13.1. Topologiyanın müəllifinin və ya digər hüquq sahibinin, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun topologiyaya hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququ vardır.
13.2. İstehsal və (və ya) yayılması, topologiyaya hüquqların pozulmasına səbəb olan İS və ya bu cür İS-dən ibarət olan məmulat pirat topologiya nüsxələri sayılır.
13.3. Topologiyanın müəllifi və ya başqa hüquq sahibi öz hüquqlarının müdafiəsi üçün müvafiq qaydada məhkəməyə müraciət edə bilər.
13.4. Məhkəmə topologiyaya hüquqlarla əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, hüquqların tanınmasını, hüquqlar pozulan ana qədər olan vəziyyətin bərpa edilməsini və hüquqları pozan yaxud pozmaq təhlükəsi yaradan hərəkətlərin kəsilməsini və zərərin ödənilməsindən başqa iddiaçının tələbi ilə aşağıdakıları da tətbiq edə bilər:
13.4.1. pozuntuya yol verən şəxsdən zərərin ödənilməsi üçün topologiyaya hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
13.4.2. zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə iki yüz iyirmi manatdan min beş min beş yüz manatadək kompensasiyanın ödənilməsi.
13.5. Məhkəmənin qərarı ilə zərərin ödənilməsi ilə yanaşı, topologiyaya hüquqları pozan şəxsdən iddiaçının xeyrinə tutulan məbləğin 10 faizi həcmində dövlət büdcəsinə cərimə tutulur və ya onun əvəzinə qanunvericilikdə nəzərdə tutulan digər ödənişlər götürülə bilər.
13.6. Məhkəmə, qeyri qanuni istehsal edilmiş İS mütəxəssislərinin və bu cür İS-lərdən ibarət olan məmulatların, həmçinin onların hazırlanması üçün istifadə olunmuş materialın məhv edilməsi və ya material və avadanlıqların dövlət mülkiyyətinə verilməsi yaxud vurulmuş ziyanın əvəzində iddiaçının xahişi ilə ona verilməsi haqqında qərar çıxara bilər.