və ya analoji tutumların hazırlanması üçün maşınlar

Kağız kütləsindən, kağızdan və kartondan olan məmulatların qəliblənməsi üçün maşınlar

Kəsmə maşınları, paket, kisə və konvertlərin hazırlanması üçün maşınlar, qəlibləmədən fərqli üsullarla karton qutuların, qutuların, yeşiklərin, boruların, barabanların və ya analoji tutumların hazırlanması üçün maşınlar, kağız kütləsindən, kağızdan və kartondan olan məmulatların qəliblənməsi üçün maşınlardan fərqli, kağız kütləsindən, kağızdan və ya kartondan məmulatların istehsalı üçün avadanlıq

Tekstil liflərin hazırlanması üçün digər maşınlar

Eni 30 sm-dən çox olan parçaların hazırlanması üçün məkikli, mühərriksiz toxuculuq dəzgahları

Tikiş maşınlarından başqa, dəridən və ya göndən digər məmulatların hazırlanması və ya təmiri üçün avadanlıq

Lazer şüalanması proseslərinin istifadəsi ilə işləyənlər istisna olmaqla, işıq və ya foton şüalanması proseslərinin istifadəsi ilə işləyən dəzgah və maşınlar

Ultrasəs proseslərinin istifadəsi ilə işləyən dəzgah və maşınlar

Elektrik boşalması prosesinin köməyi ilə, rəqəmli proqram idarəetmə ilə işləyən məftil ekektrodlu dəzgahlar

Elektrik boşalması prosesinin köməyi ilə, rəqəmli proqram idarəetmə ilə işləyən məftil elektrodsuz dəzgah

Elektrik boşalması proseslərinin istifadəsi ilə işləyən, rəqəmli proqram idarəetməsiz işləyən dəzgah və maşınlar

Suşırnaqlı kəsici maşınlar

Lazer və ya digər işıq və ya foton şüalanması, ultrasəs proseslərinin istifadəsi, elektrik boşalması, plazma-gövs proseslərinin istifadəsi ilə işləyənlərdən fərqli, materialların emalı üçün dəzgahlar

Metal emalı üçün üfüqi olmayan emal mərkəzləri

Birmövqeli aqreqat dəzgahlar

Rəqəmli proqram idarəetmə ilə çoxmövqeli aqreqat dəzgahlar

Rəqəmli proqram idarəetməsi ilə olanlardan başqa çoxmövqeli aqreqat dəzgahlar

Üfüqi, rəqəmli proqram idarəetmə ilə, bir şpindelli torna avtomatları

Üfüqi, rəqəmli proqram idarəetmə ilə, çoxşpindelli torna avtomatları

Üfüqi, rəqəmli proqram idarəetmə ilə digər torna dəzgahları

Digər üfüqi metalkəsən torna dəzgahları

Rəqəmli proqram idarəetmə ilə çoxməqsədli torna dəzgahları

Rəqəmli proqram idarəetmə ilə digər torna dəzgahları

Rəqəmli proqram idarəetmə ilə olmayan digər torna dəzgahları

Xətti quruluşlu aqreqat dəzgahlar

Rəqəmli proqram idarəetmə ilə digər burğulama dəzgahları

Rəqəmli proqram idarəetmə ilə olmayan digər burğulama dəzgahları

Rəqəmli proqram idarəetmə ilə digər yonma-frezləmə dəzgahları

Rəqəmli proqram idarəetmə ilə olmayan digər yonma-frezləmə dəzgahları

Rəqəmli proqram idarəetmə ilə digər yonma dəzgahları

Rəqəmli proqram idarəetmə ilə olmayan digər yonma dəzgahları

Rəqəmli proqram idarəetmə ilə konsol frezləmə dəzgahları

Rəqəmli proqram idarəetmə ilə olmayan konsol frezləmə dəzgahları

Rəqəmli proqram idarəetmə ilə alət-frezləmə dəzgahları

Rəqəmli proqram idarəetmə ilə digər frezləmə dəzgahları

Rəqəmli proqram idarəetmə ilə olmayan alət-frezləmə dəzgahları

Rəqəmli proqram idarəetmə ilə olmayan digər frezləmə dəzgahları

Rəqəmli proqram idarəetmə ilə, istənilən oxunun üzərində 0,01 mm-dən aşağı olmayan mövqeləşmə dəqiqliyi olan yastı cilalama dəzgahları

Rəqəmli proqram idarəetmə ilə, bütün oxlarının üzərində 0,01 mm-dən aşağı mövqeləşmə dəqiqliyi olan cilalama dəzgahları

Rəqəmli proqram idarəetməsiz, istənilən oxunun üzərində 0,01 mm-dən aşağı olmayan mövqeləşmə dəqiqliyi olan yastı cilalama dəzgahları

Rəqəmli proqram idarəetməsiz, bütün oxlarının üzərində 0,01 mm-dən aşağı mövqeləşmə dəqiqliyi olan cilalama dəzgahları

İstənilən oxunun üzərində 0,01 mm-dən aşağı olmayan mövqeləşmə dəqiqliyi olan, rəqəmli proqram idarəetmə ilə mərkəzsiz cilalama dəzgahları

Bütün oxlarının üzərində 0,01 mm-dən aşağı mövqeləşmə dəqiqliyi olan, rəqəmli proqram idarəetmə ilə mərkəzsiz cilalama dəzgahları

İstənilən oxunun üzərində 0,01 mm-dən aşağı olmayan mövqeləşmə dəqiqliyi olan, rəqəmli proqram idarəetmə ilə dairəvi cilalama dəzgahları

Bütün oxlarının üzərində 0,01 mm-dən aşağı mövqeləşmə dəqiqliyi olan, rəqəmli proqram idarəetmə ilə dairəvi cilalama dəzgahları

Rəqəmli proqram idarəetmə ilə digər cilalama dəzgahları

İstənilən oxunun üzərində 0,01 mm-dən aşağı olmayan mövqeləşmə dəqiqliyi olan digər cilalama dəzgahları

Bütün oxlarının üzərində 0,01 mm-dən aşağı mövqeləşmə dəqiqliyi olan digər cilalama dəzgahları

Rəqəmli proqram idarəetmə ilə itiləyici dəzgahlar (kəsici alətlər üçün)

Rəqəmli proqram idarəetməsiz itiləyici dəzgahlar (kəsici alətlər üçün)

Rəqəmli proqram idarəetmə ilə honlama və ya tamamlayıcı dəzgahlar

Rəqəmli proqram idarəetməsiz honlama və ya tamamlayıcı dəzgahlar

Mikrometrik tənzimləmə qurğuları ilə təchiz olunmuş, istənilən oxunun üzərində 0,01 mm-dən aşağı olmayan mövqeləşmə dəqiqliyi olan dəzgahlar

Diskli mişarlılardan fərqli mişarlama dəzgahları

Uzununa yonma və materialı kənarlaşdırılmaqla metalların və metal-keramikanın emalı üçün başqa digər dəzgahlar

Qapalı ştamplama maşınları

Qapalı olmayan ştamplama maşınları

Profillər üçün forma verən maşınlar

Rəqəmli proqram idarəetməsi olan əymə, kənarəymə, düzləşdirmə maşınları

Yastı məmulatlar üçün əymə, kənarəymə, düzləşdirmə üçün digər maşınlar

Uzununa kəsmə xətti və eninə kəsmə xətti

Rəqəmli proqram idarəetməsi olan çərtmə maşınları

Rəqəmli proqram idarəetməsi olmayan çərtmə maşınları

Rəqəmli proqram idarəetməsi ilə olan, yastı məmulatlar üçün deşmə, doğrama və ya oyma maşınları (preslərdən başqa), o cümlədən kombinasiya edilmiş deşmə və çərtmə maşınları

Rəqəmli proqram idarəetməsi ilə olmayan, yastı məmulatlar üçün deşmə, doğrama və ya oyma maşınları (preslərdən başqa), o cümlədən kombinasiya edilmiş deşmə və çərtmə maşınları

Boru, borucuq, içiboş profillərin və çubuqların emalı üçün rəqəmli proqram idarəetməsi ilə maşınlar

Boru, borucuq, içiboş profillərin və çubuqların emalı üçün rəqəmli proqram idarəetməsiz maşınlar

Metalların soyuq emalı üçün rəqəmli proqram idarəetməsiz hidravlik preslər

Rəqəmli proqram idarəetməsi ilə mexaniki preslər

Rəqəmli proqram idarəetməsiz mexaniki preslər

Rəqəmli proqram idarəetməsi ilə servopreslər

Məftilsiz çubuq, boru, profil, məftil və ya analoji məmulatları çəkmə dəzgahları

Optik şüşənin emalı üçün cilalama və pardaqlama dəzgahları

Digər şüşə emalı üçün cilalama və pardaqlama dəzgahları

Betonqarışdırıcılar və ya məhlulqarışdırıcılar, mineral maddələrin bitumla qarışdırılması üçün maşınlar istisna olmaqla, qarışdırma və ya yoğurma üçün digər maşınlar

Tibb sənayesi üçün istifadə olunmayan, keramik tərkiblərin aqlomerasiyası, qəliblənməsi və ya tökülməsi üçün avadanlıq

Penoplast məmulatların istehsalı üçün digər maşınlar

Tütünün hazırlanması üçün avadanlıq

Heyvan mənşəli piylərin və yağların, bitki və ya mikrobioloji mənşəli sabit piylərin və ya yağların ekstraksiyası və ya hazırlanması üçün avadanlıq

Ağac və ya mantar emalı üçün digər maşınlar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver