Qanunvericilik › İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 75

Maddə 75. İnzibati şikayətin baxılmamış saxlanılmasının əsasları

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

75.1. Şikayət instansiyası aşağıdakı hallarda inzibati şikayəti baxılmamış saxlayır:

75.1.1. bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda;

75.1.2. şikayətin predmeti üzrə digər səlahiyyətli inzibati orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

75.1.3. inzibati şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş müddət buraxıldıqda və buraxılmış müddət bərpa edilmədikdə;

75.1.4. şikayət maraqlı şəxsin və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürüldükdə.

75.2. Şikayət instansiyası şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edir. Həmin qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.

75.3. Şikayət instansiyası şikayət üzrə qərar qəbul edilənədək şikayəti vermiş şəxsə öz rəyini bildirmək imkanı verməlidir.

75.4. Bu Qanunun 75.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən inzibati şikayət verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver