11.1. Topologiyanın müəllifi, topologiyaya müstəsna hüquqların digər sahibi və ya onun nümayəndəsi topologiyanın qorunduğu müddətdə onu qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda könüllü olaraq dövlət qeydiyyatından keçirə bilər.
11.2. Müvafiq iddia sənədi əsasında aparılan ekspertizanın müsbət nəticəsinə əsasən topologiyanın qeydiyyatı haqqında şəhadətnamə verilir.
11.3. Qeydiyyatdan keçirilmiş topologiya Topologiyaların Dövlət Reyestrinə daxil edilir və qeydiyyat haqqında məlumatlar rəsmi dərc olunur.
11.4. Topologiyanın qeydiyyat qaydaları, şəhadətnamənin verilməsi, topologiyanın qeydiyyatı üçün iddia sənədinə əlavə olunan material və sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.5. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüququnun başqa fiziki və ya hüquqi şəxsə tam keçməsi haqqında müqavilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirilməlidir.
11.6. Topologiyaya əmlak hüququnun başqa fiziki və ya hüquqi şәxslәrә verilməsi barədə müqavilə tərəflərin razılığı əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirilə bilər.
11.7. Topologiyaya əmlak hüququnun verilməsi yaxud qanunvericilikdə müəyyən olunmuş qaydada vərəsəlik üzrə keçməsi haqqında müqavilələrin qeydiyyatı və bununla bağlı işlərin görülməsinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir.
11.8. Topologiyaların Dövlət Reyestrinə daxil edilmiş məlumatların doğruluğuna iddiaçı məsuliyyət daşıyır və bu məlumatlar, əks hal sübut olunmayıbsa, doğru sayılır.
11.9. Topologiyanın müəllifi yaxud onun qanuni varisi öz hüquqlarını bildirmək üçün qorunan topologiyada yaxud bu cür topologiyadan ibarət məlumatda "T" çap hərfini, topologiyadan istifadəyə müstəsna hüquqların qorunma müddətinin başlanğıc tarixini və hüquq sahibinin soyadını və (və ya) adını göstərə bilər.