Qanunvericilik › İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 85

Maddə 85. İnzibati aktın icrasının cərimə vasitəsilə təmin edilməsi

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

85.1. Şəxsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın icrasını təmin etmək üçün inzibati orqan tərəfindən qanunvericiliyə uyğun olaraq cərimə təyin oluna bilər.

85.2. Fiziki şəxslər qırx dörd manatdan, hüquqi şəxslər isə üç yüz otuz manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.

85.3. Cərimənin miqdarı dörd manatdan az ola bilməz.

85.4. Cərimə dövlət büdcəsinə köçürülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver