9-2.1. Azad hesabatlı vençur kapitalı fondu aşağıdakı meyarların hamısına cavab verdikdə azad hesabatlı vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər:
9-2.1.1. bu Qanunun 9-1.7-ci maddəsi nəzərə alınmaqla, idarə etdiyi aktivlərin həcmi 50 (əlli) milyon manat ekvivalentini keçmirsə;
9-2.1.2. investorlarının ümumi sayı əllidən çox deyilsə (fondun təşkilati-hüquqi forması üçün normativ hüquqi aktlarda daha az say müəyyən edildiyi hallar istisna olmaqla).
9-2.2. Azad hesabatlı vençur kapitalı fondunun fəaliyyəti lisenziyalaşdırılmır. Azad hesabatlı vençur kapitalı fondu fəaliyyətə başlamazdan əvvəl Mərkəzi Bank tərəfindən bu Qanunun 9-6-cı maddəsində müəyyən edilmiş qaydada reyestrdə qeydə alınmalıdır.
9-2.3. Azad hesabatlı vençur kapitalı fondu Mərkəzi Banka illik əsasda bu Qanunun 9-7-ci maddəsində müəyyən edilmiş məzmunda hesabat təqdim etməlidir.