Qanunvericilik › “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.07.2023) › Tam mətn

“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.07.2023)

“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 18.07.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 dekabr tarixli 1913 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 iyul 2023-cü il

İstənilən maddələr üçün (sıxılmış və ya mayeləşdirilmiş qazdan başqa), qara metallardan rezervuarlar, sisternlər, çənlər və analoji qablar, həcmi 300 l-dən çox olan, üzlüklü və ya termoizolyasiyalı və ya onlarsız, lakin mexaniki və ya istilik-texniki avadanlıqsız

Qara metallardan qızdırıcı sobalar, qızdırıcı-bişirmə sobaları və yeməyin hazırlanması üçün sobalar (mərkəzi isitmənin köməkçi qazanları ilə sobalar daxil olmaqla), fritür qazanları, barbekülər (manqallar), plitələr üçün odluqlar, yeməyin qızdırılması üçün qızdırıcılar və analoji qeyri-elektrik məişət cihazları və onların hissələri

Qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar və onların hissələri; qara metaldan, quraşdırılmış ventilyatorla və ya mühərrikli hava üfürənlərlə təchiz olunmuş qeyri-elektrik qızdırma ilə hava qızdırıcıları və isti havanın verilməsi üçün (həmçinin, təzə və ya kondisiyalaşdırılmış havanın verilməsi üçün qurğular daxil olmaqla) paylayıcı qurğular və onların hissələri

Qara metallardan sanitar-texniki avadanlıq və onun hissələri

Metalın ekstruziyası və ya məftil çəkmə üçün filyerlər də daxil olmaqla əl alətləri üçün mexaniki ötürücülü və ya onsuz və ya dəzgahlar üçün (məsələn, presləmə, ştamplama, doğrama, yiv açma, deşmə, oyma, çəkmə, frezləmə, torna emalı və ya vintləmə üçün) dəyişdirilən işçi alətləri, qaya süxurlarının və ya torpağın qazılması üçün alətlər

Maşınlar və ya mexaniki qurğular üçün bıçaqlar və kəsici tiyələr

Qiymətsiz metallardan asma və taxma qıfıllar (açarla, kod kombinasiyası və ya elektriklə işləyən); qiymətsiz metallardan hazırlanmış qıfıllarla birləşdirilmiş siyirtmələr və siyirtməli çərçivələr; yuxarıda göstərilmiş istənilən məmulatlar üçün qiymətsiz metallardan açarlar

Buxar qazanları və ya digər buxar yaradan qazanlar (aşağı təzyiqli buxar da yarada bilən mərkəzi istilik su qazanlarından başqa); qaynar su qazanları

8402 mal mövqeyinin qazanlarından başqa, mərkəzi istilik qazanları

8402 və ya 8403 mal mövqeyinin qazanları ilə birlikdə istifadə olunan köməkçi avadanlıq (məsələn, ekonomayzerlər, buxar qızdırıcıları, qurum kənarlaşdırıcıları, qaz rekuperatorları); buxar-su və ya digər buxar güc qurğuları üçün kondensatorlar

Təmizləyici qurğularla və ya onlarsız qaz generatorları və ya su qazı generatorları; təmizləyici qurğularla və ya onlarsız asetilen qazı generatorları və analoji qaz generatorları

Su buxarı turbinləri və digər buxar turbinləri

Dövrü və ya irəli-geri hərəkət edən porşenli, qığılcımla alışan daxili yanma mühərrikləri

Sıxılmadan alovlanan porşenli daxili yanma mühərrikləri (dizellər və yarım-dizellər)

Yalnız və ya əsasən 8407 və ya 8408 mal mövqeyinin mühərrikləri üçün nəzərdə tutulmuş hissələr

Hidravlik turbinlər, su təkərləri və onlar üçün tənzimləyicilər

Turboreaktiv və turbovintli mühərriklər, digər qaz turbinləri

Digər mühərriklər və güc qurğuları

Məsrəfölçənlərlə və ya onlarsız maye nasosları; maye qaldırıcıları

Vakuum və ya hava nasosları, hava və ya qaz kompressorları və ventilyatorlar; filtrli və ya filtrsiz, ventilyasiyalı və ya hava dövrlü sorucu qalpaqlar və ya ventil-yasiyalı dolablar; filtrli və ya filtrsiz bioloji təhlükəsizlik üçün qaz buraxmayan dolablar

Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular

Maye yanacaq, tozlandırılmış bərk yanacaq və ya qaz üçün qızdırma odluqları; mexaniki ocaq qəfəsli şəbəkələr, mexaniki kül kənarlaşdırıcıları daxil olmaqla mexaniki odluqlar və analoji qurğular

Zibilyandıran sobalar daxil olmaqla qeyri-elektrik sənaye və ya laboratoriya sobaları və kürələri

Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları

Məişətdə istifadə olunan maşınlar və avadanlıq istisna olmaqla isitmə, bişirmə, qızardılma, distillə etmə, rektifikasiya, sterilizasiya, pasterizasiya, buğa vermə, qurutma, buxarlandırma, kondensasiya və ya soyutma kimi temperatur dəyişməsi prosesində materialların emalı üçün elektrik və ya qeyri-elektrik qızdırıcılı (8514 mal mövqeyinin sobaları, kamera-ları və ya digər avadanlığı istisna olunmaqla) maşınlar, sənaye və ya laboratoriya avadanlığı; qeyri-elektrik axar tipli və ya tutumlu su qızdırıcıları

Metalın və ya şüşənin emalı üçün maşınlardan başqa, kalandrlar və ya digər vallı maşınlar və onlar üçün vallar

Mərkəzdənqaçma quruducular daxil olmaqla sentrifuqalar; mayelərin və ya qazların filtrlənməsi və ya təmizlənməsi üçün qurğular və avadanlıq

Qabyuyan maşınlar; butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıq; butulkaların, bankaların doldurulması, tıxanması, yeşiklərin, torbaların və digər tutumların bağlanması, onların möhürlənməsi və ya etiketləşdirilməsi üçün avadanlıq; butulkaların, bankaların, tübiklərin və analoji tutumların qalpaqlarla və ya qapaqlarla hermetik bağlanması üçün avadanlıq; digər qablaşdırma və bükmə (qablaşdırma material-larını termogeydirmə üsulu ilə bürüyən avadanlıq daxil olmaqla) üçün avadanlıq; içkilərin qazlaşdırılması üçün avadanlıq

Çəkilən yükün ağırlıq gücü ilə hərəkətə gətirilən hesablama və ya nəzarət maşınları daxil olmaqla çəki ölçmək üçün avadanlıq (həssaslığı 0,05 q və ya daha artıq olan tərəzilərdən başqa); bütün tipli tərəzilər üçün çəki daşları

Mayelərin və ya tozların atılması, çilən-məsi və ya püskürdülməsi üçün mexaniki qurğular (o cümlədən, əllə idarəetmə ilə və ya onsuz); doldurulmuş və ya doldurul-mamış yanğınsöndürənlər; puloverizator-lar və analoji qurğular; buxarşırnaqlı və ya qumatıcı və analoji atma qurğuları

Skipli yük qaldırıcılarından başqa, qaldırıcı tallar və qaldırıcılar; bucurqadlar və dolamaçarxlar (kabestanlar); domkratlar

Gəmi derrik-kranları; kabel-kranlar daxil olmaqla qaldırıcı kranlar; hərəkətli qaldırıcı fermalar; portal yükləyicilər və qaldırıcı kranla təchiz olunmuş arabacıqlar

Çəngəlağız avtoyükləyicilər; qaldırıcı və ya yükləyici-boşaldıcı avadanlıqla təchiz olunmuş digər yükləyicilər

Digər qaldırılma, yerdəyişmə, yüklənmə və ya boşaldılma üçün maşınlar və qurğular (məsələn, liftlər, eskalatorlar, konveyerlər, kanat yolları)

Özügedən dönməz və dönər kavahınla buldozerlər, qreyderlər, planlaşdırıcılar, skreperlər, mexaniki kürəklər, ekskava-torlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar

Torpağın, faydalı qazıntıların və ya filizlərin yerdəyişməsi, planlaşdırılması, profillənməsi, işlənməsi, toxaclaması, sıxlaşdırılması, çıxarılması və ya qazılması üçün digər maşınlar və mexanizmlər; dirəklərin vurularaq basdırılması və çıxarılması üçün avadanlıq; kotanlı və rotorlu qartəmizləyicilər

Yalnız və ya əsasən 8425-8430 mal mövqelərinin avadanlığı üçün nəzərdə tutulmuş hissələr

Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınları; qazon və ya idman meydançaları üçün vallar

Pres toplayıcılar, saman və ya quru ot üçün tay bağlayan preslər daxil olmaqla kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyümlənməsi üçün maşınlar və ya mexanizmlər; otbiçənlər və ya qazon-biçənlər; 8437 mövqeyində göstərilən maşınlardan başqa, yumurtaların, meyvənin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar

Sağıcı qurğular və aparatlar, südün emalı və təkrar emalı üçün avadanlıq

Preslər, xırdalayıcılar və şərabçılıq, sidr, meyvə şirələri və ya analoji içkilərin istehsalı üçün analoji avadanlıq

Mexaniki və ya qızdırıcı qurğulu toxum-ların cücərdilməsi üçün digər avadanlıq daxil olmaqla kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıq; quşçuluq üçün inkubatorlar və bruderlər

Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlar; kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqdan başqa, unüyütmə sənayesi üçün avadanlıq və ya taxıl və ya quru paxlalı bitkilərin emalı üçün avadanlıq

Heyvan mənşəli piylərin və yağların, bitki və ya mikrobioloji mənşəli sabit piylərinin və ya yağlarının ekstraksiyası və ya hazırlanması üçün avadanlıqdan başqa, bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan qida məhsullarının istehsalı və ya hazırlanması üçün avadanlıq

Lifli sellüloz materiallardan kütlənin istehsalı və ya kağızın və ya kartonun hazırlanması və işlənməsi üçün avadanlıq

Kitab bloklarının tikilməsi üçün maşınlar daxil olmaqla cildləmə avadanlığı

Bütün növ kəsmə maşınları daxil olmaqla kağız kütləsindən, kağızdan və ya kartondan məmulatların istehsalı üçün digər avadanlıq

Lövhələrin, silindrlərin və ya digər çap formalarının hazırlanması və ya düzəldilməsi üçün maşınlar, aparatura və ləvazimatlar (8456-8465 mal mövqelərinin dəzgahlarından başqa); lövhələr, silindrlər və digər çap formaları; çap məqsədləri üçün hazırlanmış lövhələr, silindrlər və litoqrafiya daşları (məsələn, yonulmuş, cilalanmış və ya pardaqlanmış)

Lövhələrin, silindrlərin və 8442 mal mövqeyinin digər çap formalarının vasitəsilə çap üçün istifadə olunan çap maşınları; digər printerlər, surətçıxarma və faksimil aparatları, birləşdirilmiş və ya birləşdirilməmiş; onların hissələri və ləvazimatları

Kimyəvi tekstil materiallarının ekstruziyası, dartılması, teksturasiya edilməsi və kəsilməsi üçün maşınlar

Tekstil liflərin hazırlanması üçün maşınlar; tekstil ipliklərin hazırlanması üçün əyrilmə, eşmə və ya burma maşınları və digər avadanlıq; barama sarıyan və ya sarıyıcı tekstil maşınları (arğac ipliyini sarıyan daxil olmaqla) və 8446 və ya 8447 mal mövqeyinin maşınlarında istifadə üçün tekstil ipliyini hazırlayan tekstil maşınları

Baftalı sapın, tülün, krujevaların hazırlanması, naxış tikmə, tesmanın və ya torların hörülməsi üçün trikotaj toxuyucu, toxuyucu iki üzdən tikmə maşınları və taftinqli maşınlar

8444, 8445, 8446 və ya 8447 mal mövqeyinin maşınları ilə istifadə üçün yardımçı avadanlıq (məsələn, remizaqaldırıcı karetkalar, jakkard maşınları, sapın qırılması üçün avtomatik dayanma mexanizmləri, məkik dəyişdirilməsi üçün mexanizmlər); yalnız və ya əsasən bu mal mövqeyinin və ya 8444, 8445, 8446 və ya 8447 mal mövqeyinin maşınları üçün nəzərdə tutulmuş hissələr və ləvazimatlar (məsələn, iynələr və roqulkalar, iynəli qarnitur, daraqlar, filyerlər, məkiklər, remizlər və remiz çərçivələri, trikotaj iynələri)

Fetr şlyapaların istehsalı üçün avadanlıq daxil olmaqla parçalar və ya biçmələr şəklində keçə və ya fetr və ya toxunmamış materialların istehsalı və ya işlənməsi üçün avadanlıq; şlyapa hazırlanması üçün qəliblər

Sıxma qurğuları ilə təchiz olunmuş maşınlar daxil olmaqla məişətdə və ya camaşırxanalarda istifadə üçün paltaryuyan maşınlar

Yuyulma, təmizləmə, sıxma, qurutma, ütüləmə, presləmə (materialların termofik-sasiyası üçün preslər daxil olmaqla), ağartma, boyama, appretura, işlənmə, ipliklərin, parçaların və ya hazır tekstil materiallarının üzərinə örtüyün çəkilməsi və hopdurulması üçün avadanlıq (8450 mal mövqeyinin maşınlarından başqa) və linoleum kimi döşəməüstü örtüklərin istehsalında istifadə olunan toxunmuş və ya digər əsasların üzərinə pastanın yaxılması üçün istifadə olunan maşınlar; tekstil parçaların sarınması, açılması, qatlanması, kəsilməsi və ya deşilməsi üçün maşınlar

8440 mal mövqeyinin kitab bloklarının tikilməsi üçün maşınlarından başqa, tikiş maşınları; tikiş maşınları üçün xüsusi olaraq nəzərdə tutulmuş mebel, əsaslar və futlyarlar; tikiş maşınları üçün iynələr

Tikiş maşınlarından başqa, gönlərin və ya dərilərin hazırlanması, aşılanması və ya emalı üçün və ya ayaqqabının və ya dəridən və ya göndən digər məmulatların hazırlanması və ya təmiri üçün avadanlıq

Metallurgiyada və ya tökmə istehsalatında istifadə olunan konvertorlar, tökmə təknələri, polad qəliblər və tökmə maşınları

Metal prokat maşınları və onlar üçün vallar

Materialın lazer və ya digər işıq və ya foton şüalarının, ultrasəs, elektrik boşalması, elektrokimyəvi, elektron-şüa, ion-şüaları və ya plazma-qövs proseslərinin köməyi ilə kənarlaşdırılması yolu istənilən materialların emalı üçün dəzgahlar; suşırnaqlı kəsici maşınlar

Metalın emalı üçün emal mərkəzləri, birmövqeli və çoxmövqeli aqreqat dəzgahlar

Metalkəsən torna dəzgahları (çoxməqsədli torna dəzgahları daxil olmaqla)

8458 mal mövqeyinin torna dəzgahlarından (çoxməqsədli torna dəzgahları daxil olmaqla) başqa, dəlikaçma, yonma, frezləmə, metalın kənarlaşdırılması ilə xarici və ya daxili yiv açma üçün metalkəsən dəzgahlar (xətti quruluşlu aqreqat dəzgahlar daxil olmaqla)

8461 mal mövqeyinin dişaçma, diş cilalama və ya diş tamamlama dəzgahlarından başqa, soyucu-cilalayıcı, itiləyici, cilalayıcı, honlama, sürtüb-uyğunlaşdırıcı, pardaqlayıcı dəzgahlar və metalların və ya metal-keramika məmulatlarının abraziv dairələrin və cilalayıcı vasitələrin köməyi ilə təmizlənib işlənməsi üçün digər əməliyyatları yerinə yetirən dəzgahlar

Uzununa yonma, eninə yonma, dəlmə, dartma, dişaçma, diş cilalama və ya diş tamamlama, mişarlama, kəsmə dəzgah-ları və materialı kənarlaşdırılmaqla metalların və metal-keramikanın emalı üçün başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan digər dəzgahlar

Metalların həcmli ştaplama, döymə və ya ştamplama ilə emalı üçün dəzgahlar (preslər daxil olmaqla); metalların emalı üçün (preslər, uzununa kəsmə xətti və eninə kəsmə xətti də daxil olmaqla) əymə, kənarəymə, düzləşdirmə, kəsmə, deşmə, doğrama və ya oyma dəzgahları (məftil çəkmə dəzgahlarından başqa); metalların və ya metal karbidlərinin emalı üçün yuxarıda adı göstərilməyən preslər

Materialı kənarlaşdırmamaqla metal və ya metal-keramikanın emalı üçün digər dəzgahlar

Daşın, keramikanın, betonun, asbose-mentin və ya analoji mineral materialların emalı və ya şüşənin soyuq emalı üçün dəzgahlar

Ağacın, mantarın, sümüyün, ebonitin, bərk plastmasın və ya analoji bərk materialların emalı üçün dəzgahlar (mıxların, dəmir-bəndlərin, yapışqanın vasitəsilə və ya digər üsullarla yığma üçün maşınlar daxil olmaqla)

Alətin və ya detalların bərkidilməsi üçün qurğular, özüaçılan yivaçan başlıqlar, bölücü başlıqlar və avadanlıq üçün digər xüsusi qurğular da daxil olmaqla, yalnız və ya əsasən 8456-8465 mal mövqelərinin avadanlığı üçün hissələr və ləvazimatlar; bütün növ əl alətləri üçün iş alətlərinin bərkidilməsi üçün qurğular

Pnevmatik, hidravlik və ya elektrik və ya qeyri-elektrik mühərrikli əl alətləri

8515 mal mövqeyinin maşınlarından və aparatlarından başqa, kəsmə üçün yararlı və ya yararsız aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün aparatlar və avadanlıq; qazla işləyən səthi termoemal üçün aparatlar və maşınlar

Hesablayıcı maşınlar və hesablayıcı funksiyalı məlumatın yazılması, canlandırılması və vizual təsviri üçün cib maşınları; mühasibat maşınları, poçt markalayıcı maşınlar, bilet aparatları və hesablayıcı qurğulu digər analoji maşınlar; kassa aparatları

Hesablayıcı maşınlar və onların blokları; başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan maqnit və ya optik hesablayıcı qurğular, kodlaşdırılmış formada məlumatı informasiya daşıyıcılarına köçürmək üçün maşınlar və informasiyanın işlənməsi üçün oxşar maşınlar

Digər kontor avadanlığı (məsələn, hektoq-rafik və ya trafaret çoxaldıcı aparatlar, ünvan maşınları, banknotların verilməsi üçün avtomatik qurğular, sikkələrin çeşidlənməsi, hesablanması və ya qablaşdırılması üçün maşınlar, karandaşların yonulması üçün maşınlar, dəlik açma maşınları və ya dəmirbəndlə bərkidilmə üçün maşınlar)

Yalnız və ya əsasən 8470-8472 mal mövqelərinin maşınları üçün hissələr və ləvazimatlar (daşınma üçün futlyarlardan, çexollardan və analoji məmulatlardan başqa)

Bərk (o cümlədən toz və ya pasta şəklində) halda olan torpağın, daşın, filizin və ya digər mineral qazıntıların çeşidlənməsi, qəlbirləməsi, ayrılması, yuyulması, xırdalanması, qarışdırılması və ya yoğrulması üçün avadanlıq; bərk mineral yanacağın, keramika tərkiblərin, bərkiməmiş sementin, gips materialların və ya toz və ya pasta şəklində olan digər mineral məhsulların aqlomerasiyası, qəliblənməsi və ya tökülməsi üçün avadanlıq; qumdan tökmə formaların hazırlaması üçün qəlibləmə maşınları

Elektrik və ya elektron lampaların, borucuqların və ya elektron-şüa borucuqların və ya şüşə kolbalarda qazboşalma lampaların yığılması üçün maşınlar; şüşənin və ya şüşə məmulatların hazırlanması və ya isti emalı üçün maşınlar

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan rezinin və ya plastmasın emalı və ya bu materiallardan məhsulun istehsalı üçün avadanlıq

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan tütünün hazırlanması üçün avadanlıq

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan fərdi funksiyalı maşınlar və mexaniki qurğular

Metal tökmə istehsalı üçün qəlib qutuları; tökmə altlıqları; tökmə modelləri; metalların (külçələrin tökülməsi üçün qəliblərdən başqa), metal karbidlərin, şüşənin, mineral materialların, rezinin və ya plastmasların tökülməsi üçün formalar

Reduksiya və termotənzimləyici klapanlar da daxil olmaqla boru kəmərləri, qazanlar, rezervuarlar, sisternlər, çənlər və ya analoji tutumlar üçün kranlar, klapanlar, ventillər və analoji armaturalar

Transmissiya valları (yumruqcuqlu və dirsəkli vallar da daxil olmaqla) və krivoşiplər; vallar üçün diyirlənmə yastıq korpusları və sürüşmə yastıqları; dişli çarxlar və ya dişli ötürmələr; kürəcikli və ya diyircəkli vintli ötürmələr; hidrotransformatorlar da daxil olmaqla ötürücü qutular və sürətin digər variatorları; şkiv blokları da daxil olmaqla nazim çarxlar və şkivlər; muftalar və valların birləşməsi üçün qurğular (universal şarnirlər də daxil olmaqla)

Additiv texnologiya (3D çap) üçün maşınlar

Yalnız və ya əsasən yarımkeçirici külçələrin və ya lövhələrin, yarımkeçirici cihazların, elektron inteqral sxemlərin və ya yastı displey panellərin istehsalı üçün istifadə olunan maşınlar və aparatura; bu qrupa dair 11 (C) qeydində göstərilən maşınlar və aparatura; hissələr və ləvazimatlar

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, elektrik detalları, elektrik birləşmələri, izolyatorları, kontaktları, makaraları və digər elektrik detalları olmayan avadanlığın hissələri

Elektrik mühərriklər və generatorlar (elektrik generator qurğularından başqa)

Elektrik generator qurğuları və fırlanan elektrik dəyişdiriciləri

Yalnız və ya əsasən 8501 və ya 8502 mal mövqeyinin maşınları üçün nəzərdə tutulmuş hissələr

Elektrik transformatorlar, statik elektrik dəyişdiricilər (məsələn, düzləndiricilər), induktivlik çarxları və drossellər

Elektromaqnitlər; sabit maqnitlər və maqnitləşmədən sonra sabit maqnitə çevrilmə üçün nəzərdə tutulmuş məmulatlar; elektromaqnit və ya sabit maqnitli sıxac patronları, tutqaclar və analoji təsbitedici qurğular; elektromaqnit ilişmələr, muftalar və əyləclər; elektromaqnit qaldırıcı başlıqlar

Elektrik akkumulyatorlar, onlar üçün düzbucaqlı (o cümlədən kvadrat) və ya digər formada separatorlar daxil olmaqla

8508 mal mövqeyində göstərilən tozsoranlardan başqa, elektrik mühərrik ilə təchiz edilmiş məişət elektromexaniki maşınlar

Daxili yanma mühərriklərinin qığılcımla və ya yanacaq qarışığının sıxılması ilə alışması və ya işə salınması üçün elektrik avadanlıq (məsələn, maqneto, alışdırma makaraları, alışdırma şamları, közərtmə şamları, starterlər); generatorlar (məsələn, sabit və dəyişən cərəyanlı) və bu kimi mühərriklərlə birlikdə istifadə olunan cərəyankəsicilər

Sənaye və ya laboratoriya elektrik sobaları və kameraları (induksiya hadisəsi və ya dielektrik itkiləri əsasında işləyən daxil olmaqla); induksiya hadisəsi və ya dielektrik itkisi üsulu ilə materialların termik emalı üçün sənaye və ya laboratoriya avadanlığı

Kəsmə əməliyyatını yerinə yetirməyə qadir olan və ya olmayan, elektrik (o cümlədən qazın elektriklə qızdırılması daxil olmaqla), lazer və ya digər işıq və ya foton, ultrasəs, elektron-şüa, maqnit-impulsiv və ya plazma-qövs aşağı temperaturlu lehimləmə, yüksək temperaturlu lehimləmə və ya qaynaq maşınları və aparatları; metalların və ya metal-keramikanın səthinin isti tozlandırılması üçün elektrik maşınlar və aparatlar

Elektriklə işləyən axar tipli və ya tutumlu su qızdırıcıları, batırılma elektrik qızdırıcıları; hər hansı bir məkanın və torpağın isidilməsi üçün elektrik avadanlıq, saçlara qulluq üçün elektrotermik aparatlar (məsələn, saç quruducuları, biqudi, isti burma üçün maşalar) və əl quruducuları; elektrik ütülər; digər məişət elektrik qızdırıcı cihazları; 8545 mal mövqeyində göstərilənlərdən başqa, elektrik müqavimət qızdırıcıları

Mobil və ya digər naqilsiz rabitə şəbəkələri üçün smartfonlar və digər telefon aparat-ları da daxil olmaqla telefon aparatları; 8443, 8525, 8527 və ya 8528 mal mövqeyinin ötürücü və ya qəbuledici aparaturalarından başqa, naqilsiz və ya naqilli rabitə şəbəkəsində kommunikasiya üçün aparatura daxil olmaqla (məsələn, lokal və ya qlobal rabitə şəbəkəsində), səsin, təsvirin və ya başqa məlumatların ötürülməsi və ya qəbul edilməsi üçün digər aparatura

Mikrofonlar və onlar üçün altlıqlar; korpuslarda quraşdırılmış və ya quraşdırılmamış reproduktorlar; mikrofonla birləşdirilmiş və ya birləşdirilməmiş qulaqlıqlar və baş telefonları və mikrofondan və bir və ya bir neçə reproduktorlardan ibarət olan dəstlər; elektrik səs tezliyinin gücləndiriciləri; elektrik səsgücləndirici dəstlər

37-ci qrupun məmulatlarından başqa, disklərin hazırlanması üçün matrisa və master-disklər daxil olmaqla yazılmış və ya yazılmamış, səsyazma və ya başqa hadisələr üçün disklər, lentlər, enerji asılılığı olmayan məlumatların saxlanılması üçün sərt cisimli qurğular, “intellektual kartlar” və digər səsyazma və ya digər hadisələr üçün daşıyıcılar

Radiolokasiya, radionaviqasiya aparaturası və uzaqdan idarəetmə üçün radioaparatura

Bir korpusda səsyazan və ya səsləndirici aparatura ilə və ya saatla birləşdirilmiş və ya birləşdirilməmiş radioyayım üçün qəbuledici aparatura

Tərkibində televiziya üçün qəbuledici aparatura olmayan monitorlar və proyektorlar; tərkibində geniş yayımlı radioqəbuledici və ya səsi və ya təsviri yazan və ya canlandıran aparatura olan və ya olmayan televiziya rabitəsi üçün qəbuledici aparatura

Yalnız və ya əsasən 8524-8528 mal mövqelərinin aparaturası üçün nəzərdə tutulmuş hissələr

8512 və ya 8530 mal mövqeyinin avadanlığından başqa, səs və ya vizual siqnalizasiya elektrik avadanlığı (məsələn, zənglər, sirenalar, indikator panelləri, mühafizənin təmin edilməsi üçün və ya yanğın təhlükəsizliyi üçün siqnalizasiya qurğuları)

Sabit, dəyişən və tənzimlənən (əvvəlcədən təmzimlənmə) elektrik kondensatorlar

Qızdırıcı elementlərindən başqa, elektrik rezistorlar (reostatlar və potensiometrlər daxil olmaqla)

1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, əriyən qoruyucular, ildırım ötürücüləri, gərginlik məhdudlaşdırıcıları, gərginlik sıçrayışlarının söndürücüləri, cərəyan qəbulediciləri, cərəyan götürücüləri və digər birləşdiricilər, birləşdirici qutular)

1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün, və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular); optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün birləşdiricilər

Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını və qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və elektrik aparatları üçün digər təməllər

Yalnız və ya əsasən 8535, 8536 və ya 8537 mal mövqeyinin aparaturası üçün nəzərdə tutulmuş hissələr

Yarımkeçirici cihazlar (diodlar, tranzis-torlar və yarımkeçirici əsaslı çeviricilər); fotoqalvanik elementlər daxil olmaqla modullara yığılmış və ya yığılmamış, panellərə quraşdırılmış və ya quraşdırılmamış fotohəssas yarımkeçirici cihazlar; digər işıq saçan diodlarla (LED) yığılmış və ya yığılmamış, işıq saçan diodlar (LED); yığılmış pyezoelektrik kristallar

Elektron inteqral sxemlər

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, fərdi funksiyaları olan elektrik maşınlar və aparatura

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil edilməyən, elektrik avadanlıqlarının və ya aparaturalarının hissələri

Özügetməyən dəmiryol və ya tramvay yük vaqonları

Traktorlar (8709 mal mövqeyinin traktorlarından başqa)

Yük-sərnişin avtomobil furqonları və yarış avtomobilləri daxil olmaqla əsasən adam daşınmaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri (8702 mal mövqeyinin mühərrikli nəqliyyat vasitələrindən başqa)

Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri

Sərnişinlərin və ya yüklərin daşınması üçün istifadə olunanlardan başqa, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri (məsələn, qəza-yük avtomobilləri, avto-kranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar, yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtoemalatxanalar, rentgen qurğulu avtomobillər)

8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün mühərrik quraşdırılmış şassilər

8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar

Qaldırıcı və ya yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda, anbarlarda, limanlarda və ya hava limanlarında yükləri qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı özügedən nəqliyyat vasitələri; dəmiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin hissələri

Qoşulma arabalı və ya onsuz motosikllər (mopedlər daxil olmaqla) və yardımçı mühərrikli velosipedlər; qoşulma arabalar

Qoşqular və yarımqoşqular; digər özügetməyən nəqliyyat vasitələri; onların hissələri

Aerostatlar və dirijabllar; planerlər, deltaplanlar və digər mühərriksiz uçuş aparatları

Digər uçuş aparatları (məsələn, helikopterlər, təyyarələr), 8806 mal mövqeyinin pilotsuz uçuş aparatları istisna olmaqla; kosmik aparatlar (peyklər daxil olmaqla) və suborbital və kosmik raket-daşıyıcılar

Paraşütlər (idarə olunan paraşütlər və paraplanlar daxil olmaqla) və rotoşütlər; onların hissələri və ləvazimatları

Digər üzən konstruksiyalar (məsələn, sallar, üzən çənlər, kessonlar, debar-kaderlər, buylar və bakenlər)

Sökülmə üçün nəzərdə tutulmuş gəmilər və digər üzən konstruksiyalar

Mikrofotoçəkiliş, mikrokinoçəkiliş və ya mikroproyeksiya üçün mikroskoplar daxil olmaqla mürəkkəb optik mikroskoplar

Optik mikroskoplardan başqa, mikroskoplar; difraksiya aparatları

Kompaslardan başqa, geodezik və ya topoqrafik (fotoqrammetrik daxil olmaqla), hidroqrafik, okeanoqrafik, hidroloji, meteoroloji və ya geofiziki cihazlar və alətlər; məsafəölçənlər

Çəki daşları ilə və ya onlarsız həssaslığı 0,05 q və ya daha çox olan tərəzilər

Rəsmxət, nişanlama və ya riyazi hesablamalar üçün alətlər (məsələn, çertyoj maşınları, pantoqraflar, transportirlər, çertyoj dəstləri, loqarifm xətkeşləri, diskli kalkulyatorlar); bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan xətti ölçülərin ölçülməsi üçün əl alətləri (məsələn, ölçü çubuqları və ruletkalar, mikrometrlər, kronpərgarlar)

Sintiqrafiya aparaturası daxil olmaqla tibbdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda tətbiq edilən cihazlar və qurğular, digər tibbi elektrik aparatura və görməni müayinə etmək üçün cihazlar

Mexanoterapiya üçün qurğular; masaj aparatları; bacarığı müəyyənləşdirmək üçün psixoloji test aparaturası; ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs üçün aparatura və ya digər terapevtik tənəffüs aparaturası

Rentgenoqrafik və ya radioterapevtik aparatura, rentgen borucuqlar və digər rentgen şüaların generatorları, yüksək gərginlik generatorları, idarəetmə şitləri və pultları, ekranlar, masalar, kreslolar və müayinə və ya müalicə üçün analoji məmulatlar daxil olmaqla rentgen, alfa-, beta- və ya qamma- və ya digər ionlaşdırıcı şüaların istifadəsinə əsaslanan tibbi, cərrahi, stomatoloji və ya baytarlıqda istifadəsi üçün nəzərdə tutulmuş və ya nəzərdə tutulmamış aparatura:

Materialların (məsələn, metalların, ağacın, tekstil materialların, kağızın, plastmasın) bərkliyinin, möhkəmliyinin, sıxılmasının, elastikliyinin və ya digər mexaniki xassələrinin sınağı üçün maşınlar və qurğular

Qeydedici qurğulu və ya qeydedici qurğusuz areometrlər və mayeyə batırıldıqda işləyən analoji cihazlar, termometrlər, pirometrlər, barometrlər,

hiqrometrlər və psixrometrlər və bu cihazların istənilən kombinasiyaları

9014, 9015, 9028 və ya 9032 mal mövqeyinin cihazlarından və aparaturasından başqa, mayelərin və ya qazların məsrəfini, səviyyəsini, təzyiqini və ya digər dəyişən səciyyələrini ölçmək və ya onlara nəzarət üçün cihazlar və aparatura (məsələn, məsrəfölçənlər, səviyyə göstəriciləri, manometrlər, istilikölçənlər)

Fiziki və ya kimyəvi analizlər üçün cihazlar və aparatura (məsələn, polyarimetrlər, refraktometrlər, spektrometrlər, qaz və ya tüstü analizatorları); özlülüyün, məsaməliliyin, genişlənmənin, səthi gərilmənin və ya analoji göstəricilərin ölçülməsi və ya nəzarəti üçün cihazlar və aparatura; istiliyin, səsin və ya işığın miqdarının ölçülməsi və ya nəzarəti üçün cihazlar və aparatura (eksponometrlər daxil olmaqla); mikrotomlar

Kalibrlasiya edənlər daxil olmaqla qazın, mayenin və ya elektrik enerjisinin verilməsinin və ya istehsalının sayğacları

Dövrlər sayının sayğacları, məhsulun miqdarını ölçən sayğaclar, taksometrlər, mildə keçmiş məsafəni ölçən sayğaclar, addımölçənlər və analoji cihazlar; 9014 və ya 9015 mal mövqeyinin cihazlarından və alətlərindən başqa, spidometrlər və taxometrlər; stroboskoplar

9028 mal mövqeyinin ölçü cihazlarından başqa, ossilloskoplar, spektr analizatorları, elektrik vahidlərinin ölçülməsi və onlara nəzarət üçün digər cihazlar və aparatura; alfa-, beta-, qamma-, rentgen, kosmik və ya digər ionlaşdırıcı şüaların aşkar edilməsi və ya ölçülməsi üçün cihazlar və aparatura

Bu qrupun başqa yerində adları çəkilməyən və ya daxil olunmayan ölçü və ya nəzarət cihazları, qurğuları və ya maşınları; profil proyektorları

Avtomatik tənzimlənmə və ya idarəetmə üçün cihazlar və qurğular

90-cı qrupun maşınlarının, cihazlarının, alətlərinin və ya aparaturasının hissələri və ləvazimatları (başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan)

Projektorlar, dar istiqamətli işıq lampaları, fənərlər və onların hissələri daxil olmaqla başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan işıq lövhələri, üzərində ad və ya ünvan yazılmış işıq tabloları və quraşdırılmış işıq mənbəyi olan analoji məmulatlar və onların hissələri

Yığma tikinti konstruksiyaları

Pinbol, bilyard oyunları üçün masalar, kazino oyunları üçün xüsusi masalar və boulinq üçün avtomatik avadanlıq, sikkə, banknot, bank kartları, jeton və ya digər ödəniş vasitələri ilə işə salınan avtomat oyunlar da daxil olmaqla video oyunlar üçün konsollar və avadanlıqlar, masaüstü və ya otaq oyunları

Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan bədən tərbiyəsi, gimnastika, yüngül atletika, idmanın digər növləri (masaüstü tennis daxil olmaqla) və ya açıq hava oyunları üçün inventar və avadanlıq; üzgüçülük hovuzları və uşaqlar üçün hovuzlar

Səyyar sirklər və səyyar heyvanxanalar; əyləncə parkı attraksionları və su parkı attraksionları; tir də daxil olmaqla yarmarka attraksionu; səyyar teatrlar

1. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver