Qanunvericilik › İnvestisiya qiymətli kağızların emitentlərinin illik hesabatlarının hazırlanması və açıqlanması Qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 29.12.2004) › Tam mətn

İnvestisiya qiymətli kağızların emitentlərinin illik hesabatlarının hazırlanması və açıqlanması Qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 29.12.2004)

İnvestisiya qiymətli kağızların emitentlərinin illik hesabatlarının hazırlanması və açıqlanması Qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 29.12.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Sədr __________________ H.Babayev

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar investisiya qiymətli kağızların emitentləri tərəfindən illik hesabatların (bundan sonra - illik hesabat) hazırlanması və açıqlanması qaydalarını müəyyən edir.

1.3. Bu Qaydalarının müddəaları dövlət qiymətli kağızların emitentlərinə və yeganə səhmdarı dövlət orqanı olan emitentlərə şamil edilmir.

2.1. İllik hesabat hər başa çatmış təqvim ilinin (bundan sonra - hesabat ili) nəticələri üzrə hazırlanır və emitentin ali idarəetmə orqanı tərəfindən təsdiq edilir.

2.2. İllik hesabatda aşağıdakı məlumatlar göstərilir:

2.3.1 emitentin firma adı və təşkilati-hüquqi forması;

2.3.2 emitentin hüquqi ünvanı və olduğu yer;

2.3.3 hesabat ili ərzində emitentin firma adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, emitent hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;

2.3.4 emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar;

2.3.5 emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı və bu payın əldə edildiyi tarix, yaxud cəmiyyətin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;

2.3.6 emitentin fiziki və hüquqi şəxs olan səhimdarlarının ayrı-ayrılıqda sayı;

2.3.7 emitentin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarlar (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;

2.3.8 nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);

2.3.9 emitentin sonuncu illik balansı və onun yoxlanılması haqqında müstəqil auditorun məlumatı (rəyi);

2.3.10 səhmdar cəmiyyəti olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda, reyestrsaxlayıcı haqqında məlumat və ya reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd;

2.3.11 Səhmdar cəmiyyəti olan emitentin səhmdarlarının hesabat ili ərzində keçirilmiş yığıncaqları haqqında məlumat:

2.3.11.1 yığıncağın keçirilmə tarixi və yeri (ünvan);

2.3.11.2 ümumi yığıncaqda qəbul edilmiş qərarlar barədə məlumat.

2.3.12. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı və əlavə buraxılışı üzrə ayrı-ayrılıqda göstərilir);

2.3.12.1 investisiya qiymətli kağızın növü və forması;

2.3.12.2 investisiya qiymətli kağızlar buraxılışının (əlavə buraxılışının) dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;

2.3.12.3 investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;

2.3.12.4 investisiya qiymətli kağızlar buraxılışının (əlavə buraxılışının) məcmu nominal dəyəri;

2.3.12.5 hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);

2.3.12.6 istiqrazların buraxılışı haqqında məlumatda - hesabat ili ərzində emitent tərəfindən istiqrazlar üzrə ödənilmiş faizlərin məbləği.

2.3.13. Səhmdar cəmiyyəti olan emitent tərəfindən hesabat ili ərzində həyata keçirilmiş səhmlərin emissiyaları haqqında məlumat (səhmlərin hər buraxılışı (əlavə buraxılışı) üzrə ayrı-ayrılıqda göstərilir):

2.3.13.1 səhmlərin növü və forması;

2.3.13.2 səhm buraxılışının (əlavə buraxılışının) dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;

2.3.13.3 səhmlərin miqdarı və nominal dəyəri;

2.3.13.4 səhmlərin məcmu nominal dəyəri;

2.3.13.5 yerləşdirilmiş səhmlərin miqdarı;

2.3.13.6 səhm buraxılışının vəziyyəti haqqında məlumat (səhmlərin yerləşdirilməsinin davam etdiyi və ya başa çatdığı, səhmlərin emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alındığı, səhmlərin emissiyasının baş tutmamış və ya etibarsız hesab edildiyi göstərilir);

2.3.13.7 səhmlərin yerləşdirildiyi fond birjasının adı və olduğu yer (olduqda).

2.3.14 Emitent tərəfindən hesabat ili ərzində həyata keçirilmiş istiqrazların emissiyaları haqqında məlumat (istiqrazların hər buraxılışı üzrə ayrı-ayrılıqda göstərilir):

2.3.14.1 istiqrazların növü və forması;

2.3.14.2 istiqrazların ödənilmə müddəti;

2.3.14.3 istiqrazların təminatı haqqında məlumat və ya belə təminatın olmadığı barədə qeyd;

2.3.14.4 istiqraz buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;

2.3.14.5 istiqrazların miqdarı və nominal dəyəri;

2.3.14.6 istiqrazların məcmu nominal dəyəri;

2.3.14.7 faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;

2.3.14.8 faizsiz istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə ortaçəkili gəlirliyin dərəcəsi;

2.3.14.9 yerləşdirilmiş istiqrazların miqdarı;

2.3.14.10 istiqraz buraxılışının vəziyyəti haqqında məlumat (istiqrazların yerləşdirilməsinin davam etdiyi və ya başa çatdığı, istiqrazların emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alındığı, istiqrazların emissiyasının baş tutmamış və ya etibarsız hesab edildiyi göstərilir).

2.3.14.11 istiqrazların yerləşdirildiyi fond birjasının adı və olduğu yer.

2.3.15 emitentin kreditor və debitor borclarının məbləği.

2.4 Emitent qanunvericiliyə zidd olmayan digər məlumatı illik hesabata daxil edə bilər.

2.5 İllik hesabatın səhifələri nömrələnməli, tikilməli, emitentin icra orqanının rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq edilməlidir. Hesabatı imzalayan şəxslər illik hesabata daxil olan məlumatların tamlığı və dürüstlüyü üçün mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

3.1. İllik hesabat emitentin ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on beş gündən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - QKDK) təqdim edilməlidir.

3.2. İllik hesabatda nöqsanların aşkar edildikdə, təqdim edildiyi tarixdən etibarən on beş gün müddətində QKDK həmin nöqsanların aradan qaldırılmasını və illik hesabatın açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edə bilər.

3.3. Bu Qaydaların 3.2-ci bəndi ilə müəyyən edilmiş müddət ərzində illik hesabatın açıqlanmasının dayandırılması QKDK tərəfindən tələb olunmadıqda, emitent illik hesabatda olan məlumatların 30 gün ərzində kütləvi informasiya vasitələrində açıqlanmasını təmin etməlidir.

Bu Qaydaların tələblərinə riayət etməyən emitentlər və onların vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.

1. 2 may 2008-ci il tarixli 051 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 04-05)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver