Qanunvericilik › İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Təhsil və sosial xidmət müəssisələrində diskriminasiya və stiqmatizasiyanın qadağan edilməsi

İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. İİV-ə yoluxması səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər hansı formada məhdudlaşdırılması, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina olunması və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyətlər qoyulması, eləcə də təhsil müəssisəsindən xaric edilməsi qadağandır.

9.2. Təhsil müəssisələrinin rəhbərliyi təhsilalanların və ya onların valideynlərinin, yaxud yaxın qohumlarının İİV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatları məxfi saxlamalıdır. Bununla bağlı sorğuların verilməsi və araşdırmaların aparılması qadağandır.

9.3. Stasionar müalicə müəssisələrində və ya ambulator qaydada ev şəraitində müalicə olunan İİV-lə yaşayan şəxslərin təhsil alması müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

9.4. İİV-lə yaşayan şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsinə yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver