473.1. Aktuarilər (bu Məcəllənin 473.2-ci və 473.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyinin onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərinin pozulmasına görə -
iki yüz manat məbləğində cərimə edilir.
473.2. Məsul aktuari tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tələblərə riayət olunmadan rəyin tərtib edilməsinə, həmçinin aktuari rəyinin sığortaçıya və Azərbaycan Respublikasının Mərkəzi Banka vaxtında təqdim edilməməsinə görə -
üç yüz manat məbləğində cərimə edilir.
473.3. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda məsul aktuari tərəfindən yazılı məlumatın Azərbaycan Respublikasının Mərkəzi Banka verilməməsinə görə -
beş yüz manat məbləğində cərimə edilir.