Qanunvericilik › “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.10.2023) › Tam mətn

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.10.2023)

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 30.10.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 677-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 21 mart tarixli 969 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1946 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 oktyabr 2023-cü il

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 33.8-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi ilə bağlı təşkilati və hüquqi əsasları müəyyən edir.

1.2. Bu Qayda Vergi Məcəlləsinin 19-cu maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentlərə şamil edilmir.

1.3. Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycan Respublikasında olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna (bundan sonra – vergi uçotu) alınmalıdır. Bu bənddə qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçirilir.

1.4. Bu Qaydanın məqsədləri üçün internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezident (bundan sonra – qeyri-rezident) dedikdə internet informasiya ehtiyatı vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, musiqinin, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən, Vergi Məcəlləsinin 13.2.6.6-cı maddəsində nəzərdə tutulan qeyri-rezident şəxs nəzərdə tutulur.

1.4-1. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.

1.5. Qeyri-rezident tərəfindən bu Qaydanın 1.4-cü bəndində qeyd olunan iş və xidmətlər üzrə aşağıdakı şərtlərdən hər hansı biri ödənildiyi halda vergi bəyannaməsi təqdim edilir:

1.5.1. işləri və xidmətləri qəbul edən (alan) vergi orqanlarında uçotda olmayan şəxs ödənişi Azərbaycan Respublikasında yerləşən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirdikdə;

1.5.2. işləri və xidmətləri qəbul edən (alan) vergi orqanlarında uçotda olmayan şəxs Azərbaycan Respublikasında yerləşdikdə;

1.5.3. işləri və xidmətləri almaq üçün həmin işləri və xidmətləri qəbul edən (alan) vergi orqanlarında uçotda olmayan şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycan Respublikasında yerləşdikdə;

1.5.4. işləri və xidmətləri almaq və ya ödənişi etmək üçün vergi orqanlarında uçotda olmayan şəxsin istifadə etdiyi mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aid olduqda.

1.6. Bu Qaydada istifadə olunan anlayışlar Vergi Məcəlləsi və digər normativ hüquqi aktlar ilə müəyyən edilən mənaları ifadə edir.

1.7. Bu Qaydaya uyğun olaraq uçota alınan qeyri-rezident şəxs tərəfindən vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən vergi agenti tərəfindən ödəmə mənbəyində vergiyə cəlb edilmir və bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada hesablanıb ödənilir.

1.7-1. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən Vergi Məcəlləsinin 169-cu maddəsi ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

1.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları arasında bu Qaydanın tələblərinin yerinə yetirilməsi, habelə həmin şəxslərin əvvəlcədən məlumatlandırılması məqsədilə bu Qaydaya uyğun olaraq vergi uçotuna alınmış, yenidən uçota alınmış və uçotdan çıxarılmış qeyri-rezidentlər barədə məlumatların mübadiləsi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində elektron qaydada həyata keçirilir.

2.1. Qeyri-rezident vergi uçotuna alınmaq üçün bu Qaydanın 2.7-ci və 2.8-ci bəndlərində qeyd olunan məlumatları və sənədləri Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış Elektron ticarət iştirakçılarının vergi inzibatçılığına dair platformasına (bundan sonra – platforma) daxil edir.

2.2. Qeyri-rezident tərəfindən daxil edilmiş məlumatların və sənədlərin vergi orqanlarında mövcud olan məlumat bazalarından istifadə etməklə 20 (iyirmi) iş günü müddətində bu Qaydaya uyğunluğu yoxlanılır. Məlumatlar və sənədlər bu Qaydanın 2.7-ci bəndinə uyğun olduqda və bu Qaydanın 2.6-ci bəndində qeyd olunan imtina halları aşkar edilmədikdə qeyri-rezident şəxs uçota alınır.

2.3. Dövlət Vergi Xidməti tərəfindən qeyri-rezident uçota alınarkən ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra – VÖEN) verilir. Verilən VÖEN qeyri-rezidentin elektron poçt ünvanına göndərilir və qeyri-rezident bu barədə platforma vasitəsilə məlumatlandırılır.

2.4. Platformaya daxil olmaq üçün qeyri-rezidentə avtomatik qaydada login və parol təqdim edilir.

2.5. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlərin düzgünlüyü mənbəyi bəlli olan məlumatlardan, beynəlxalq məlumat bazalarından və beynəlxalq müqavilələr çərçivəsində əldə edilən məlumatlardan istifadə etməklə Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır.

2.6. Qeyri-rezidentin uçota alınmasından aşağıdakı hallarda imtina edilir:

2.6.1. qanunla qadağan edilən fəaliyyəti həyata keçirdikdə;

2.6.2. təqdim edilən sənəd və məlumatlarda düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə;

2.6.3. bu Qaydanın 1.2-ci, 1.4-cü, 2.7-ci və 2.8-ci bəndləri ilə müəyyən edilən tələblərə cavab vermədikdə.

2.7. Qeyri-rezident vergi uçotuna alınarkən onun barəsində aşağıdakı məlumatlar platformaya daxil edilir:

2.7.2. rezidenti olduğu ölkənin adı;

2.7.3. hüquqi ünvanı və baş ofisin yerləşdiyi faktiki ünvanı, poçt indeksi;

2.7.4. internet səhifəsi (mövcud olduqda);

2.7.5. elektron poçt ünvanı;

2.7.6. qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədinin nömrəsi;

2.7.7. qeydiyyata alındığı dövlətdə vergi uçotu nömrəsi;

2.7.8. əsas fəaliyyət sahəsi (sahələri);

2.7.9. vergi ödənişinin aparılacağı valyuta; (manat, ABŞ dolları, avro və ya funt sterlinq);

2.7.10. Azərbaycan Respublikasının vergi orqanında uçotda olan şəxs kimi fəaliyyətə başlayacağı tarix;

2.7.11. vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə azı 2 (iki) məsul şəxsin məlumatları (soyadı, adı, atasının adı, vəzifəsi, elektron poçt ünvanı və əlaqə telefonu).

2.8. Aşağıdakı təsdiqedici sənədlərin elektron nüsxəsi platforma üzərindən əlavə edilir:

2.8.1. qeyri-rezidentin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) və ya vergi uçotu sənədi;

2.8.2. məsul şəxsin təyin edilməsini təsdiq edən sənəd (qərar, əmək müqaviləsi və s.).

2.9. Uçot məlumatlarında dəyişiklik qeyri-rezidentin müraciəti əsasında həyata keçirilir.

3.1. Qeyri-rezident aşağıdakı hallarda uçotdan çıxarılır:

3.1.1. qeyri-rezident vergi bəyannaməsini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim etməməsi barədə vergi orqanının xəbərdarlığından sonra 30 (otuz) iş günü müddətində təqdim etmədikdə;

3.1.2. qeyri-rezident vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim etməməsi barədə vergi orqanının xəbərdarlığından sonra 30 (otuz) iş günü müddətində yerinə yetirmədikdə;

3.1.3. vergi orqanına qeyri-rezidentin uçotdan çıxarılması ilə bağlı müraciəti daxil olduqda;

3.1.4. qeyri-rezidentin fəaliyyətinə xitam verildikdə;

3.1.5. bu Qaydaya uyğun olaraq vergi uçotuna alınması üçün müraciət zamanı qeyri-rezidentin təqdim etdiyi məlumatlarda və sənədlərdə sonradan düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.

3.2. Bu Qaydanın 3.1.4-cü yarımbəndi istisna olmaqla, digər hallarda uçotdan çıxarılan qeyri-rezident bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq təkrar müraciət etdikdə, yenidən uçota alınır (bu şərtlə ki, yenidən uçota alındıqdan sonra qeyri-rezident tərəfindən əvvəlki öhdəliklər yerinə yetirilsin).

3.3. Qeyri-rezident uçotdan çıxarıldıqdan sonra yaranan vergi öhdəliyi Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq yerinə yetirilir.

3-1.1. Qeyri-rezidentin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı vergi uçotuna alındığı tarixdən qüvvəyə minir.

3-1.2. Qeyri-rezident Azərbaycan Respublikasında vergi orqanında uçotda olan şəxs kimi fəaliyyətə başladığı tarixdən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş formada platforma üzərindən Vergi Məcəlləsinə uyğun olaraq ƏDV bəyannaməsini təqdim edir və vergini büdcəyə ödəyir.

3-1.3. Təqdim edilmiş bəyannamədə ziddiyyət və ya səhv aşkar edildikdə, Dövlət Vergi Xidməti qeyri-rezidentdən əlavə məlumat, sənəd və izahat tələb edir. Sənədlər, məlumatlar və izahatlar üzrlü səbəb olmadan təqdim edilmədikdə vergi orqanının Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən vergiləri hesablamaq hüququ vardır.

3-1.4. Qeyri-rezident vergini bu Qaydanın 2.7.9-cu yarımbəndinə uyğun olaraq seçdiyi valyutada ödəyir. Xarici valyuta ilə aparılan ödəniş onun həyata keçirildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

3-1.5. Azərbaycan Respublikasında vergilərin ödənilməsi ilə bağlı ödənişlərin köçürüləcəyi hesaba dair məlumatlar platformada əks etdirilir.

3-1.6. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə qeyri-rezidentdən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

4.1. Qeyri-rezidentin öhdəlikləri aşağıdakılardır:

4.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ƏDV bəyannaməsini təqdim etmək və vergiləri ödəmək;

4.1.2. bu Qaydanın 2.7-ci bəndində qeyd olunan məlumatlarda dəyişiklik baş verdikdə, bu cür dəyişiklik baş verdiyi gündən 20 (iyirmi) iş günü müddətində vergi orqanına müraciət etmək.

4.2. Qeyri-rezident bu Qaydaya uyğun olaraq təqdim etdiyi bütün sənədlərin və məlumatların, eləcə də təqdim edildikdən sonra dəyişdirilmiş (yenilənmiş) sənədlərin və məlumatların düzgünlüyünə cavabdehdir.

Vergi Məcəlləsinin 30.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, qeyri-rezidentlərdən əldə edilmiş məlumatlar kommersiya və (və ya) vergi sirri hesab edilir və həmin məlumatlardan yalnız vergitutma məqsədləri üçün istifadə edilə bilər.

6.1. Qeyri-rezidentlərdən vergi borclarının alınması ilə bağlı Azərbaycan Respublikası vergi qanunvericiliyinin müddəaları tətbiq edilir.

6.2. Qeyri-rezidentin rezident olduğu dövlətlə Azərbaycan Respublikası arasında vergi borclarının alınmasını tənzimləyən ikitərəfli beynəlxalq müqavilə və ya hər iki dövlətin qoşulduğu çoxtərəfli beynəlxalq müqavilə mövcud olduqda, həmin qeyri-rezidentlərdən vergi borclarının alınması müvafiq beynəlxalq müqavilələrin müddəalarına əsasən həyata keçirilir.

7.1. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları (və ya həmin ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi) tərəfindən leqallaşdırılmaqla təqdim edilir.

7.2. Bu Qaydanın 7.1-ci bəndindən asılı olmayaraq, qeyri-rezident şəxsin rezidenti olduğu ölkə “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına qoşulduğu və bu Konvensiya Azərbaycan Respublikası ilə həmin dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda sənədlərə həmin ölkənin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulur.

7.3. Bu Qaydanın 7.1-ci və 7.2-ci bəndlərindən asılı olmayaraq, qeyri-rezident şəxsin rezidenti olduğu ölkə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Kişinyov Konvensiyasına qoşulduğu və bu Konvensiya Azərbaycan Respublikası ilə həmin dövlət arasında tətbiq edildiyi halda həmin dövlətin səlahiyyətli orqanı, yaxud şəxsi tərəfindən öz səlahiyyəti çərçivəsində verilmiş və gerbli möhürlə təsdiqlənmiş sənədlər leqallaşdırılmadan və apostil verilmədən qəbul edilir.

7.4. Azərbaycan Respublikasının və qeyri-rezident şəxsin rezidenti olduğu ölkənin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdə bu Qaydanın 7.1-ci, 7.2-ci və 7.3-cü bəndlərində göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, sənədlərin rəsmiləşdirilməsi həmin beynəlxalq sazişlərə uyğun qaydada həyata keçirilir.

7.5. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan sənədlər Azərbaycan və ya ingilis dillərində təqdim olunur. Sənədlər və ya məlumatlar digər dildə olduğu halda onların Azərbaycan və ya ingilis dilinə təsdiq edilmiş tərcüməsi də təqdim edilməlidir.

1. 16 mart 2024-cü il tarixli 163 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti, 28 mart 2024-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 340)

2. 30 iyul 2024-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 avqust 2024-cü il, “Xalq” qəzeti, 4 avqust 2024-cü il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 930)

3. 14 sentyabr 2026-cı il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 24 sentyabr 2026-cı il, № 174)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver