Qanunvericilik › İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Postkontakt profilaktika

İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. Peşə fəaliyyəti ilə əlaqədar qan, qan komponentləri və digər bioloji mayelərlə təmasda olan tibb işçiləri və peşə fəaliyyəti ilə əlaqədar İİV-ə yoluxma riski yüksək olan digər şəxslər təxirəsalınmadan və ödənişsiz postkontakt profilaktika tədbirləri ilə təmin olunurlar.

23.2. Zorlamaya və İİV-ə yoluxmaya təhlükə yaradan digər zorakılığa məruz qalmış şəxslərə təxirəsalınmadan və ödənişsiz postkontakt profilaktika tədbirləri və cinsi yolla keçən infeksiyaların müalicəsi üzrə xidmətlər və psixoloji yardım göstərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver