Qanunvericilik › İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının profilaktikası

İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), hər bir qrupun spesifik tələbatları nəzərə alınmaqla, yüksək riskli əhali qrupları arasında İİV infeksiyası, o cümlədən QİÇS haqqında biliklər əldə etməyə yönəldilmiş profilaktik tədbirlər, təhlükəsiz və məsuliyyətli davranış aşılanmasına yönəldilmiş maarifləndirici və məlumatlandırıcı proqramlar həyata keçirir, onlara məlumatlandırma xarakterli materiallar təqdim edir.

21.2. İİV infeksiyasının, B və C hepatitlərinin yayılmasının, İİV-ə yoluxmuş şəxslərin inyeksion narkotik vasitələrindən istifadənin qarşısını almaq, onların sosial reabilitasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək və digər məqsədlərlə inyeksion narkotik istifadəçiləri arasında könüllülük əsasında əvəzedici müalicə proqramları tətbiq edilir. İnyeksion narkotik istifadəçilərinin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver