Qanunvericilik › İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. İnsan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq

İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində qeyrihökumət təşkilatları ilə əməkdaşlıq edirlər.

10.2. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.

10.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulan məqsədlər üçün zəruri ehtiyacları Milli Koordinatorla birlikdə müəyyən edərək qrantlar verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver