“Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 15 iyul 2019-cu il
1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir:
Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə
Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə
2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.
1. 30 dekabr 2019-cu il tarixli 526 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2106)
2. 21 sentyabr 2020-ci il tarixli 347 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1220)
3. 19 mart 2021-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 aprel 2021-ci il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 292)
4. 24 aprel 2024-cü il tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 aprel 2024-cü il, “Xalq” qəzeti, 28 aprel 2024-cü il, № 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 481)