Qanunvericilik › İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. İnformasiyanın əldə olunmasına görə ödəniş

İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

26.1. Sorğuçu informasiya ilə tanış olduqda, əllə üzünü köçürdükdə və ya öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək göstərilməyən digər hallarda informasiyanın əldə olunmasına görə haqq ödəmir.

26.2. İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur.

26.3. İnformasiya xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın.

26.4. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) ilə razılaşdırmaqla:

26.4.1. haqq ödənilməklə göstərilən informasiya xidmətlərinin siyahısını;

26.4.2. informasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş qaydalarını;

26.4.3. informasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə hallarını;

26.4.4. ödəniş zamanı edilə biləcək güzəştin şərtlərini;

26.4.5. bu Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə şərtlərini və qaydalarını müəyyənləşdirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver