15.1. Qan, digər bioloji mayelər, orqan və toxumaların donorları İİV-ə tibbi müayinədən keçməlidirlər. İİV-ə mütləq tibbi müayinədən imtina edən şəxslər donor ola bilməzlər.
15.2. Şəxslər İİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən mütləq İİV-ə tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər. İşçi bu müayinədən imtina etdikdə, işəgötürən əmək qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görür.
15.3. Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə, habelə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər İİV-ə tibbi müayinədən keçməlidirlər.