İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları, həmçinin öz müəssisəsinin (fərdi sahibkarın) adı, mənsubiyyəti və iş rejimi barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya zəruri və düzgün məlumatın verilməməsinə görə –
iki yüz manat məbləğində cərimə edilir.