Sərbəst zonada (gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya digər fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulmasına görə -
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.