Qanunvericilik › İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.2002) › Tam mətn

İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.2002)

İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.05.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə) Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.”İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 29 may 2002-ci il

1. İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq inteqrasiya təlimli təhsil müəssisələrində şagirdlərin icbari və peşə (ixtisas) təhsili ilə əlaqədar məsələləri tənzimləyir.

2. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstəricilərə (əks göstəricilərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisənin xüsusi siniflərində sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.

3. Azərbaycan Respublikasında inteqrasiyalı təlimin inkişafı dövlət tərəfindən təmin edilir.

4. İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir.

5. Təhsil müəssisəsinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidməti təşkil edir.

6. İnteqrasiya təlimli təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox ola bilməz.

8. İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, əqli və (və ya) psixi ləngimələrə görə təlim və ya peşə təhsili yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstərici yoxdursa, onların qəbuluna etiraz edə bilməz.

9. İnteqrasiya təlimli təhsil müəssisələrinin xüsusi təhsil üzrə tədris proqramlarını uğurla mənimsəyən şəxslər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə həmin müəssisənin ümumtəhsil sinfinə və ya digər ümumi təhsil müəssisələrinə köçürülə bilərlər.

10. Xüsusi siniflərdə şagirdlərin orta sıxlığı 8-10 nəfər miqdarında müəyyən edilir. 8 nəfərdən az şagirdi olan xüsusi siniflər komplektləşdirilir. Komplektləşdirilmiş siniflərdə şagirdlərin maksimum sayı 14 nəfər götürülür.

11. Loqopedik xidmət loqoped müəllim tərəfindən həyata keçirilir.

12. Sağlamlıq imkanları məhdud şəxslərin birtipli xüsusi təhsil müəssisələrindən başqa tipli xüsusi təhsil müəssisələrinə, inteqrasiya təlimli təhsil müəssisələrinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığına əsasən həyata keçirilir.

13. Sağlamlıq imkanları məhdud şəxslərin inteqrasiya təlimli təhsil müəssisələrinə qəbulu qanunvericiliklə müəyyən edilmiş qaydada psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

14. İnteqrasiya təlimli təhsil müəssisələrinin maddi-texniki bazasına binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibbi, korreksiya və reabilitasiya kabinetləri, idman qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Maddi-texniki baza müvafiq olaraq dövlət, bələdiyyələr və digər təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır.

15. Xüsusi siniflərdə dərslik, dərs vəsaitləri və elmi-metodik vəsaitlərin hazırlanması Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

16. Xüsusi təhsil almaq hüququ olan sağlamlıq imkanları məhdud şəxslər dərslik, dərs vəsaitləri, fərdi texniki vasitələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, bələdiyyələr və digər təsisçi (təsisçilər) tərəfindən təmin olunurlar.

17. Xüsusi siniflərdə pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır.

18. Xüsusi təhsil üçün kadrların hazırlanması orta və ali peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidən hazırlanması müəyyən edilmiş qaydalarla həyata keçirilir.

1. 14 iyun 2021-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyun 2021-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 677)

2. 19 aprel 2022-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 412)

3. 15 sentyabr 2022-ci il tarixli 351 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 16 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 17 sentyabr 2022-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1085)

4. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

5. 6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)

6. 20 noyabr 2024-cü il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 noyabr 2024-cü il, “Xalq” qəzeti, 22 noyabr 2024-cü il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 11, maddə 1256)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver