Qanunvericilik › İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 87

Maddə 87. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların icra olunması qaydası

İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

87.1. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir.

87.2. Bələdiyyələrin tələbin icraya yönəldilməsi haqqında qərarında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan müvafiq məlumatlar əks olunmalı və həmin qərar bələdiyyənin inzibati aktı ilə birlikdə icra qurumuna göndərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver