Qanunvericilik › “İnformasiya sistemlərinin “www.azexport.az” internet portalına inteqrasiyası üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.01.2018) › Tam mətn

“İnformasiya sistemlərinin “www.azexport.az” internet portalına inteqrasiyası üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.01.2018)

“İnformasiya sistemlərinin “www.azexport.az” internet portalına inteqrasiyası üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 19.01.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnformasiya sistemlərinin “www.azexport.az” internet portalına inteqrasiyası üçün Texniki Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. “www.azexport.az” internet portalının iştirakçıları portala qoşulmalı olan informasiya sistemlərinin bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Texniki Tələblərə uyğunluğunu təmin etsinlər.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 19 yanvar 2018-ci il

1.1. Bu Texniki Tələblər “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatlarının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Texniki Tələblər informasiya sistemlərinin “www.azexport.az” internet portalına (bundan sonra - Portal) qoşulması üçün texniki tələbləri müəyyən edir.

2.1. Portala inteqrasiya fiziki “VPN” (Virtual Private Network) yaradılmadan internet şəbəkəsi üzərindən həyata keçirilir.

2.2. Portala inteqrasiya aşağıda göstərilən komponentlərdən təşkil olunur:

2.2.1. mərkəzi server;

2.2.2. təhlükəsizlik serveri;

2.2.3. uyğunlaşdırma (adaptasiya) serveri;

2.2.4. istifadəçi interfeysi;

2.2.5. lokal monitorinq stansiyası.

2.3. Mərkəzi server Portal tərəfdə fəaliyyət göstərir və aşağıdakıları təmin edir:

2.3.1. informasiya sistemlərinin qeydiyyatının aparılmasını;

2.3.2. təhlükəsizlik serverlərinin əlavə edilməsini və çıxarılmasını;

2.3.3. təhlükəsizlik siyasətinin həyat keçirilməsini;

2.3.4. ötürülən məlumatların arxivləşdirilməsini;

2.3.5. sorğu verən tərəfin xidmətdən istifadə etmə hüququnun yoxlanılması və icazəsiz girişin bloklanmasını;

2.3.6. təhlükəsizlik serverləri ilə aparılan mübadilə məlumatlarının şifrlənmə vasitəsilə məxfiləşdirilməsini.

2.4. Təhlükəsizlik serveri informasiya sistemləri ilə Portal arasında aparılan məlumat mübadiləsində vasitəçiliyi həyata keçirməklə aşağıdakıları təmin etməlidir:

2.4.1. məlumat mübadiləsinin təhlükəsiz kanal vasitəsilə ötürülməsini;

2.4.2. göndərilən məlumatların imzalanmasını və alınan məlumatların imzalarının yoxlanılmasını;

2.4.3. məlumatların şifrlənib imzalanması üçün Portal iştirakçılarına verilmiş sertifikatlardan istifadəni;

2.4.4. həyata keçirilən əməliyyatların qeydiyyat jurnallarının (loq faylların) aparılmasını.

2.5. Uyğunlaşdırma (adaptasiya) serveri sorğuların verilməsini və onlara təqdim edilən cavabların Portalın tələblərinə uyğun formaya çevrilməsini təmin etməlidir.

2.6. İstifadəçi interfeysi sistem istifadəçilərinin hüquqlarının idarə edilməsini təmin etməli və yalnız icazəsi olanlara həmin xidmətlərdən istifadə etmə imkanını yaratmalıdır.

2.7. Lokal monitorinq stansiyası Portal iştirakçılarının təhlükəsizlik serverinin vəziyyətinin izlənilməsini və informasiya sisteminin istifadə edilməsi haqqında statistik məlumatların toplanılmasını həyata keçirməlidir.

2.8. Təhlükəsizlik serveri vasitəsilə ötürülən məlumatlara lokal monitorinq stansiyasının giriş hüququ olmamalıdır.

2.9. Portala inteqrasiya edilən informasiya sisteminin internetə çıxışı təmin edilməlidir.

2.10. Portala inteqrasiya edilən informasiya sisteminin təhlükəsizliyi təmin edilməlidir.

2.11. Portala inteqrasiya edilən informasiya sisteminin server inzibatçısı təyin edilməlidir.

2.12. İnformasiya sistemlərinin Portala inteqrasiyası 2 müxtəlif üsulla həyata keçirilir:

2.12.1 bu Texniki Tələblərin 2.2.2-ci yarımbəndində göstərilmiş təhlükəsizlik serveri informasiya sisteminin komponenti olduğu halda:

2.12.1.1. Texniki Tələblərin 2.2.2-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərində qeyd olunan komponentlər Portal iştirakçılarının daxili şəbəkəsində quraşdırılmalı və onların təhlükəsizliyi şəbəkə- daxili sistemlərdə olan təhlükəsizlik səviyyəsindən aşağı olmamalıdır;

2.12.1.2. təhlükəsizlik serveri quraşdırılmalı və mərkəzi serverdə qeydiyyatdan keçirilməlidir;

2.12.1.3. təhlükəsizlik serverinin əməliyyat sistemi və onun proqram təminatı quraşdırılmalıdır;

2.12.1.4. şəbəkə interfeyslərinin konfiqurasiyaları müəyyənləşdirilməlidir;

2.12.1.5. təhlükəsizlik serverinin şifrləmə açarları generasiya edilməlidir;

2.12.1.6. şifrləmə açarının sertifikatına dair sorğu təşkil edilməlidir;

2.12.1.7. təhlükəsizlik serveri proqram və aparat səviyyəsində aşağıdakı minimal tələblərə cavab verməlidir:

2.12.1.7.1. “Intel”, “AMD” və ya digər “64-bit”, “iki nüvəli” mərkəzi prosessor (CPU);

2.12.1.7.2. “AES” təlimat dəstəyi;

2.12.1.7.3. operativ yaddaş - 2 GB;

2.12.1.7.4. fiziki yaddaş (sərt disk) - 10 GB;

2.12.1.7.5. şəbəkə interfeys kartı - 100 Mbit/s.

2.12.1.8. Statik “IP” ünvanlar konfiqurasiya olunmalıdır.

2.12.2. Bu Texniki Tələblərin 2.2.2-ci yarımbəndində göstərilmiş təhlükəsizlik serveri informasiya sisteminin komponenti olmadığı halda:

2.12.2.1. bu halda Texniki Tələblərin 2.2.2-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərində qeyd olunan komponentlər Portal iştirakçılarının daxili şəbəkəsində quraşdırılmır. Portal iştirakçısına mərkəzi təhlükəsizlik serverinə qoşulma imkanı yaradılır. Belə olduğu halda, informasiya mübadiləsinin aparılması bu Texniki Tələblərə uyğun həyata keçirilir.

2.13. Portala qoşulan informasiya sistemlərində informasiyanın mühafizəsi aşağıdakı əsas səviyyələr üzrə təmin olunmalıdır:

2.13.2. qurumun alt strukturları;

2.14. Portala qoşulan informasiya sistemlərinin təhlükəsizlik sistemi aşağıdakı səviyyələrdə təmin olunmalıdır:

2.14.1. informasiyanın fiziki qorunması;

2.14.2. əlyetərlilik nəzarəti və fərdi identifikasiya;

2.14.3. məlumatların şifrlənməsi üçün açarlardan istifadə;

2.14.4. “Əks-sorğu” müdafiəsi.

2.15. Portala qoşulan informasiya sistemlərində identifikasiya və autentifikasiya aşağıdakılardan biri ilə həyata keçirilməlidir:

2.15.1. Portalın operatoru tərəfindən verilmiş identifikasiya vasitəsi;

2.15.2. gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmza) sertifikatı.

2.16. Sistemdən istifadə prosesində informasiya təhlükəsizliyi ilə bağlı baş verən problemlər haqqında məlumatlar Portalın operatoru tərəfindən qeydə alınmalı, saxlanılmalı, həmçinin səbəbləri araşdırılaraq müvafiq tədbirlər görülməlidir.

3.1. İnformasiya sistemləri veb-servislər vasitəsilə sorğularla (sorğu və sorğuya cavab üçün nümunələr 1 nömrəli əlavədə verilmişdir) işləmə imkanına malik olmalıdır.

3.2. Sorğunun Portal vasitəsilə cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmadan 5 (beş) saniyədən artıq olmamalıdır.

3.3. Təhlükəsizlik serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir.

3.4. Məlumatların ötürülməsində 2.12.1.7.5-ci yarımbəndin tələblərinə uyğun şəbəkə avadanlığından istifadə edilməlidir.

3.5. Sorğuların ötürülə və cavablandırıla bilinməsi üçün sorğu verən tərəfin təhlükəsizlik serveri Portalın təhlükəsizlik serverinin giriş siyahısında yer almalıdır.

3.6. Uyğunlaşdırma (adaptasiya) serverində xidmətlərin (veb-servislərin) qeydiyyata alınması üçün təhlükəsizlik serverinin istifadəçi interfeysi vasitəsilə həmin xidmətlərin “WSDL”-i (Web Services Description Language) əlavə edilməlidir.

3.7. Portala inteqrasiya üçün servislərin çağırılma ardıcıllığı aşağıdakı kimidir:

Portaldan məlumat (ərizə, ödəniş məbləği və s.) almaq

getDocInfoAdapter Service

Portal à Portal iştirakçısı

Portala məlumat (ərizənin icra statusu, məhsulun qiyməti və s.) ötürmək

sendDocInfoAdapter Service

Portal iştirakçısı à Portal

3.7.1. sorğu verən tərəf Portalın “getDocInfoAdapterService” servisini çağırır;

3.7.2. “getDocInfoAdapterService” servisi ilə alınmış sənəd (sertifikat ərizəsi, təşviq məbləğinin alınması ərizəsi və s.) sorğu verən tərəfin sənəd dövriyyəsi sisteminə ötürülür və müvafiq qaydada nömrələnir;

3.7.3. nömrələnmiş sənəd və ilkin statusu, həmçinin sənədin hər yeni statusu “sendDocInfoAdapterService” servisi vasitəsilə Portala ötürülür;

3.7.4. sənədin son statusu (icra və ya imtina) və cavab sənədi (icra haqqında sertifikatı və ya imtina haqqında məktub) sorğu verən tərəfin elektron imza sertifikatı ilə imzalanaraq “sendDocInfoAdapterService” servisi (“Type” və veb-servislər 2 nömrəli əlavədə verilmişdir) vasitəsilə Portala ötürülür.

<soapenv:Envelopexmlns:soapenv="http://schemas.xmlsoap.org/soap/envelope/" xmlns:xro="http://x-road.eu/xsd/xnet.xsd"xmlns:iden="http://x-road.eu/xsd/identifiers"

xmlns:xro1="http://namespace.az/xnet">

<xro:protocolVersion>4.0</xro:protocolVersion>

<xro:issue></xro:issue>

<xro:id>123456</xro:id>

<xro:userId>AZ</xro:userId>

<xro:service iden:objectType="SERVICE">

<iden:xnetInstance>roksnet</iden:xnetInstance>

<iden:memberClass>GOV</iden:memberClass>

<iden:memberCode>12345678</iden:memberCode>

<iden:subsystemCode>subsystemName</iden:subsystemCode>

<iden:serviceCode>methodName</iden:serviceCode>

<iden:serviceVersion>v1</iden:serviceVersion>

<xro:client iden:objectType="SUBSYSTEM">

<iden:xnetInstance>roksnet</iden:xnetInstance>

<iden:memberClass>COM</iden:memberClass>

<iden:memberCode>23456789</iden:memberCode>

<iden:subsystemCode>subsystemName</iden:subsystemCode>

<SOAP-ENV:Envelopexmlns:SOAP-ENV="http://schemas. xmlsoap.org/soap/envelope/"xmlns:id="http://x-road.eu/xsd/identifiers" xmlns:xrd="http://x-road.eu/xsd/xnet.xsd">

<xrd:client id:objectType="SUBSYSTEM">

<id:xnetInstance>roksnet</id:xnetInstance>

<id:memberClass>COM</id:memberClass>

<id:memberCode>23456789</id:memberCode>

<id:subsystemCode>subsystemName</id:subsystemCode>

<xrd:service id:objectType="SERVICE">

<id:xnetInstance>roksnet</id:xnetInstance>

<id:memberClass>GOV</id:memberClass>

<id:memberCode>12345678</id:memberCode>

<id:subsystemCode>subsystemName</id:subsystemCode>

<id:serviceCode>methodName</id:serviceCode>

<id:serviceVersion>v1</id:serviceVersion>

<xrd:userId>AZ</xrd:userId>

<xrd:id>123456</xrd:id>

<xrd:protocolVersion>4.0</xrd:protocolVersion>

algorithmId="http://www.w3.org/2001/04/xmlenc#sha512">WPOByJC9THpMEM0xh4UamdyhlS74XO2KBEZ01MWWKeUQ4Lw

92fIpjyuHlOzeqLWc6jO7qumhK8wa2jOSeRPEvg==</xrd:requestHash>

<a:methodName xmlns:a="http://cybernet.az/xnet">

sənəd sahibinin FİN-i

sənədin FTP-dəki yerləri

sənədin workflow-ları

2017/07/14/5968a70c5d305.xhtml

skan edilmiş sənədin növü

istifadəçinin atasının adı

Servisi təqdim edən tərəf: Portal

Servisin adı: “getDocInfoAdapterService”

Sistemdə iştirak edən tərəflər sənədləri (ərizələri) bu servis vasitəsilə qəbul edirlər. Bu servisdə sənədin siyahısı qaytarılır. Hər bir sənədin bir neçə qoşma faylı ola bilər. Hər bir ərizə faylının kontentini əldə etmək üçün “getFtpFileAdapterService” servisindən istifadə olunur.

sorğunun unikal nömrəsi

sistemdə iştirak edən tərəfin identifikatoru

sistemdə iştirak edən tərəfə verilmiş şifr

susmaya gorə boş olur

sistemdə iştirak edən tərəfə verilmiş şifr

susmaya gorə boş olur

quruma aid olan sənədlər

unikal transaksiya nömrəsi

Servisi təqdim edən tərəf: Portal

Service name: “sendDocInfoAdapterService”

Sistemdə iştirak edən tərəflər qəbul etdikləri sənədlərin icra statuslarını və cavab sənədlərini bu servis vasitəsilə göndərirlər. Servisdən istifadə etmək üçün ilk növbədə aşağıdakı “xml” strukturunun xanalarının doldurulması lazımdır. Sonra doldurulmuş “xml” strukturunun “Base64” kontenti servisin “mapFile” girişinə mənimsədilir.

<?xml version="1.0" encoding="UTF-8"?> -<toSign> <groupId/> <docIdExp>/html/body/span[position()=2]/text()</docIdExp> <docTypeExp>/html/body/span[position()=3]/text()</docTypeExp> <doc actionOwnerId="#actionOwnerId" isData="#isData" isAttachment="#isAttachment" appDocType="#appDocType" generateNumber="#generateNumber" isMain="#isMain" path="#path" docOid="#docOid" toBranchId="#toBranchId" toOrgId="#toOrgId" toUserId="#toUserId"/> </toSign>

Yuxarıdakı “xml” strukturunun açıqlaması:

sənədi icra edən istifadəçinin FİN-i

faylın parse olunması (faylın genişlənməsi XHTML olduqda 1, əks halda 0 alınır)

icra statusu olduqda 1, sənəd olduqda 0

sənəd və ya workflow-nun portalın ftp-dəki direktoriyası. Bu direktoriyanı almaq üçün “saveFileAdapterService”dən istifadə olunur

2017/07/14/5968a70c5d305.xhtml

sənədin unikal nömrəsi

növbəti icraçı qurumun VÖEN-ni. VÖEN-ni almaq üçün workflow-nun unikal nömrəsinə görə “getOrgListByWfStateAdapterService”dən istifadə edəcək

növbəti icraçı qurumun istifadəçisi. Qurumun istifadəçisinin “toOrgId” atributu məlum olduqdan sonra qurumun “getUsersByOrgAdapter

Service”dən istifadə edərək təyin olunur

sorğunun unikal nömrəsi

sistemdə iştirak edən tərəfin identifikatoru

sistemdə iştirak edən tərəfə verilmiş şifr

susmaya gorə boş olur

sistemdə iştirak edən tərəfə verilmiş şifr

susmaya gorə boş olur

metadata faylının base64 kontenti

unikal transaksiya nömrəsi

Servisi təqdim edən tərəf: Portal

Servisin adı: “getFtpFileAdapterService”

Sistemdə iştirak edən tərəflər “ftp” direktoriyasına uyğun faylın “Base64” kontentini bu servis vasitəsilə alır. Onun üçün servisin “filePath” girişinə ərizə faylının direktoriyası mənimsədilir. Bu servis “getDocİnfoAdapterService” servisindən qayıdan qoşma faylların kontentini oxumaq üçün istifadə olunur.

sistemdə iştirak edən tərəfin identifikatoru

sistemdə iştirak edən tərəfə verilmiş şifr

sorğunun unikal nömrəsi

susmaya gorə boş olur

2017/07/14/5968a70c5d305.xhtml

Unikal transaksiya nömrəsi

Faylın base64 kontenti

Servisi təqdim edən tərəf: Portal

Servisin adı: “saveFileAdapterService”

Sistemdə iştirak edən tərəflər sənəd fayllarını portalın “ftp” serverinə bu servis vasitəsilə yazır və yazıldığı direktoriyanı alır. “sendDocİnfoAdapterService” servisi ilə sənəd və icra statuslarının göndərilməsində bu servisdən istifadə olunur.

sistemdə iştirak edən tərəfin identifikatoru

sistemdə iştirak edən tərəfə verilmiş şifr

sorğunun unikal nömrəsi

susmaya gorə boş olur

2017/07/14/5968a70c5d305.xhtml

faylın base64 kontenti

unikal transaksiya nömrəsi

2017/07/14/5968a70c5d305.xhtml

Servisi təqdim edən tərəf: Portal

Servisin adı: “getDocNoAdapterService”

Sistemdə iştirak edən tərəflər öz sənədlərini bu servis vasitəsilə əldə edirlər.

sistemdə iştirak edən tərəfin identifikatoru

sistemdə iştirak edən tərəfə verilmiş şifr

sorğunun unikal nömrəsi

susmaya gorə boş olur

unikal transaksiya nömrəsi

Servisi təqdim edən tərəf: Portal

Servisin adı: “getOrgListByWfStateAdapterService”

Sistemdə iştirak edən tərəflər iş axışının unikal nömrəsinə görə sənədin hansı qurum və ya qurumlara gedəcəyini bu servis vasitəsilə əldə edir. İş axışının məlumatları isə “getDocInfoAdapterService” servisi ilə əldə edilir. “sendDocİnfoAdapterService” servisi ilə sənəd və icra statuslarının göndərilməsində sənədin və ya icra statusunun hansı qurum və ya qurumlara gedəcəyini təyin etmək üçün bu servisdən istifadə olunur.

sistemdə iştirak edən tərəfin identifikatoru

sistemdə iştirak edən tərəfə verilmiş şifr

sorğunun unikal nömrəsi

susmaya gorə boş olur

unikal transaksiya nömrəsi

Servisi təqdim edən tərəf: Portal

Servisin adı: “getUsersByOrgAdapterService”

Sistemdə iştirak edən tərəflər qurumun VÖEN-nə görə, istifadəçilərin siyahısını bu servis vasitəsilə əldə edir. “sendDocİnfoAdapterService” servisi ilə sənəd və icra statuslarının göndərilməsində sənədin və ya icra statusunun qurumun hansı istifadəçi və istifadəçilərinə gedəcəyini təyin etmək üçün bu servisdən istifadə olunur.

sistemdə iştirak edən tərəfin identifikatoru

sistemdə iştirak edən tərəfə verilmiş şifr

sorğunun unikal nömrəsi

susmaya gorə boş olur

sorğunun unikal transaksiya nömrəsi

qurumun istifadəçiləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver