345.1. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə –
vəzifəli şəxslər altmış manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir.
345.2. Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə –
iki yüz əlli manat məbləğində cərimə edilir.