Qanunvericilik › “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.09.2023) › Tam mətn

“İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.09.2023)

“İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.09.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahının 71-ci hissəsi bu Qərar tətbiq edildiyi tarixədək ölkəyə gətirilən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi proseduru altında yerləşdirilən əsas vəsaitlərə münasibətdə də tətbiq olunur.

3. Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 sentyabr 2023-cü il

Səmərəliliyi 60 m3/saatdan çox olmayan, artıq işçi təzyiqi 15 bardan çox olmayan, çarx qolu irəli-geri prinsiplə işləyən həcmli kompressorlar

Pəncərə, divar, tavan və ya döşəməüstü tipli, rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla, mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün vahid korpusda qurğular

Pirit və ya metal filizlərin yandırılması, əridilməsi və ya digər termoemalı üçün sobalar və kürələr

Tekstil sənayesində istifadə olunan kalandrlar və ya digər vallı maşınlar

Havanın filtrlənməsi və ya təmizlənməsi üçün avadanlıqlar

Qaldırma hündürlüyü 1 m və ya daha çox olan elektrik mühərrikli özügedən yükləyicilər

Kağız kütləsindən, kağızdan və ya kartondan məmulatların istehsalı üçün uzununa kəsilməsi və rulonların sarınması üçün kombinasiya edilmiş dəzgahlar

Hesablayıcı maşınına və ya şəbəkəyə qoşulma imkanı olan printerlər

Kimyəvi tekstil materiallarının ekstruziyası üçün maşınlar

Tekstil liflərin hazırlanması üçün darayıcı maşınlar

Tekstil liflərin hazırlanması üçün daraqlı maşınlar

Tekstil liflərin hazırlanması üçün lent və ya iplik maşınları

Tekstil ipliklərin hazırlanması üçün əyirici tekstil maşınları

Tekstil ipliklərin hazırlanması üçün eşmə və ya burma tekstil maşınları

Sarıyıcı tekstil maşınları (arğac ipliyi sarıyan daxil olmaqla) və ya barama sarıyan maşınlar

Eni 30 sm-dən çox olmayan parçaların hazırlanması üçün toxuculuq dəzgahları

Eni 30 sm-dən çox olan parçaların hazırlanması üçün məkikli, mühərrikli toxuculuq dəzgahları

Eni 30 sm-dən çox olan parçaların hazırlanması üçün məkiksiz toxuculuq dəzgahları

Baftalı sapın, tülün, krujevaların hazırlanması, naxıştikmə, tesmanın və ya torların hörülmələri üçün diametri 165 mm-dən çox olmayan silindrli, dairəvi trikotaj toxuyucu maşınlar

Baftalı sapın, tülün, krujevaların hazırlanması, naxıştikmə, tesmanın və ya torların hörülmələri üçün diametri 165 mm-dən çox olan silindrli dairəvi trikotaj toxuyucu maşınlar

Baftalı sapın, tülün, krujevaların hazırlanması, naxıştikmə, tesmanın və ya torların hörülmələri üçün ərişhörmə maşınları (“Raşel” tipli maşınlar daxil olmaqla) və toxuyucu iki üzdən tikmə maşınları

Fetr şlyapaların istehsalı üçün avadanlıq daxil olmaqla parçalar və ya biçmələr şəklində keçə və ya fetr və ya toxunmamış materialların istehsalı və ya işlənməsi üçün avadanlıq; şlyapa hazırlanması üçün qəliblər

Tekstil parçalarının sarınması, açılması, qatlanması, kəsilməsi və ya deşilməsi üçün maşınlar

Tekstil materiallara bəzəkvurma maşınları

Tikiş maşınlarından başqa, gönlərin və ya dərilərin hazırlanması, aşılanması və ya emalı üçün avadanlıq

Tikiş maşınlarından başqa, ayaqqabıların hazırlanması və ya təmiri üçün avadanlıqlar

Metallurgiyada və ya tökmə istehsalatında istifadə olunan təzyiq altında tökmə üçün maşınlar

Lazer şüalanması proseslərin istifadəsi ilə işləyən, materialın kənarlaşdırılması yolu ilə istənilən materialların emalı üçün dəzgahlar

Plazma-qövs proseslərin istifadəsi ilə işləyən, materialın kənarlaşdırılması yolu ilə istənilən materialların emalı üçün dəzgahlar

Metalın emalı üçün üfüqi emal mərkəzləri

Rəqəmli proqram idarəetmə ilə üfüqi çoxməqsədli metalkəsən torna dəzgahları

İstənilən oxunun üzərində 0,01 mm-dən aşağı olmayan mövqeləşmə dəqiqliyi olan, rəqəmli proqram idarəetmə ilə metalların və ya metal-keramika məmulatlarının cilalanması üçün dəzgahlar

Materialı kənarlaşdırılmaqla metalların və metal-keramikanın emalı üçün eninə yonma və ya dəlmə dəzgahları

Materialı kənarlaşdırılmaqla metalların və metal-keramikanın emalı üçün kəsmə dəzgahları

Metalların soyuq emalı üçün rəqəmli proqram idarəetməsi ilə hidravlik preslər

Materialı kənarlaşdırmamaqla metal və ya metal-keramikanın emalı üçün məftil çəkmə dəzgahları

Materialı kənarlaşdırmamaqla metal və ya metal-keramikanın emalı üçün məftildən məmulatlar hazırlanması üçün maşınlar

Mexaniki işlənmə üzrə əməliyyatlar arasında alətləri dəyişməməklə, emal olunan məmulatın yerini əməliyyatlararası əl ilə dəyişməklə müxtəlif əməliyyatları yerinə yetirə bilən ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün dəzgahlar

Mexaniki işlənmə üzrə əməliyyatlar arasında alətləri dəyişməməklə, emal olunan məmulatın yerini əməliyyatlararası avtomatik dəyişməklə müxtəlif əməliyyatları yerinə yetirə bilən ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün dəzgahlar

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün emal mərkəzləri

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün mexaniki lentli mişarlar

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün mexaniki diskli mişarlar

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün rəndələmə, frezləmə və ya fiqurlu rəndələmə dəzgahları

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün cilalalama, qumla cilalalama və ya pardaqlama dəzgahları

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün əymə və ya yığma maşınları

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün burğulama və ya dəlmə dəzgahları

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün doğrama, xırdalama və ya soyma dəzgahları

Pasportlar, şəxsiyyət vəsiqələri və əl-barmaq izlərinin fərdiləşdirilməsi üçün oxuyucu skanerlər

Bərk (o cümlədən toz və ya pasta şəklində) halda olan torpağın, daşın, filizin və ya digər mineral qazıntıların çeşidlənməsi, qəlbirləməsi, ayrılması və ya yuyulması üçün maşınlar

Bərk (o cümlədən toz və ya pasta şəklində) halda olan torpağın, daşın, filizin və ya digər mineral qazıntıların xırdalaması və ya üyüdülməsi üçün maşınlar

Betonqarışdırıcılar və ya məhlulqarışdırıcılar

Mineral maddələrin bitumla qarışdırılması üçün maşınlar

Rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün injektorlu tökmə maşınları

Rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün ekstruderlər

Rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün üfürmə ilə tökmə maşınları

Rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün vakuum tökmə və termik qəlibləyici maşınlar

Rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün tökmə və ya qəlibləmə üçün preslər

Penoplast məmulatların istehsalı üçün, reaksiyaya girə bilən qatranların emalı üçün maşınlar

Rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün xırdalama üçün avadanlıqlar

Rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün qarışdırıcı cihazlar, yoğurucu maşınlar və qarışdırıcılar

Rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün doğramaq, sındırmaq və ya soymaq üçün maşınlar

Ağacyonqarlı və ya ağaclifli və başqa lifli materiallardan plitələrin hazırlanması üçün preslər

Trosların və ya kəndirlərin hazırlanması üçün maşınlar

Elektrik məftillərin makaralara sarınması üçün maşınlar da daxil olmaqla metalların emalı üçün maşınlar və mexaniki qurğular

Qarışdırma, yoğurma, xırdalama, üyütmə, qəlbirləmə, ələmə, homogenləşdirmə, emulqasiya və ya qarışdıraraq əritmə üçün maşınlar və mexaniki qurğular

Mineral materialların tökülməsi üçün formalar

Rezinin və ya plastmasın üfürülmə və ya təzyiq altında tökülməsi üçün formalar

Plastmas və ya rezinin additiv texnologiya (3D çap) ilə çəkilməsi (işlənməsi) üçün maşınlar

Gips, sement, keramika və ya şüşənin çəkilməsi (işlənməsi) üçün additiv texnologiya (3D çap) üçün maşınlar

Nominal çıxış gücü 75 kVA-dan çox, lakin 375 kVA-dan çox olmayan, sıxılmadan alışan, porşenli, daxiliyanma mühərrikli elektrik generator qurğuları (dizel və ya yarımdizel)

Modul tipli elektrik stansiyaları üçün nominal çıxış gücü 750 kVA-dan çox olan qığılcımlı alışma ilə porşenli daxiliyanma mühərrikli elektrik generator qurğuları

İnduksiya hadisəsi əsasında işləyən sənaye və ya laboratoriya elektrik sobaları və kameraları

Boşalma (elektron) fotoişartılar

Fotokameralar üçün hissələr və ləvazimatlar

Səsyazma və ya səsləndirmə qurğuları olan və ya olmayan kinokameralar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver