Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. İnvestisiya fond payı

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Paylı investisiya fondunun formalaşdırılması müddəti ərzində payın yerləşdirilmə dəyəri fondun qaydaları ilə müəyyən edilir. Payın cari dəyəri bu Qanuna və Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara uyğun olaraq hesablanır. Payın nominal dəyəri yoxdur.

11.2. Açıq və interval paylı investisiya fondunun payları idarəçi tərəfindən qeyri-məhdud sayda buraxıla bilər. Qapalı paylı investisiya fondunun idarəçisi tərəfindən buraxılan payların sayı fondun idarə edilməsi qaydaları ilə müəyyən edilir.

11.3. Payların dəyəri Azərbaycan Respublikasının milli valyutasında ifadə olunmaqla, yalnız pulla ödənilir.

11.4. Hər bir investisiya fond payının mülkiyyətçisi eyni hüquqlara malikdir.

11.5. Paylı investisiya fondunun paylarının 50%-dən çoxu bir şəxsə məxsus ola bilməz.

11.6. Paylı investisiya fondunun formalaşdırılma müddəti bitdikdən sonra payların tədavülünə məhdudiyyət qoyulmur.

11.7. Paylar törəmə maliyyə alətlərinin baza aktivi qismində çıxış edə bilməz.

11.8. Paylı investisiya fondunun depozitarı, auditoru, qiymətləndiricisi və ya qiymətləndirici təşkilatı (olduqda), habelə onların törəmə hüquqi şəxsləri həmin fondun paylarının mülkiyyətçisi ola bilməz.

11.9. Pay mülkiyyətçiləri fondun idarə edilməsi ilə əlaqədar yaranmış öhdəliklər üzrə məsuliyyət daşımır və fondun aktivlərinin bazar qiymətinin dəyişməsi nəticəsində yarana biləcək zərərə görə yalnız onlara məxsus payların dəyərində risk daşıyırlar.

11.10 Pay mülkiyyətçilərinin öhdəlikləri üzrə yaranan tələblər (o cümlədən, onların müflis olduğu halda) fondun bütün əmlakına şamil edilmir və yalnız həmin şəxslərə məxsus paylara yönəldilə bilər.

11.11. İdarəçi idarəetməsində olan paylı investisiya fondunun payları istisna olmaqla, digər investisiya fondlarının paylarını sata və geri satın ala bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver