Qanunvericilik › “İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024) › Tam mətn

“İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024)

“İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü və 34.5-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 34.4-cü və 34.5-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır və investisiya şirkətləri tərəfindən, habelə investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra – banklar) tərəfindən göstərdiyi investisiya xidmətləri (əməliyyatları) barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank ) təqdim edilən hesabatlara dair tələbləri və Mərkəzi Banka təqdim edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydanın 7-ci hissəsi baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişikliklər ilə aparılan marja ticarətinə şamil olunmur.

2.1. İnvestisiya şirkətləri Mərkəzi Banka aşağıdakı hesabatları təqdim edir:

2.1.1. kapital tələblərinə dair hesabatlar;

2.1.2. müştəri aktivlərinə dair hesabat;

2.1.3. göstərilən investisiya xidmətlərinə (əməliyyatlara) dair hesabat;

2.1.4. öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə aşağıdakı hesabatlar:

2.1.4.1. müştəri sifarişləri haqqında hesabat (Əlavə 8);

2.1.4.2. investisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat (Əlavə 9);

2.1.4.3. törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında hesabat (Əlavə 10).

2.2. Kapital tələblərinə dair hesabatlara aşağıdakılar daxil edilir:

2.2.1. ticarət kitabına dair hesabat (Əlavə1);

2.2.2. kapital adekvatlığına dair hesabat (Əlavə 2);

2.2.3. kredit riskinə dair hesabat (Əlavə 3);

2.2.4. bazar riski: xarici valyuta riskinə dair hesabat (Əlavə 4);

2.2.5. əməliyyat riskinə dair hesabat (Əlavə 5);

2.2.6. konsentrasiya riskinə dair hesabat (Əlavə 6).

2.3. Banklar Mərkəzi Banka bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən hesabatları təqdim edir.

3.1. Bu Qaydanın 2.1-ci (2.1.4-cü yarımbənd istisna olmaqla) və 2.2-ci bəndlərində qeyd edilən hesabatlar aylıq əsasda növbəti ayın ilk 7 (yeddi) iş günü müddətində Mərkəzi Banka təqdim edilir.

3.2. Bu Qaydanın 2.1.4.1-ci yarımbəndində qeyd edilən hesabat qiymətli kağızların alqı-satqısı üzrə müştəri tərəfindən investisiya şirkətinə və ya banka verilən sifariş qəbul edildiyi gündən, 2.1.4.2-ci yarımbəndində qeyd edilən hesabat investisiya qiymətli kağızları ilə alqı-satqı əqdi bağlandığı gündən, 2.1.4.3-cü yarımbəndində qeyd edilən hesabat isə törəmə maliyyə alətləri ilə alqı-satqı əqdi bağlandığı gündən sonra 1 (bir) iş günü ərzində Mərkəzi Banka təqdim edilir.

3.3. İnvestisiya şirkəti mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqd bağladıqda bu Qaydanın 2.1.4.2-ci və 2.1.4.3-cü yarımbəndlərində göstərilən hesabatları Mərkəzi Banka təqdim edir.

3.4. Müştəri tərəfindən investisiya şirkətinə və ya banka verilən sifariş ləğv edildikdə, sifariş ləğv edildiyi gündən sonra 1 (bir) iş günü ərzində investisiya şirkəti və ya bank “Müştəri sifarişləri haqqında hesabat”ı bu Qaydanın 7.1.15-ci yarımbəndində göstərilən qeydin aparılması ilə Mərkəzi Banka təqdim edir.

3.5. İnvestisiya şirkətləri və banklar təqdim etdikləri hesabatda qeyri-dürüst məlumatların əks etdirildiyini aşkar etdikdə, 1 (bir) iş günü ərzində dəqiqləşdirilmiş hesabatı Mərkəzi Banka təqdim edirlər.

3.6. Bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilən hesabatlar investisiya şirkəti və ya bankın icra orqanının rəhbərinin və ya onun tərəfindən səlahiyyətləndirilmiş vəzifəli şəxsin (şəxslərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron formada Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.

4.1. Bu Qaydanın 2.1.3-cü yarımbəndi ilə müəyyən edilən hesabata aşağıda qeyd olunanlar daxil edilir:

4.1.1. investisiya xidmətinin (əməliyyatının) adı;

4.1.2. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə müştərilərin sayı;

4.1.3. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə müştəri tapşırıqlarının sayı;

4.1.4. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə icra edilmiş müştəri tapşırıqlarının sayı;

4.1.5. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə icra edilməmiş müştəri tapşırıqlarına dair məlumat və icra edilməməsinin səbəbləri;

4.1.6. dövr ərzində qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə bağladığı əqdlərin ümumi məbləği;

4.1.7. əməliyyatların aparıldığı valyutanın növü (hər valyutada aparılan əməliyyat ayrılıqda göstərilməklə);

4.1.8. xidmət haqlarının ümumi məbləği;

4.1.9. xidmətlərlə (əməliyyatlarla) əlaqədar tətbiq edilən informasiya texnologiyaları barədə məlumat.

4.2. Bu Qaydanın 4.1.9-cu yarımbəndində göstərilən məlumatda hər hansı dəyişikliklər olduqda, investisiya şirkəti və ya bank bu barədə 3 (üç) iş günü ərzində Mərkəzi Banka hesabat təqdim etməlidir.

4.3. İnvestisiya şirkətləri və banklar göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabatı hər bir filial üzrə (mövcud olduqda) ayıraraq icmal şəkildə Mərkəzi Banka təqdim edir.

4.4. Marja ticarəti üzrə hesabatlar Mərkəzi Bankın 2021-ci il 31 avqust tarixli 23/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Marja ticarəti Qaydası” ilə müəyyən edilmiş qaydada Mərkəzi Banka təqdim edir.

5.1. “Ticarət kitabına dair hesabat” bu Qaydaya 1 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilir.

5.2. “Kapital adekvatlığına dair hesabat” bu Qaydaya 2 nömrəli Əlavəyə uyğun olaraq aşağıdakı qaydada tərtib edilir:

5.2.1. “Məcmu kapital” sətrində - “Birinci və ikinci dərəcəli kapitalın cəmi” ilə “Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar cəmi”nin fərqi qeyd edilir;

5.2.2. “Birinci dərəcəli kapital” sətrində - “Ödənilmiş adi səhmlər”, “Kapital artıqlığı”, “Bölüşdürülməmiş xalis mənfəət (zərər)” və “Kapital ehtiyatları”nın cəmi qeyd edilir;

5.2.3. “Ödənilmiş adi səhmlər” sətrində - investisiya şirkətinin nizamnamə kapitalını formalaşdıran, dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlərin nominal dəyəri qeyd edilir;

5.2.4. “Kapital artıqlığı” sətrində - adi səhmlərin yerləşdirilməsi zamanı onların satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq həcmində əldə edilmiş vəsait qeyd edilir;

5.2.5. “Bölüşdürülməmiş xalis mənfəət (zərər)” sətrində - audit olunmuş illik maliyyə hesabatlarına əsaslanan keçmiş illərin bölüşdürülməmiş mənfəəti və ya zərəri qeyd edilir. Mənfəət müsbət, zərər isə mənfi işarə ilə qeyd olunur;

5.2.6. “Kapital ehtiyatları” sətrində - əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fondlar qeyd edilir;

5.2.7. “Birinci dərəcəli kapitaldan tutulmalar” sətrində - “Geri alınmış adi səhmlər”, “Qeyri-maddi aktivlər” və “Cari maliyyə ili zərəri və ya aralıq zərər”in cəmi qeyd edilir;

5.2.8. “Geri alınmış adi səhmlər” sətrində - investisiya şirkəti tərəfindən geri alınmış, lakin dövriyyədən çıxarılmamış “adi səhmlər”in nominal dəyəri qeyd edilir;

5.2.9. “Qeyri-maddi aktivlər” sətrində - kompüter proqramları, müəlliflik hüquqları, patent, təbii ehtiyatlardan istifadə hüquqları, lisenziyalar, ticarət və əmtəə nişanları, “nou-hau”, “qudvil” və s. kimi fiziki ifadə forması olmayan, lakin dəyər yaradan aktivlər qeyd edilir;

5.2.10. “Cari maliyyə ili zərəri və ya aralıq zərər” sətrində - cari hesabat dövrünə olan mənfəət və zərər haqqında hesabata əsaslanan zərərin məbləği müsbət işarə ilə qeyd edilir;

5.2.11. “İkinci dərəcəli kapital” sətrində - “Cari maliyyə ilinin mənfəəti”, “Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri” və “Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar”ın cəmi qeyd edilir;

5.2.12. “Cari maliyyə ilinin mənfəəti” sətrində - cari hesabat dövrünə olan mənfəət və zərər haqqında hesabata əsaslanan mənfəətin məbləği qeyd edilir;

5.2.13. “Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri” - sətrində emissiya şərtlərinə görə ödəniş vaxtı çatdıqda ödənilən, aktivlərin girovu ilə təmin edilməyən, sahibinin (mülkiyyətçisinin) tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəmə (əsas borc və ya əsas borc üzrə faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər) baş tutmadığı təqdirdə investisiya şirkətini müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, investisiya şirkəti ləğv edilərkən onların ödənilməsi digər kreditorların tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklərin cəmi məbləği qeyd edilir;

5.2.14. “Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar” sətrində - “ədalətli dəyərlə qiymətləndirilmiş satıla bilən səhmlər ilə bağlı yenidən qiymətləndirmə ehtiyatlarının realizə olunmamış 50%-i”, “ədalətli dəyərlə qiymətləndirilmiş öz istifadəsində olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsindən realizə olunmamış kumulyativ gəlirin 50%-i” və “ədalətli dəyərlə qiymətləndirilmiş investisiyanın (daşınmaz əmlak və satıla bilən səhmlər xaric olmaqla) realizə olunmamış kumulyativ gəlirinin 50%-i” vəsaitlərin cəmi qeyd edilir;

5.2.15. “Birinci və ikinci dərəcəli kapitalın cəmi” sətrində - “birinci dərəcəli kapital” ilə “ikinci dərəcəli kapital”ın cəmi qeyd edilir;

5.2.16. “Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar” sətrində - “birinci dərəcəli kapitaldan tutulmalar”, “Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)”, “İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)”, pensiya fondlarına, sığorta və təkrarsığorta şirkətlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyalar”ın cəmi qeyd edilir;

5.2.17. “Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)” sətrində - hesabatı təqdim edən investisiya şirkəti tərəfindən digər investisiya şirkətinin nizamnamə kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir;

5.2.18. “İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)” sətrində - hesabatı təqdim edən investisiya şirkəti tərəfindən investisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir;

5.2.19. “Pensiya fondlarına, sığorta və təkrarsığorta şirkətlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyalar” sətrində - hesabatı təqdim edən investisiya şirkəti tərəfindən pensiya fondlarına, sığorta və təkrarsığorta şirkətlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyaların məbləği qeyd edilir;

5.2.20. “Cəmi kapital tələbi” sətrində - “Kredit riski”, “Bazar riski”, “Əməliyyat riski”, “Hesablaşma və kontragent riski” və “Konsentrasiya riski” üzrə hesablanmış kapital tələblərinin cəmi qeyd edilir;

5.2.21. “Kapital adekvatlığı” sətrində - “Məcmu kapital” ilə “Cəmi kapital tələbi”nin fərqi qeyd edilir;

5.2.22. “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)” sətrində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 30 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın qiymətli kağızlarının (notlarının) nominal dəyəri qeyd edilir;

5.2.23. “Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)” sətrində - 30 gün ərzində ödəniləcək bütün öhdəliklərin dəyəri qeyd edilir;

5.2.24. “I kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə aktivlərinin (qalıq ödəniş müddəti 30 günədək)” “Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)”-ə olan nisbəti qeyd edilir;

5.2.25. “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)” sətrində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 180 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın notlarının nominal dəyəri qeyd edilir;

5.2.26. “Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)” sətrində - 180 gün ərzində ödəniləcək bütün öhdəliklərin dəyəri qeyd edilir;

5.2.27. “II kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)”-nin “Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)”-ə olan nisbəti qeyd edilir.

5.3. “Kredit riskinə dair hesabat” bu Qaydaya 3 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilir.

5.4. “Bazar riski: Xarici valyuta riskinə dair hesabat” bu Qaydaya 4 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilir:

5.5. “Əməliyyat riskinə dair hesabat”da bu Qaydaya 5 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkəti tərəfindən aşağıdakı mövqelər qeyd edilir:

5.5.1. 1-ci sətirdə başa çatmış son üç maliyyə ilinin “Əsas əməliyyat gəliri” qeyd edilir;

5.5.2. 2-ci sətirdə başa çatmış son üç maliyyə ilinin “Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)” qeyd edilir;

5.5.3. 3-cü sətirdə başa çatmış son üç maliyyə ilinin “Sair əməliyyat gəlirləri” qeyd edilir;

5.5.4. 4-cü sətirdə başa çatmış son üç maliyyə ilinin “Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər” qeyd edilir;

5.5.5. 5-ci sətirdə başa çatmış son üç maliyyə ilinin “Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri” qeyd edilir;

5.5.6. 6-cı sətirdə başa çatmış son üç maliyyə ilinin “Maliyyə mənfəəti” qeyd edilir;

5.5.7. 7-ci sətirdə başa çatmış son üç maliyyə ilinin “Maliyyə xərcləri (-)” qeyd edilir;

5.5.8. “Ümumi mənfəət” sətrində “Əsas əməliyyat gəliri”, “Sair əməliyyat gəliri”, “Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər”, “Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri” və “Maliyyə mənfəəti”nin cəmi ilə “Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)” və “Maliyyə xərcləri (-)”nin cəminin fərqi qeyd edilir;

5.5.9. 9-cu sətirdə “Əməliyyat riski üzrə kapital tələbi” qeyd edilir.

5.6. “Konsentrasiya riskinə dair hesabat” bu Qaydaya 6 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilir.

6.1. “Müştəri aktivlərinə dair hesabat” bu Qaydaya 7 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkətləri və bank tərəfindən aşağıdakı qaydada tərtib edilir:

6.1.1. “Müştəri hesablarının sayı” sətrində - “Qiymətli kağız hesablarının sayı” ilə “Törəmə maliyyə alətləri hesablarının sayı”nın cəmi qeyd edilir;

6.1.2. “Müştəri hesablarında olan aktivlər” sətrində - “Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri” ilə “Pul vəsaitləri”nin cəmi qeyd edilir;

6.1.3. “Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri” - sətrində “Listinqə daxil edilən qiymətli kağızlar”, “Listinqə daxil edilməyən qiymətli kağızlar” və “Törəmə maliyyə alətləri”nın cəmi qeyd edilir;

6.1.4. “Pul vəsaitləri” sətrində - “Hesablardakı nağd pul” ilə “Digər pul vəsaitlər”in cəmi qeyd edilir;

6.1.5. “Hesablardakı nağd pul” sətrində - hesablarda saxlanılan nağd pul vəsaitləri qeyd edilir;

6.1.6. “Digər pul vəsaitləri” sətrində - yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları və pul vəsaitlərinin ekvivalentlərinin cəmi qeyd olunur;

6.1.7. “İdarəedilən müştəri aktivləri” sətrində - “Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri” ilə “Pul vəsaitləri”nin cəmi qeyd edilir.

7.1. “Müştəri sifarişləri haqqında hesabat” bu Qaydaya 8 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkəti və bank tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.1.1. 1-ci sətirdə - hesabatı təqdim edən investisiya şirkətinin və ya bankın tam adı qeyd edilir;

7.1.2. “Sifarişin nömrəsi” sütununda - müştərinin tapşırıqlarının uçot jurnalında qeyd olunmuş tapşırığın nömrəsi qeyd edilir;

7.1.3. “Sifarişin qəbul edilmə tarixi” sütununda - müştəri tərəfindən verilən tapşırığın investisiya şirkəti və ya bank tərəfindən qəbul edilmə tarixi gün-ay-il (gg-aa-iiii) formatında qeyd edilir;

7.1.4. “Sifarişin qəbul edilmə vaxtı” sütununda - müştəri tərəfindən verilən tapşırığın investisiya şirkəti və ya bank tərəfindən qəbul edilmə vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.1.5. “Sifarişin müddəti” sütununda - müştəri tərəfindən verilən tapşırığın qüvvədə olma müddəti qeyd edilir;

7.1.6. “Fərdin eyniləşdirmə nömrəsi” sütununda - sifarişi təqdim edən müştərinin mərkəzi depozitarda olan depo hesabının nömrəsi qeyd edilir;

7.1.7. “Emitent” sütununda - əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı qeyd edilir;

7.1.8. “Qiymətli kağızların növü” sütununda - əqdin predmeti olan qiymətli kağızların növü qeyd edilir;

7.1.9. “İdentifikasiya kodu” sütununda - əqdin predmeti Azərbaycan Respublikasının ərazisində buraxılmış qiymətli kağızlar olduqda, onların buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüdudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq, qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.1.10. “Sifarişin istiqaməti” sütununda - sifarişin istiqaməti alış olduqda “B”, satış olduqda isə “S” hərfi qeyd edilir;

7.1.11. “Sifarişin növü” sütununda - sifariş limitli qiymətlə olduqda “LO”, bazar qiyməti ilə olduqda isə “MO” hərf birləşmələri qeyd edilir;

7.1.12. “Say” sütununda - əqdin predmeti olan qiymətli kağızların sayı qeyd edilir;

7.1.13. “Qiymət” sütununda - sifariş limitli qiymətlə olduqda, əqdin predmeti olan bir qiymətli kağızın müştəri tərəfindən təyin edilmiş qiyməti qeyd edilir;

7.1.14. “Valyuta” sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;

7.1.15. “Ləğv barədə qeyd” sütununda - tapşırıq ləğv edildikdə “C” hərfi qeyd edilir.

7.2. “İnvestisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat” bu Qaydaya 9 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkəti və ya bank tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.2.1. 1-ci sətirdə - hesabatı təqdim edən investisiya şirkətinin və ya bankın tam adı qeyd edilir;

7.2.2. “Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma tarixi gün-ay-il (gg-aa-iiii) formatında qeyd edilir;

7.2.3. “Əqdin bağlanma vaxtı” sütununda - əqdin bağlanma vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.2.4. “Əqdin nömrəsi” sütununda - investisiya şirkəti və ya bank tərəfindən əqdlərin uçotu jurnalında əks olunmuş əməliyyatın nömrəsi qeyd edilir;

7.2.5. “Əqdin növü” sütununda - əqd ilkin bazarda bağlandıqda “PM”, təkrar bazarda bağlandıqda isə “SM” hərf birləşmələri qeyd edilir;

7.2.6. “Əqdin istiqaməti” sütununda - əqdin istiqaməti alış olduqda “B”, satış olduqda isə “S” hərfi qeyd edilir;

7.2.7. “Əqdin bağlanma yeri” sütununda - əqd fond birjasında bağlandıqda, həmin birjanın tam adı, birjadankənar bağlandıqda isə “XOFF” hərf birləşməsi qeyd edilir;

7.2.8. “Əqd üzrə investisiya şirkətinin və ya bankın vəzifəsi” sütununda - əqd investisiya şirkəti və ya bank tərəfindən öz hesabına bağlandıqda “P” hərfi, müştərinin hesabına bağlandıqda isə - “A” hərfi qeyd edilir;

7.2.9. “Kontragent” sütununda - birjadankənar əqd üzrə kontragent investisiya şirkəti və ya bank olduqda, onun tam adı, müştəri olduqda isə - “C” hərfi qeyd edilir;

7.2.10. “Fərdin eyniləşdirmə nömrəsi” sütununda - əqdin istiqamətinə müvafiq olaraq, əqdin predmeti olan qiymətli kağızların mülkiyyətçisinin və ya alıcının mərkəzi depozitarda olan depo hesabının nömrəsi qeyd edilir;

7.2.11. “Emitent” sütununda - əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı qeyd edilir;

7.2.12. “Qiymətli kağızların növü” sütununda - əqdin predmeti olan qiymətli kağızların növü qeyd edilir;

7.2.13. “İdentifikasiya kodu” sütununda - əqdin predmeti Azərbaycan Respublikasının ərazisində buraxılmış qiymətli kağızlar olduqda, onların buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüdudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq, qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.2.14. “Ödəmə tarixi” sütununda - əqdin predmeti olan istiqrazın emitent tərəfindən ödənilməsi tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;

7.2.15. “Nominal” sütununda - əqdin predmeti olan bir qiymətli kağızın nominal dəyəri qeyd edilir;

7.2.16. “Qiymət” sütununda - əqdin predmeti olan bir qiymətli kağızın alqı-satqı qiyməti qeyd edilir;

7.2.17. “Valyuta” sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq valyuta kodu qeyd edilir;

7.2.18. “Say” sütununda - əqdin predmeti olan qiymətli kağızların sayı qeyd edilir;

7.2.19. “Məbləğ” sütununda - əqdin predmeti olan qiymətli kağızların sayı ilə bir qiymətli kağızın alqı-satqı qiymətinin hasili qeyd edilir.

7.3. “Törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında hesabat” bu Qaydaya 10 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkəti və ya bank tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.3.1. 1-ci sətirdə - hesabatı təqdim edən investisiya şirkətinin və ya bankın tam adı qeyd edilir;

7.3.2. “Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma tarixi gün-ay-il (gg-aa-iiii) formatında qeyd edilir;

7.3.3. “Əqdin bağlanma vaxtı” sütununda - əqdin bağlanma vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.3.4. “Əqdin nömrəsi” sütununda - investisiya şirkəti və ya bank tərəfindən əqdlərin uçotu jurnalında əks olunmuş əməliyyatın nömrəsi qeyd edilir;

7.3.5. “Əqdin istiqaməti” sütununda - əqdin istiqaməti alış olduqda “B”, satış olduqda isə “S” hərfi qeyd edilir;

7.3.6. “Əqdin bağlanma yeri” sütununda - əqd fond birjasında bağlandıqda, həmin birjanın tam adı, birjadankənar bağlandıqda isə “XOFF” hərf birləşməsi qeyd edilir;

7.3.7. “Əqd üzrə investisiya şirkətinin və ya bankın vəzifəsi” sütununda - əqd investisiya şirkəti və ya bank tərəfindən öz hesabına bağlandıqda “P” hərfi, müştərinin hesabına bağlandıqda isə - “A” hərfi qeyd edilir;

7.3.8. “Fərdin eyniləşdirmə nömrəsi” sütununda - əqdin istiqamətinə müvafiq olaraq, əqdin predmeti olan törəmə maliyyə alətinin mülkiyyətçisinin və ya alıcının depozitarda olan depo hesabının nömrəsi qeyd edilir;

7.3.9. “Törəmə maliyyə alətinin növü” sütununda - əqdin predmeti olan törəmə maliyyə alətinin növü qeyd edilir;

7.3.10. “Törəmə maliyyə alətinin identifikasiya kodu” sütununda - İSO 6166 beynəlxalq standartına uyğun olaraq törəmə maliyyə alətlərinin beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə törəmə maliyyə alətinin identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.3.11. “Baza aktivinin növü” sütununda - törəmə maliyyə alətinin baza aktivinin növü qeyd edilir;

7.3.12. “Baza aktivinin idektifikasiya kodu” sütununda - törəmə maliyyə alətinin baza aktivi qiymətli kağız olduqda, həmin qiymətli kağızın buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüdudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.3.13. “Put/Call” sütununda - opsionun növü “Put” olduqda “P”, “Call” olduqda “C” qeyd edilir;

7.3.14. “Ödəmə tarixi” sütununda - əqdin predmeti olan törəmə maliyyə alətinin ödənilməsi tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;

7.3.15. “Qiymət” sütununda - əqdin predmeti olan bir törəmə maliyyə alətinin alqı-satqı qiyməti qeyd edilir;

7.3.16. “Valyuta” sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;

7.3.17. “Say” sütununda - əqdin predmeti olan törəmə maliyyə alətinin sayı qeyd edilir;

7.3.18. “Məbləğ” sütununda - əqdin predmeti olan törəmə maliyyə alətlərinin sayı ilə bir törəmə maliyyə alətinin alqı-satqı qiymətinin hasili qeyd edilir;

7.3.19. “Qiymət multiplikatoru” sütununda - bir müqavilədə olan qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı qeyd edilir.

I Hissə. Məcmu kapital

Məcmu kapital (18-19)

Birinci dərəcəli kapital (3+4+5+6)

1. Ödənilmiş adi səhmlər

3. Bölüşdürülməmiş xalis mənfəət (zərər)

4. Kapital ehtiyatları

Birinci dərəcəli kapitaldan tutulmalar (8+9+10)

1. Geri alınmış adi səhmlər

2. Qeyri maddi aktivlər

3. Cari maliyyə ili zərəri və ya aralıq zərər

İkinci dərəcəli kapital (12+13+14)

1. Cari maliyyə ilinin mənfəəti

2. Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri

3. Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar (15+16+17)

3.1 ədalətli dəyərlə qiymətləndirilmiş satıla bilən səhmlər ilə bağlı yenidən qiymətləndirmə ehtiyatlarının realizə olunmamış 50%-i

3.2. ədalətli dəyərlə qiymətləndirilmiş öz istifadəsində olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsindən realizə olunmamış kumulyativ gəlirin 50%-i

3.3. ədalətli dəyərlə qiymətləndirilmiş investisiyanın (daşınmaz əmlak və satıla bilən səhmlər xaric olmaqla) realizə olunmamış kumulyativ gəlirinin 50%-i

Birinci və ikinci dərəcəli kapitalın cəmi (2+11)

Birinci və ikinci dərəcəli kapitaldan tutulmaların cəmi (7+20+21+22)

1.Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)

2. İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)

3. Pensiya fondlarına, sığorta və təkrarsığorta şirkətlərinin qiymətli kağızlarına və ya törəmə maliyyə alətlərinə investisiyalar.

II hissə. Cəmi kapital tələbi

Cəmi kapital tələbi (24+25+34+35+36)

2. Bazar riski (26+29+30+31+32+33)

2.1. Səhm qiymət riski (27+28)

2.1.1. spesifik risklər

2.2. Spesifik borc aləti qiymət riski

2.3. Ümumi faiz dərəcəsi riski

2.4. Əmtəə qiymət riski

2.5. Xarici valyuta riski

2.6. Kollektiv investisiyalara dair qiymət riski

4. Hesablaşma və kontragentin riski

5. Konsentrasiya riski

III Hissə. Kapital adekvatlığı

Kapital adekvatlığı (1-23)

IV hissə. Likvidlik əmsalları

1. Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)

2. Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)

3. I kateqoriya likvidlik əmsalı (38/39)

4. Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)

5. Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)

6. II kateqoriya likvidlik əmsalı (41/42)

Xüsusi valyutalarda xalis mövqelər

Mənfəət və zərər maddələri

Əsas əməliyyat gəliri

Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)

Sair əməliyyat gəlirləri

Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər

Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri

Ümumi mənfəət (1-2+3+4+5+6-7)

Əməliyyat riski üzrə kapital tələbi

Müştəri hesablarının sayı (2+3)

Qiymətli kağız hesablarının sayı

Törəmə maliyyə alətləri hesablarının sayı

Müştəri hesablarında olan aktivlər (5+9)

Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri (6+7+8)

Listinqə daxil edilən qiymətli kağızlar

Listinqə daxil edilməyən qiymətli kağızlar

Törəmə maliyyə alətləri

Pul vəsaitləri (10+11)

Hesablardakı nağd pul

İdarəedilən müştəri aktivləri (13+16)

Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri (14+15)

Törəmə maliyyə alətləri

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver